Ərizəçi:
- Yaşı min. 18 - kartın bitmə müddətinə maks. 65 olan, Sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki şəxslər
Qeydiyyat:
Azərbaycan Respublikası ərazisi
Yaş həddi:
18–65
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi
- Sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri təsdiq edən sənəd və digər rəsmi sənədlər
Kartın illik xidmət haqqı:
Kartın illik xidmət haqqı komissiyası - 20 AZN
Qeyd: kart rəsmiləşdirildikdən sonra növbəti 60 (altmış) gün ərzində kartın limitinin 5% -indən az məbləğdə nağdsız əməliyyat həyata keçirildikdə növbəti ödəniş aralığında “Müştəri” tərəfindən ödənilməlidir. Əks təqdirdə yəni, kartın limitinin 5% -i və daha çox nağdsız əməliyyat həyata keçirildikdə “Müştəri” birinci ilin xidmət haqqının ödənilməsi öhdəliyindən azad edilir. Sonrakı illər üzrə xidmət haqqının ödəniş müddəti çatdıqda, başa çatmış il ərzində kartın limitinin 15%-i həcmində nağdsız əməliyyat etdikdə “Müştəri” həmin il üzrə xidmət haqqının ödənilməsi öhdəliyindən azad edilir. Əks halda isə, öncəki xidmət ilinin bitdiyi gündən sonrakı ödəniş aralığında xidmət haqqı mütləq ödənilməlidir.
Kart üzrə nağdlaşdırma limiti:
Nağdlaşdırma limiti 0%-dir
BAL-lar nədir, necə qazanılır və istifadə edilir?
Bolkartla alış-veriş etdiyiniz zaman ballar qazanırsınız. BAL-ların məbləği Sizin kartdan istifadə məkanından və hissəli ödəniş seçiminizdən asılıdır.
BAL-lar qazanılma və istifadə müddətinə görə 2 növdə olur:
1. Standart BAL
2. Kampaniya BALı
Standart BAL - alış-veriş zamanı qazandığınız BAL-dır və standart istifadə müddətinə (qazanıldığı günün ertəsi günündən başlayaraq növbəti ilin sonunadək) malikdir.
Kampaniya BALı - Bank və ya Bankın ticarət və ya xidmət partyorları tərəfindən keçirilən xüsusi kampaniyalar zamanı xüsusi şərtlərlə qazanılan BAL-dır. Bu növ BAL-ların istifadə müddəti müxtəlif ola bilər və keçirilən kampaniyanın şərtlərindən asılıdır.
Həm ölkəxaricində, həm də ölkədaxilində istənilən POS terminallar və E- ticarət ilə ödəniş zamanı BAL-lar hesablanır. Bank of Baku terminalları ilə edilən ödənişlər daha çox BAL qazandırır.
Aşağıdakı cədvəldə ballarla tanış ola bilərsiniz:
Ballar Cədvəli |
---|
ƏMƏLİYYATLARIN KEÇİRİLDİYİ YER | BALIN HƏCMİ |
---|
Bank of Baku Bolkart şəbəkəsində alış-veriş | Partnyor mağazasından asılı olaraq alınan malın və ya xidmətin dəyərinin 45 %-dək. Daha ətraflı: Partnyor mağazalar |
Bank of Baku-nun dəstəklədiyi saytda elektron ticarət | Partnyor mağazasından asılı olaraq dəyişir. Daha ətraflı: İnternet mağazalar |
Ölkə xaricində (POS-terminallar vasitəsi ilə və ya Beynəlxalq elektron ticarət üzrə) | Əməliyyatın dəyərinin 0,30% |
*08.01.2020-ci il tarixindən etibarən müvəqqəti olaraq kartların maksimum 48 ay müddətinə sifarişi mümkün olacaq.