Depozit kalkulyatoru

Depozit
Faizlərin alınması
Müddət
ay
Məbləğ
İllik faiz dərəcəsi
0
%
Ümumi müddət ərzində faizlər
0
AZN
Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)
Bütün depozitlər

«Dinamik» əmanəti

Min. məbləğ100 AZN/USD/EUR
Maks. məbləğməhdudiyyət yoxdur
Əmanətin müddəti1 aydan 36 ayadək
Daha ətraflı Faiz cədvəli

Əmanət müddətinin yarısınadək artırılması imkanı

Əmanətin vaxtından əvvəl çıxarılan və ya azaldılan hissəsi üzrə müəyyən faizlərin verilməsi

Depozit kalkulyatoru
Depozit şərtləri

Əmanətin valyutası

AZN/USD/EUR

Müddət

1 aydan 36 ayadək (EUR valyutalarında müddət 12 aydan başlayaraq)

Faizlərin ödənilməsi

Aylıq, müddətin sonunda

2016-cı il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanətləri üzrə hesablanmış faizlər 7 (yeddi) il müddətində gəlir vergisindən azad olunur.

Əmanətin ilkin məbləği

100 AZN/USD/EUR

Əmanətin maksimal məbləği

məhdudiyyət yoxdur

Faiz dərəcəsi

AZN valyutasında: min 4.50% - maks. 11.50%
USD valyutasında: min.0.10% - maks. 2.75%
EUR valyutasında: 1.00% - maks. 1.70%

Əmanətin artırılması

AZN valyutasında cəlb edilən və prolonqasiya edilən və müddəti 12 aydan çox olmayan əmanətlərdə əmanət məbləği əmanət müddətinin yarısınadək (o cümlədən, əmanət prolonqasiya olunduğu halda, prolonqasiya müddətinin yarısınadək) istənilən məbləğdə artırıla bilər. Müddəti 12 aydan çox olan əmanətlərdə əmanət müqaviləsi bağlanan tarixə yerləşdirilən əmanətlər üzrə maksimum ilkin müqavilə məbləği*, prolonqasiya olunmuş əmanət müqavilələri üzrə isə prolonqasiya olunmuş əmanət məbləği həddində, əmanət müddətinin yarısınadək (o cümlədən, əmanət prolonqasiya olunduğu halda, prolonqasiya müddətinin yarısınadək) artırıla bilər.

USD və EUR valyutasında cəlb edilən və prolonqasiya edilən əmanətlərdə əmanət müqaviləsi bağlanan tarixə yerləşdirilən əmanətlər üzrə maksimum ilkin müqavilə məbləği*, prolonqasiya edilmiş əmanət müqavilələri üzrə isə prolonqasiya olunmuş əmanət məbləği həddində, lakin hər iki hal üzrə ümumi məbləğ 200 000 (iki yüz min) USD/EUR–dan çox olmamaq şərtilə, əmanət müddətinin yarısınadək (o cümlədən, əmanət prolonqasiya olunduğu halda, prolonqasiya müddətinin yarısınadək) artırıla bilər.

*İlkin müqavilə məbləği dedikdə, əmanət müqaviləsi bağlanan zaman əmanət qismində yerləşdirilən məbləğ nəzərdə tutulur.

Əmanətin azaldılması

İcazə verilir. Azaldılan məbləğin minimumu - 100 AZN/USD/EUR.

Əlavə üstünlüklər

Əmanət məbləği 1000 AZN/USD/EUR-ya bərabər və ya artıq olduqda müştəriyə pulsuz VISA Deposit tipli əmanət kartı verilir, əmanət məbləği minimum 10000 AZN/USD/EUR və həmin əmanətin müddəti minimum 12 ay olduqda isə pulsuz VISA Gold tipli əmanət kartı verilir. Əmanət kartı əmanətin bitməsinə N ay qaldıqda, N+1 ay müddətinə verilir.

Qeyd: Əmanətə bağlı hər hansı bir kart olduğu halda, faizlər mütləq şəkildə kart hesabına keçirilir və nağdlaşdırma zamanı müştəridən həmin faizlər üzrə heç bir komissiya tutulmur. Müştərinin əmanət kartı hesabına yerləşdirdiyi şəxsi vəsaitlərdən (nağd və köçürmə yolu ilə) məbləğin 1%-i həcmində birdəfəlik komissiya tutulur və müştəri həmin vəsaitləri istifadə edərkən nağdlaşdırma komissiyasından azad olur.

