Layihə Bank of Baku tərəfindən fiziki məhdudiyyəti olan gənclər üçün nəzərdə tutulub. 1 ay ərzində fiziki məhdudiyyəti olan gənclərə müxtəlif ixtisaslar üzrə təcrübəli mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Təlimlər həftənin 1-5 günləri keçiriləcək. Təlimləri uğurla bitirən gənclər haqqında məlumat,o cümlədən təhsilləri və xüsusi istedadları haqqında məlumat saytımızda və sosial şəbəkələrdəki səhifələrimizdə yerləşdiriləcək. Bu yolla onlara iş tapmağa köməklik edəcəyik.
Təlimlərlə bağlı suallarınız üçün ksm@bankofbaku.com ünvanına yaza, 012 447 00 55 (daxili 857) və ya 145 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.
Əgər Siz də məhdudiyyətlərə meydan oxuyursunuzsa, bizim təlimlərə qatıla bilərsiniz! Aşağıdakı sorğu formasını doldurub bizə göndərdikdən sonra əməkdaşlarımız Sizinlə əlaqə saxlayacaqlar.