Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Mükafatlarımız

İlin Bakı və İlin Bankiri

Bank və bank məhsulları barədə xəbər portalı olan www.banco.az saytının keçirdiyi onlayn sorğuda “Bank of Baku” “İlin bankı”, Bankımızın İdarə Heyətinin Sədri Fərid Hüseynov isə “İlin Bankiri” nominasiyalarında qalib olublar. Toplam səkkiz nominasiya üzrə keçirilən səsvermədə minlərlə internet istifadəçisi iştirak edib.Səsvermənin şəffaf keçirilməsi üçün hər bir IP ünvandan yalnız bir dəfə səs verilib və yalnız qeydiyyatdan keçən istifadəçilər səsvermədə iştirak ediblər. Müsabiqə 5 mart tarixində başlamış, 5 Aprel tarixində yekunlaşmışdır.

“İlin bankı” nominasiyası üzrə səsvermədə bütün yerli banklar iştirak edib. Göstərdiyi xidmətlərə və yeniliklərə görə “Bank of Baku” “İlin bankı” elan edilib. Bu nominasiyada “Bank of Baku” 23% (2243) səslə birinci yerdə qərarlaşıb.

“İlin Bankiri” nominasiyası üzrə ötən il uğurlu fəaliyyətinə görə Bankımızın İdarə Heyətinin Sədri Fərid Hüseynov “İlin Bankiri” elan olunub. Bu nominasiyada bütün yerli bankların rəhbərləri iştirak ediblər. Fərid Hüseynov 26% (1803) səslə birinci yerdə qərarlaşıb.

2012-ci ilin ən sevilən bankı!

Azərbaycanın bankçılıq sahəsində nüfuzlu internet nəşrlərindən olan www.banker.az  tərəfindən facebook sosial şəbəkəsində keçirilmiş sorğuda “Bank of Baku” rəy iştirakçılarının əksəriyyətinin rəğbətini qazanıb. Şəbəkə istifadəçilərinə ünvanlanan  “2012-ci ilin ən yaxşı bankı hansı bankı seçərdiniz?” sualına verilən cavabların nəticələrinə əsasən sorğuda iştirak edənlərin 29 %-i “Bank of Baku”-nun fəaliyyətini bəyənib. Beləliklə, onlayn sorğuda digər bankları əminliklə qabaqlayan  “Bank of Baku” birinci yerdə qərarlaşıb. Bildirildiyinə görə, “Bank of Baku” ən yüksək yerə sosial şəbəkədə qurduğu fəaliyyət, müştərilərə yönəlmiş yeni məhsul və kampaniyaların təşkili, müraciətlərin çevik cavablandırlmasına görə, sosial şəbəkə istifadəçilərinin ən sevimli bankına çevirib.

Ən sərfəli kredit şərtləri!

Azərbaycanın internet istifadəçiləri “Bank of Baku”-nun kredit şərtlərini ən sərfəli və ən münasib şərtlər hesab edir. Belə bir nəticəylə www.milli.az saytının keçirdiyi rəy sorğusu başa çatıb: http://news.milli.az/economy/259370.html

Saytın “Azərbaycandakı hansı bankın kredit şərtləri daha sərfəlidir?” sualına cavab verənlərin 27%-i “Bank of Baku”-nu qeyd edib. Beləliklə, “Bank of Baku” sorğuda adı qeyd edilən onlarla yerli bank arasında ən çox səs toplayaraq reytinqin birinci pilləsində qərarlaşıb. Onlayn sorğuda altı mindən çox internet istifadəçi iştirak edib.

Bununla bağlı “Bank of Baku” ASC-nin İdarə Heyətinin Sədri Fərid Hüseynov bildirmişdir: “Biz belə sorğuların nəticələrini yüksək dəyərləndiririk, çünki nəticələr müştərilərimizin bizim xidmətimizdən məmnun olduqlarını təsdiqləyir. Biz xidmət səviyyəsinin artırılması istiqamətində daim işləyirik və əldə olunan nailiyyətlərdən qürur duyuruq. Fürsətdən istifadə edərək, “Bank of Baku” ASC adından sorğuda səs verən hər kəsə təşəkkürümü bildirirəm.” 

Ən populyar Bank və ən çox istifadə edilən kredit kartı!