Əmanətə bağlı kredit şərtləri

Siz əmanətinizə bağlı nağd kredit və ya kredit xətti əldə edə bilərsiniz. Kredit xəttinin minimal məbləği 1000 AZN/USD, nağd ayrılmış kreditin minimal məbləği 500 AZN/USD-dir, kredit xəttinin və ya nağd ayrılmış kreditin maksimal məbləğləri isə 100000 AZN/USD-yə bərabərdir. Nağd kredit / kredit xəttinin valyutası əmanətin valyutası ilə eynidir. Əmanətə bağlı ayrılan nağd kredit və ya kredit xəttinin məbləği AZN valyutasında yerləşdirilən əmanətlər üzrə əmanət qalığının maksimum 70%-i, USD valyutasında yerləşdirilən əmanətlər üzrə isə əmanət qalığının maksimum 80%-i qədər ola bilər. Nağd kredit və ya kredit xətti üzrə illik faiz dərəcəsi AZN valyutasında yerləşdirilən əmanətlər üzrə əmanətin faiz dərərəcəsi +3%, USD valyutasında yerləşdirilən əmanətlər üzrə isə əmanətin faiz dərərəcəsi müştərinin USD valyutasında mövcud olan əmanətlərin qalıq məbləğlərindən və əmanətin cəlbetmə faiz dərəcəsindən aslı olaraq aşağıdakı cədvələ əsasən təyin edilir.

Müştərinin USD valyutasında mövcud olan bütün əmanətlərinə bağlı kreditlər üzrə (limitlərinin) qalıqların cəmiƏmanət üzrə cəlb etmə faizi 10 %-dən aşağı olduqdaƏmanət üzrə cəlbetmə faizi 10% və yuxarı olduqda
<10 000 dək (10000 daxil deyil) olduqdaCəlbetmə faizi+3,00%Cəlbetmə faizi+2,50%
10 000-dən – 49 999-dək olduqdaCəlbetmə faizi+2,50%Cəlbetmə faizi+1,50%
50 000-dən – 99 999-dək olduqdaCəlbetmə faizi+2,25%Cəlbetmə faizi+1,00%
100 000 və daha yuxarı olduqdaCəlbetmə faizi+2,00%Cəlbetmə faizi+0,50%



Əmanətə bağlı kreditlər üzrə kampaniyaya.

14.06.2016-cı il tarixdən Əmanətə bağlı kreditlər üzrə aşağıdakı şərtər ilə kampaniyaya start verilir.

USD valyutasında olan əmanətlərə bağlı USD valyutasında komissiyasız nağd kredit:

- Əmanət üzrə cəlb etmə faiz dərəcəsi 10% və daha yuxarı olduqda kreditin rəsmiləşdirilməsi zamanı nağdlaşdırma komissiyası tutulmur.

Əmanətin vaxtından əvvəl çıxarılması

- Vaxtından əvvəl çıxarılan əmanətlər və ya əmanətin azaldılan hissəsi üçün, faizlər aşağıda göstərilən düstura əsasən hesablanır:Qaytarılan məbləğə və ya azaldılan hissəyə ödənilən faizlər (bundan sonra «F») yenidən aşağıdakı düstur əsasında hesablanır: F = (S * (R * (N -1) / 360) * (N - 1) / T ) * 0.7 Burada işarələr aşağıdakıları bildirir: S - əmanətin azaldılan hissəsi (əgər əmanət tam çıxarılmırsa); R - Müqavilənin faiz dərəcəsi; N - Müqavilənin bağlandığı tarixdən başlayaraq azaldılma aparılan tarixədək keçən günlərin sayı; T - əmanət müddəti günlərlə.

Avtoprolongasiya

Əmanətin müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə əmanətin cari növünə (aylıq , müddətin sonunda) müvafiq olaraq eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, eyni əmanət şərtləri mövcud olmadığı halda daha aşağı müddətə mövcud olan şərtlərlə uzadılır, əks təqdirdə əmanətin müddəti uzadılmır. Digər bütün hallarda isə əmanətin müddəti Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır.


Müştəri pulsuz hər hansı kart aldıqda və əlavə olaraq digər kart üçün müraciət etdikdə, əlavə kart qüvvədə olan komissiyalar tutulmaqla verilə bilər. 

Qeyd: Müştərinin bütün əmanətləri üzrə qalıq məbləğlərinin cəmi 500,000 ş.v.-i növbəti əlavə ediləcək əmanət məbləğilə keçəcəyi halda, həmin məbləğ üzrə illik faiz dərəcəsi Bank tərəfindən birtərəfli qaydada dəyişdirilərək, tariflərdə göstərilən faiz dərəcələrindən fərqli kimi təyin oluna bilər.

