Sənədli inkasso - satıcının öz bankına alıcıya təqdim edilən malın daşınması və digər sənədlərin müqabilində ondan ödənişin alınması və satıcının hesabına köçürülməsi ilə bağlı verdiyi tapşırıqdır . Satıcı malı təyin olunan yerdə boşaltdıqdan sonra sənədləri ( hesab - faktura , konossament , sığorta polisi və s .) hazırlayır inkasso tapşırığı ilə birlikdə öz bankına təqdim edir . Satıcının bankı sənədləri alıcının bankı vasitəsilə inkasso tapşırığında göstərilmiş məbləğin ödənilməsi müqabilində alıcıya təqdim edir.
Sənədli əməliyyatların bu növü akkreditivlə müqayisədə daha az zəmanət verdiyindən partnyorlar arasında etibar səviyyəsi yüksək olduğu və ticarət aparan ölkənlərin siyasi və iqtisadi durumu sabit olduğu halda tətbiq olunur. Belə ki, malın yola salınması, çatdırılması, sənədlərin çatdırılması və ödənişin həyata keçirilməsi zamanı yarana biləcək gecikmələr ortaya bir sıra risklər (o cümlədən valyuta riski, alıcının ödəniş qabiliyyətini itirməsi riski və s.) çıxara bilir. Məhz bu səbəbdən inkasso əməliyyatları üzrə xərclər digər maliyyə alətləri ilə müqayisədə daha aşağı, rəsmiləşdirmə prosedurları isə daha rahat olur.
Bankın inkasso əməliyyatları üzrə tarif dərəcələri ilə tanış olun:
Xidmətin adı |
Tarif dərəcəsi
( Qeyd : tariflər əməliyyatın hansı valyutada aparılmasından asılı olmayaraq sabitdir ) |
Göndəriləcək sənədlərin yoxlanması |
0.2 %,
min. AZN 50 |
Ödənişə və ya akseptə qarşı sənədlərin verilməsi |
0,2 %
min. AZN 50 |
Ödənişsiz və ya akseptsiz sənədlərin verilməsi |
0,1 %
min. AZN 50 |
Ödənilməmiş sənədlərin qaytarılması |
AZN 50 |
Şərtlərin dəyişdirilməsi / İnkassonun ləğv edilməsi |
AZN 50 |
|
|
|
|
|
Əlavə:
Bu xidmətlə bağlı suallarınızı göndərin, Bankın filial və nümayəndəliklərinə müraciət edin və ya 145 Məlumat Mərkəzinə zəng edin.
|