Ticarət əməliyyatlarının aparılmasında hər zaman qarşıya çıxan bir problem sövdələşmənin tərəflərinin pulun ödənilməsi və malın çatdırılması ilə bağlı yarana biləcək problemlərdən sığortalana bilməməsidir. Bu, xüsusilə beynəlxalq ticarət əməliyyatlarında daha çox biruzə verir. Müxtəlif ölkələrdə yerləşən, iqtisadi, siyasi və sosial şəraitləri fərqli olan, bir-birini tanımayan və qarşılıqlı fəaliyyət təcrübəsi olmayan sahibkar və müəssisələr arasında aparılan ticarət əməliyyatlarında müxtəlif səbəblər üzündən ödəniş və çatdırılma ilə bağlı çoxsaylı problemlər üzə çıxa bilir. Bu problemlərin aradan qaldırılması son nəticədə vaxt, vəsait və s. xərclərə gətirib çıxarır. Bütün bunların əvvəlcədən qarşısını almaq və alqı-satqı əməliyyatlarının rahat və problemsiz gerçəkləşdirilməsini təmin etmək üçün sənədli əməliyyatlar mühüm əhəmiyyətə malikdir.
Yerli şirkətlərin və sahibkarların ticarət əməliyyatlarının maliyyələşdirilməsinə mühüm önəm verən banklardan biri kimi Bank of Baku bu istiqamətdə öz müştərilərinə geniş çeşiddə xidmətlər göstərir:
- ticarətin maliyyələşdirilməsi ilə bağlı şirkət və sahibkarlara layihənin ilkin vaxtlarından maliyyələşdirilmənin təşkilinin aparılması;
- idxal və ixrac əməliyyatları üzrə bütün növ sənədli akkreditivlər, zəmanət və inkassoların açılması, qəbulu və idarə olunması;
- örtülü və örtüksüz, birbaşa və dolayı maliyyə alətləri ilə işin aparılması;
- ticarət əməliyyatlarının aparılması üçün güzəştli şərtlərlə kredit xəttinin açılması;
- xarici ticarət müqavilələrinin tərtib olunması və həyata keçirilməsi ilə bağlı konsaltinq xidmətlərinin göstərilməsi;
Bank of Bakunun vasitəsilə həyata keçirilən sənədli əməliyyatlar istər tədarük olunan mala (göstərilən xidmətə) görə ödəməmə, istərsə də malların çatdırılmasına (xidmətin göstərilməsinə) görə öhdəliklərin icra edilməməsi riskini minimuma endirməyə imkan yaradır.
Bank of Baku hazırda ticarətin maliyyələşdirilməsi istiqamətində bir sıra beynəlxalq maliyyə institutları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı, Societe Generale, American Express, Dresdner Bank və digərləri ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir.
Bank of Bakunun ticarət əməliyyatlarının maliyyələşdirməsi xidmətləri üzrə tarif siyasəti müştərilərin tələb və ehtiyaclarına əsəsən müəyyən olunmuşdur. Bankın tarif cədvəli ilə tanış olun.
|