Alış-verişinizi Avropada edin, ödədiyiniz ƏDV məbləği kartınıza geri gəlsin!
Ölkənin aparıcı banklarından olan Bank of Baku müştərilərinin qarşısına daha bir yeniliklə gəlir. Artıq Avropada etdiyiniz alış-verişlərin ƏDV məbləği yenidən özünüzə qayıdacaq.
Belə ki, Bolkartla Avropa ölkələrində xərclədiyiniz vəsaitin 19%-ni TaxFree4U-dan geri ala biləcəksiniz.
Bunun üçün,
- Android və İOS dəstəkli mobil telefonlardan TaxFree4U mobil tətbiqini yükləyin və qeydiyyatdan keçin;
- PromoKod hissəsində BankofBaku qeyd edin;
- Xarici Pasportunuzun şəklini yükləyin;
- Səyahətiniz haqqında məlumatları daxil edin;
- Alış-veriş qəbzlərinin fotolarını TaxFree4U mobil tətbiqə yükləyin;
- TaxFree4U xidməti tərəfindən e-poçt ünvanınıza göndərilmiş bəyannaməni çap edin;
- Hava limanında gömrük rəisinə bəyannamənizə möhür vurdurun;
- Möhürlənmiş bəyannaməni və qəbzlərin həqiqi nüsxələrini Hava Limanında TaxFree4U qutusuna atın.
Alış-veriş qəbzləri və bəyannamə nəzərdən keçirildikdən 48 saat sonra xərcinizin 19%-i kart balansınıza geri qaytarılacaq. Bu xidmət sayəsində növbə gözləməyə, əlavə sənəd yığmağa ehtiyac qalmadan vəsaitinizi geri ala biləcəksiniz.
TaxFree4U tətbiqini yüklədiyiniz zaman BankofBaku promo kod daxil etməklə ilk dəfə ƏDV-nin geri ödənilməsi zamanı əlavə olaraq 5 avro qazanc əldə edəcəksiniz.
TaxFree4U xidməti onlayn alış-verişlərə şamil edilmir.
TaxFree4U xidmətindən İtaliya, İspaniya, Fransa, Böyük Britaniya, Almaniya və Finlandiyada etdiyiniz alış-verişlər zamanı yararlana bilərsiniz. Bu imkandan yararlanmaq üçün xüsusi TAX FREE stikerləri olan mağazalardan alış-veriş etməlisiniz.
TaxFree4U mobil tətbiqini iOS sistemində yükləmək üçün:
https://itunes.apple.com/app/taxfree4u/id1081482540?mt=8
TaxFree4U mobil tətbiqini Android sistemində yükləmək üçün:
https://play.google.com/store/apps/details?id=eu.taxfree4u.client
Daha ətraflı məlumat üçün 145 Məlumat mərkəzinə müraciət edə bilərsiniz.