“Business Insight” araşdırma qrupunun keçirdiyi rəy sorğusu nəticəsində “Bank of Baku” Azərbaycanın ən populyar bankı, Bolkart taksit kartı isə ən çox istifadə edilən kredit kartı olduğu müəyyən edilib. Paytaxt Bakı və ölkə regionlarında mindən çox respondent arasında keçirilən sorğuda “Bank of Baku” şəriksiz lider olub.

“Krediti hansı bankdan almısınız?” sualına cavab verənlərin 38%-i “Bank of Baku”-nun adını çəkib.Bu, banklar arasında ən yüksək nəticə olub. Taksit kartlarına dair keçirilən sorğuda isə Bolkart 61,3%-lə birinci yerdə qərarlaşıb.Beləliklə, “Bank of Baku” və Bolkart rəyi soruşulanların əksəriyyətinin simpatiyasını qazanıblar. Keçirilmiş sorğuda əksər yerli banklar və bank məhsulları iştirak edib.

Sorğu barədə daha ətraflı: https://www.facebook.com/pages/Business-Insight-International-Research-Group/261982260609797

“Bank of Baku” ona etibar edən hər kəsə təşəkkürünü bildirir!

“Bank of Baku” ilk dəfə deyil ki, ictimai rəy lideri olur.Xatırladaq ki,  cari il ərzində day.az, milli.az, banco.az saytları tərəfindən keçirilən müxtəlif sorğularda da “Bank of Baku” insanların ən çox üstünlük verdiyi bank elan edilmişdir.

İlin Bankı və İlin Taksit kartı!

Bank və bank məhsulları barədə xəbər portalı olan www.banco.az saytının keçirdiyi onlayn sorğuda “Bank of Baku” “İlin bankı”, Bolkart isə “İlin taksit kartı” nominasiyalarında qalib olublar. Toplam dörd nominasiya üzrə keçirilən səsvermədə minlərlə internet istifadəçisi iştirak edib.Səsvermənin şəffaf keçirilməsi üçün hər bir IP ünvandan yalnız bir dəfə səs verilib.

“İlin bankı” nominasiyası üzrə səsvermədə bütün yerli banklar iştirak edib və göstərdiyi xidmətlərə və yeniliklərə görə “Bank of Baku” “İlin bankı” elan edilib. Bu nominasiyada “Bank of Baku” 15% (3647) səslə birinci yerdə qərarlaşıb.

“İlin taksit kartı” nominasiyası üzrə ötən il ən uğurlu kampaniyalar və keyfiyyətli xidmət təklif edən bankın taksit kartı qismində Bolkart “İlin Taksit Kartı” elan olunub. Bu nominasiyada Bolkart digər yerli kredit kartlarını qabaqlayaraq 37% (4053)  səslə birinci yeri qazanıb.

İnternet istifadəçilərinin üstünlük verdiyi Bank!

Azərbaycanın internet məkanında nüfuzlu xəbər portallarından olan www.day.az saytının keçiridiyi sorğuda “Bank of Baku” oxucuların ən çox səsini toplayan bank  olub.  Saytın “Siz hansı banka üstünlük verirsiniz?” («Какому банку вы отдаете предпочтение?») sualına cavab verənlərin 14.24%-i “Bank of Baku”-nu qeyd edib. Beləliklə, “Bank of Baku” sorğuda adı hallanan onlarla yerli bank arasında ən çox səs toplayaraq reytinqin birinci pilləsində qərarlaşıb. Bir aydan çox davam edən sorğuda minlərlə internet istifadəçisi iştirak edib.

“Bank of Baku” sorğudakı birinciliyi son illər istehlakçıları məmnun edən yeni məhsul və xidmətlərin təqdim edilməsi və  mövcud məhsul və xidmətlərin  təkmilləşdirilməsinə müştərilərin müsbət reaksiyası kimi qəbul edir. Bolkart kredit kart sahiblərinin durmadan artması, daimi müştərilər üçün imtiyazlı “Dostlar klubunun” kartları və digər müsbət tendensiyalar “Bank of Baku” tərəfindən istehlakçıların etimadı kimi qiymətləndirilir.

Bank of Baku © 2021
Site by Jeykhun Imanov Studio