Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Ads
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

İnsan Resursları

Təlim və bacarıqların inkişafı


Bank of Baku bank sektorunun akademiyası olaraq tanınır. Bu, verilmiş ad deyil, qazanılmış statusdur. Belə ki, akademiyamızın yetirmələri təkcə bizim bankımızın deyil, həm də ölkənin digər banklarında da çalışaraq ümumi bank sisteminin inkişafında fəal rol oynayırlar. Bütün bunlar isə təsadüfi deyil. Bank of Baku öz əməkdaşlarının mütəmadi olaraq inkişafda olmasına böyük əhəmiyyət verir. Bu məqsədlə bankda Daxili Təlim Mərkəzi fəaliyyət göstərir. 18 nəfərlik peşəkar təlimçi komandasını cəlb edən və ən müasir təlim texnologiyaları ilə təchiz edilmiş mərkəzimiz il ərzində 900 nəfərin iştirak edə biləcəyi 60 təlim keçirmək potensialına malikdir. Mərkəzimizdə təkcə daxili təlimlər deyil, eyni zamanda, kənardan cəlb edilmiş mütəxəssislər tərəfindən əməkdaşlarımız üçün olan xüsusi təlimlər də keçirilir.

Əməkdaşlarımız təkcə bank daxilində deyil, həm də bankdan kənarda və ölkə xaricində olan təlim və seminarlara, tədbirlərə də cəlb olunurlar. Belə ki, bankımız ölkənin ən nüfuzlu təlim mərkəzləri və təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində işçilər üçün təlimlər təşkil edir. Bundan başqa, ehtiyacdan asılı olaraq, bank işçilərinin London, Frankfurt, İstanbul, Moskva kimi şəhərlərdə kurs və proqramlarda iştirakına dəstək olur.

Bankımızda işçi inkişafı sadəcə təlim təmin etmək kimi qəbul edilmir, bu prosesə kompleks yanaşılır. Bu məqsədlə əməkdaşların müxtəlif peşəkar konfranslarda iştirakı təmin edlir və peşəkar kvalifikasiyaların (ACCA, CFA və s.) əldə edilməsinə dəstək göstərilir.

Karyera inkişafı imkanları


Biz komandir olmaq iddiasında və potensialında olan əsgərlərdən ibarət olan peşəkar bankir ordusuyuq. Bank of Baku olaraq inanırıq ki, əməkdaşlarımız özlərinin yüksək iş nəticələrini onları böyük fürsətlər gözlədiyini bildikləri vaxt əldə edirlər. Bir qayda olaraq, bankımızda menecerial vəzifələrə seçim daxili namizədlər arasından aparılır.

İş yerindən daha artıq


Uzun illərdir ki, Azərbaycan bank sektorunda aparıcı mövqelərdə olmağımızın əsas səbəbkarı – əməkdaşlarımızdır. Bankımızda olan hər bir insanın özünü burada xoşbəxt hiss etməsi bizim üçün vacibdir. Buna görə də, mütəmadi olaraq əməkdaşlarımızın asudə vaxtının təşkil edilməsi üçün tədbirlər və layihələr həyata keçiririk. Bu cür tədbirlərə intellektual oyunları, idman yarışlarını, bayram tədbirlərini, korporativ səyahətləri nümunə göstərmək olar. Bundan başqa, biz əməkdaşlarımızın müxtəlif şəxsi ehtiyaclarının ödənilməsi üçün müxtəlif alış-veriş mərkəzlərində endirimlər təklif edirik.

Bank of Baku © 2020
Site by Jeykhun Imanov Studio