1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2,5% müəyyən edilib.  Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir.

05.04.2021-ci il tarixindən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz ) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

min 4.5% - maks. 11.5%

Faiz cədvəli
Əmanətin müddəti (ay)Faizlər aylıq ödənilirsəFaizlər müddətin sonunda ödənilirsə
 AZNUSDEURAZNUSDEUR
14,50%0,10%-4,50%0,10%-
24,50%0,10%-4,50%0,10%-
34,50%0.10%-4,50%0,10%-
45,00%0.20%-5,00%0,20%-
55,00%0.40%-5,00%0,40%-
65,90%0.70%-6,00%0,70%-
76,40%0.90%-6,50%0,90%-
86,90%1.10%-7,00%1,10%-
97,30%1.30%-7,50%1,30%-
107,80%1.50%-8,00%1,50%-
118,20%1.70%-8,50%1,70%-
1210,00%2,00%1,00%11,00%2,05%1,10%
1810,00%2,10%-11,00%2,15%-
2410,00%2,55%1,50%11,00%2,65%1,60%
3610,00%2,65%1,50%11,50%2,75%1,70%



Müştəri müraciətinə əsasən USD (dollar) valyutasında 24 aylıq və 36 aylıq müddətində yerləşdirilən əmanətlər üzrə faizlər aşağıda qeyd edilən sığortalanan əmanət faizi həcmində təyin edilə bilər:

Müddət (ay)USD
Faizlər aylıq ödənilirsəFaizlər müddətin sonunda ödənilirsə
242.20%2.30%
362.30%2.40%



Müştərinin bütün əmanətləri üzrə qalıq məbləğlərinin cəmi 500,000 ş.v.-i növbəti yerləşdiriləcək əmanət məbləğilə (yeni əmanət) keçəcəyi halda, həmin əmanət üzrə illik faiz dərəcəsi göstərilən faiz dərəcələrindən fərqli kimi təyin oluna bilər.

Hörmətli əmanətçilər!

1. Bildiririk ki, Dinamik əmanət məhsulu üzrə Sizinlə “Bank of Baku” ASC arasında bağlanmış müvafiq əmanət müqaviləsinə, müqavilənin şərtlərinə uyğun olaraq, 21.07.2015-ci il tarixindən etibarən Bank tərəfindən birtərəfli qaydada aşağıdakı dəyişiklik edilir:

«28.05.2015-ci il tarixinədək (qeyd edilən tarix daxil olmaqla) ABŞ dolları ilə qoyulmuş əmanətlərinizin məbləği müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və şərtlər daxilində artırılma müddətinin son gününədək cəmdə 04.06.2015-ci il tarixinə mövcud olan əmanət qalığının 50% həcmi qədər, lakin 20 000 ABŞ dollardan və eyni zamanda ay ərzində 1500 ABŞ dollardan artıq olmayan məbləğdə artırıla bilər.»

2. Dinamik əmanət məhsulu üzrə Sizinlə “Bank of Baku” ASC arasında bağlanmış müvafiq əmanət müqaviləsinə, müqavilənin şərtlərinə uyğun olaraq, 24.04.2019-cu il tarixindən etibarən Bank tərəfindən birtərəfli qaydada aşağıdakı dəyişiklik edilir:

«AZN valyutası ilə qoyulmuş əmanətlərinizin 10.05.2019-cu il tarixdən etibarən artırılması dayandırlır».

3. 12.06.2019-cu il tarixindən etibarən yeni yerləşdirilən və prolonqasiya edilən əmanətlər üzrə artırılma şərtləri aşağıdakı şərtlərə əsasən həyata keçiriləcəkdir: Əmanət müqaviləsi bağlanan tarixə yerləşdirilən əmanətlər üzrə maksimum ilkin müqavilə məbləği*, prolonqasiya edilmiş əmanət müqavilələri üzrə isə prolonqasiya olunmuş əmanət məbləği həddində, lakin hər iki hal üzrə ümumi məbləğ 200 000 (iki yüz min) AZN/USD/EUR–dan çox olmamaq şərtilə, əmanət müddətinin yarısınadək (o cümlədən, əmanət prolonqasiya olunduğu halda, prolonqasiya müddətinin yarısınadək) artırıla bilər.

*İlkin müqavilə məbləği dedikdə, əmanət müqaviləsi bağlanan zaman əmanət qismində yerləşdirilən məbləğ nəzərdə tutulur.

Bank of Baku © 2022
Site by Jeykhun Imanov Studio