Coinstar korporasiyası 100 ildən artıq tarixə malik olsa da, təcili pul
köçürmələri sahəsinin kifayət qədər «cavan» iştirakçılarından biridir. Hazırda
Coinstar Group dünyanın 4 qitəsinin 80-dən artıq ölkəsində ən məşhur aeroport,
dəniz limanları, dəmiryol vağzalları, turizm və biznes mərkəzlərində, mərkəzi
küçələrdə məntəqələrə malikdir.

Coinstar sistemi üzrə təcili pul köçürmələri xidmətindən
şirkətin öz xidmət məntəqələri ilə yanaşı, partnyor—banklar,
o cümlədən «Bank of Baku» vasitəsilə də faydalanmaq olar.
Bu sistemin ən üstün cəhətləri:
• geniş nümayəndəlik şəbəkəsi
• tarif siyasətində rəqabətli üstünlüyün olması
• yüksək təhlükəsizlik sisteminin tətbiqi
Sistemin daha bir özünəməxsus cəhəti isə informasiya
mübadiləsinin birbaşa İnternet texnologiyaları vasitəsilə
həyata keçirilməsidir. Bu isə pul köçürmələrinin
operativliyi və təhlükəsizliyini daha da yüksəldir.
Coinstar pul köçürmə sistemi üzrə Azərbaycandan edilən pul köçürmələrinə
görə tutulan komissiyalar (USD ilə) |
| Məbləğ |
Komissiya |
| 100.00 və daha az |
4.00 |
|
100.01 - 200.00 |
6.00 |
| 200.01 - 300.00 |
10.00 |
| 300.01 - 400.00 |
14.00 |
| 400.01 - 500.00 |
18.00 |
| 500.01 - 750.00 |
25.00 |
| 750.01 – 1250.00 |
30.00 |
| 1250.01 - 1750.00 |
40.00 |
| 1750.01 - 2250.00 |
55.00 |
| 2250.01 - 2750.00 |
75.00 |
| 2750.00 – 3000.00 |
85.00 |
| 3000.01 – Limit |
95.00 |
|
Qeyd: Birdəfəyə göndərilə bilən maksimum məbləğ hazırda 5 000 USD
təşkil edir
|
Əlavə xidmətlər:
1. Mesaj -
pulsuz (istənilən sayda)
2. Ödənişin edilməsi barədə məlumatlandırma -
pulsuz (istənilən sayda)
|
Pulun köçürülməsi və alınması qaydaları |
| Pul köçürmək üçün nə etmək lazımdır? |
1. Bankın Filial və ya nümayəndəliyinə gəlmək;
2. Pul köçürülməsi formasını doldurmaq;
3. Həmin formanı və şəxsiyyət vəsiqəsini Bankın əməkdaşına təqdim etmək;
4. Bankın əməkdaşından müvafiq sənədləri aldıqdan sonra köçürüləcək məbləği
kassaya ödəmək |
| Pulu almaq üçün nə etmək lazımdır? |
1. Bankın Filial və ya nümayəndəliyinə gəlmək;
2. Pulun alınması formasını doldurmaq, orada pul göndərənin adını,
göndərilən məbləği, pulun haradan göndərildiyi və ən əsası – köçürmə
nömrəsini qeyd etmək;
3. Həmin formanı və şəxsiyyət vəsiqəsini Bankın əməkdaşına təqdim etmək;
4. Bankın əməkdaşından müvafiq sənədləri aldıqdan sonra kassadan həmin
vəsaiti almaq; |
Mühüm qeydlər!
1. Hər hansı xidmətdən istifadə etmək istədikdə, bu xidmətin
qəbul edənin yerləşdiyi ölkədə mümkünlüyünü Bankın
əməkdaşından soruşmaq lazımdır.
2. Pulun alınması və pulun göndərilməsi üçün formaları çap
hərfləri ilə doldurun.
3. Pulun alınması zamanı müştəridən heç bir
komissiya
tutulmur. Pulun köçürülməsi isə Coinstar sisteminin
beynəlxalq pul köçürmələri tariflərinə əsasən aparılır.
4. Pulun köçürülməsi və alınması Azərbaycan Respublikasının
müvafiq Qanunvericiliyi ilə tənzimlənir.
5. Coinstar sistemi vasitəsilə köçürmələr Bankın bütün
filial və nümayəndəliklərində həyata keçirilir.