Valyuta məzənnələri Sizə zəng edək?
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Ads
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

elan2

8 May 2019

Bank of Baku, 2019-cu ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2019-cu il tarixinə olan hesabata əsasən, bankın həm xalis faiz gəlirlərində, həm də qeyri-faiz gəlirlərində artım müşahidə olunub. Cari ilin ilk 3 ayının göstəricilərinə əsasən, Bankın xalis faiz gəlirləri 7.43 mln. manata çatmışdır ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 12.9% çoxdur. Bankın qeyri-faiz gəlirləri isə analoji dövrlə müqayisədə 51% artım göstərərək, 1.4 mln. manat həcmində olub. 

Bank xərclərində isə azalma müşahidə olunub. Belə ki, bu ilin birinci rübündə faiz xərci 2018-ci ilin eyni dövrü ilə müqayisədə 26% azalaraq 3.25 mln. manat təşkil edib. Qeyri-faiz xərcləri isə 6.9 mln. manat olub ki, bu da analoji dövrlə müqayisədə 4% daha azdır.

Hesabat dövrünün sonuna Bankın əməliyyat mənfəəti 1.89 mln. manat təşkil edib. 

Tənzimləyici orqanın müəyyən etdiyi müvafiq normativin tələblərinə uyğun olaraq ehtiyat həcminin tələb olunan səviyyəyə çatdırılması bank tərəfindən tam olaraq təmin edilmiş, bu məqsədlə cari ilin birinci rübündə 11.48 mln. manat əlavə ehtiyat yaradılmışdır. Bunun nəticəsində, bank cari dövrü 7.75 mln. manat zərərlə yekunlaşdırıb. 

Qeyd edək ki, kredit müştərilərinin maddi rifahının yaxşılaşdırılması və bank sektorunun sağlamlaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmanın icrası Bank of Baku-nun maliyyə vəziyyətinin yaxşılaşmasına və Bankın sağlamlaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bütün bu göstəricilər aprel ayının yekunu ilə bağlı hesabatda öz əksini tapacaq və bu haqda geniş ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Əlavə olaraq onu da qeyd edək ki, “Moody's” beynəlxalq reytinq agentliyi də sonuncu hesabatında, fərmanın bankın maliyyə vəziyyətinə müsbət təsir edəcəyini proqnozlaşdıraraq, Bank of Baku-nun əmanət üzrə reytinqini neqativdən stabilə yüksəldib.