Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Kartlar üzrə xidmətlər

PİN Change (PİN-kodun) dəyişdirilməsi xidməti

Bu xidmət müştərilərə “Bank of Baku” ASC-nin təqdim etdiyi ödəniş kartları üzrə rahatlıqla yadda saxlaya biləcəyi PİN-kodun təyin edilməsinə və ya unudulmuş (itirilmiş) PİN-kodun yenisi ilə əvəz edilməsinə imkan yaradır.

PİN kodu necə dəyişmək olar?

PİN-kodu bank filiallarına müraciət edərək və ya bankomat infrastrukturu vasitəsi ilə dəyişmək mümkündür. Bu halda, asan əldə oluna biləcək kombinasiyalardan (məs, doğum tarixi, telefon nömrəsinin son rəqəmləri və s.) istifadə edilməməlidir. Bank kartları üzrə təhlükəsizliyin yüksəldilməsi üçün nəzərdə tutulan bu xidmət "Bank of Baku" ASC tərəfindən emissiya edilmiş ödəniş kartlarına (virtual kartlar istisna olmaqla) tətbiq edilir.

Xidmət haqqı:

Pin-kodun dəyişdirilməsi xidməti üzrə xidmət haqqı 1 (bir) AZN təşkil edir.

PİN-kodun aşağıdakı hallarda dəyişdirilməsi tövsiyə edilir:

  • PİN-kod kart istifadəçisindən başqa digər şəxsə məlum olduqda, və ya buna dair şübhə olduqda;
  • PİN-kod üzrə daha rahat yadda saxlanılan kombinasiyanın seçilməsi;

Bankomat üzərindən PİN-kod aşağıdakı qaydada dəyişdirilir:

Əməliyyat növü seçilir:

1. PİN-kodun dəyişdirilməsi;
2. yeni PİN-kodu daxil edilir;
3. yeni PİN-kodu bir daha daxil edilir;
4. PİN-kod müvəffəqiyyətlə dəyişdirildi.

Yeni Bolkartlarda PİN-kodun dəyişdirilməsi

Fiziki olaraq bir ödəniş kartının olmasına baxmayaraq, hər iki kart (hesab və Bonus) üzrə ayrı-ayrılıqda "PIN-change" xidməti nəzərdə tutulub.

Bolkart bankomata daxil edildikdə, Mastercard və Bonus menyuları yaranır. PIN-kodun dəyişdirilməsi hər biri üzrə ayrı-ayrılıqda icra olunmalıdır.

Yeni PİN-kod necə əldə edilə bilər?

Kart istifadəçisi Bank tərəfindən ona təqdim edilmiş ödəniş kartının PİN-kodunu unudubsa və ya PİN-kodu 3 (üç) dəfə yalnış daxil edibsə PİN-kodu banka yaxınlaşmadan və ya banka müraciət etmədən bankomat vasitəsilə dəyişə bilər. Bu halda kart istifadəçisinə PİN-kodun bərpa olunması üçün SMS göndərilir. Kart istifadəçisi SMS-lə ona təqdim olunmuş birdəfəlik kodun köməyilə, “Bank of Baku” ASC-nin bankomat infrastrukturu vasitəsilə yeni PİN-kod təyin edə bilər.

Xidmət haqqı:

2 (iki) AZN təşkil edir.

Qeyd: Kart hesabının balasında kifayət qədər pul vəsaiti yoxdursa, o halda əməliyyat kart hesabına pul vəsaiti mədaxil edildikdən sonra mümkün olacaq.

PİN-kodun bərpası qaydası:

SMS vasitəsilə birdəfəlik şifrəni aldıqdan sonra,

1. Ödəniş kartı bankomata daxil edilir;
2. dil seçimi edilərək “Yeni PİN təyin et” düyməsi seçilir;
3. SMS məlumatlandırma ilə göndərilmiş kodu aldıqdan sonra “Davam et” düyməsi basılır;
4. yeni PİN-kod daxil edilir;
5. yeni PİN-kod yenidən daxil edilir;
6. təsdiq üçün yenidən SMS məlumatlandırma ilə daxil olmuş kod daxil edilir və “Davam et” düyməsi seçilir;

Atılan addımların icrası nəticəsində PİN-kod müfəvvəqiyyətlə dəyişdirilir.

PİN-kodun yenisi ilə dəyişdirilməsi xidməti "Bank of Baku" ASC tərəfindən emissiya edilmiş ödəniş kartları üzrə (virtual kartlar istisna olmaqla) tətbiq edilir. Bu əməliyyat “Bank of Baku” ASC-yə məxsus bankomat infrastrukturu vasitəsilə həyata keçirilə bilər.
Xidmətdən yararlanmaq üçün ödəniş kartı üzrə “SMS Bankinq” xidməti mütləq aktiv olmalıdır.
SMS Bankinq xidməti aktiv olmayan kart istifadəçiləri PIN kodun bərpası üçün 145 Məlumat Mərkəzinə zəng edərək, SMS Bankinq xidmətinə qoşulduqdan sonra, PIN kodun bərpası əməliyyatını həyata keçirə bilər.

Bank of Baku © 2020
Site by Jeykhun Imanov Studio