Все категории
Все категории
Все категории
Banners main page
О банке
Корпоративные услуги
Карты
Кредиты
Вклады
Срочные денежные переводы
Онлайн сервисы
Новости
Bankımız mediada
Клуб лояльности
Расчётно-кассовые операции
Документарные операции
Обзорная информация по обращениям потребителей
Объявления
Реальные истории
Филиалы и банкоматы
Видео
Selectors
Дебетные карты
Локальные карты
Кредитные карты
Для бизнеса
Кредиты наличными
Кредитные карты
Ипотека
Бизнес кредиты
В какое время?
Срок службы:
Понедельник - пятница (10:00-18:00)

Bank of Baku-dan Bolkartın 6 yaşına ÖZƏL 100% Nağdlaşdırma kampaniyası!

26 Октябрь 2017

Ölkənin bank sektoruna gətirdiyi yenilikləri ilə adını ön sıralara yazdıran Bank of Baku, ölkənin ilk hissə-hissə ödənişli kredit kartı – Bolkartın 6 yaşını qeyd edir.

Bolkartın 6 yaşına ÖZƏL olaraq Bank, öz müştərilərini "6 YAŞDA, 6 yeni KAMPANİYA" adı altında həyata keçirdiyi sürpriz silsilə kampaniyalarla sevindirmək niyyətindədir.

Bu silsilənin birincisi Bolkart kredit kart sahibləri üçün təqdim olunan 100% Nağdlaşdırma kampaniyasıdır.

25 oktyabr – 12 noyabr tarixləri arasında keçirilən kampaniya şərtlərinə əsasən, Bolkart kredit kart sahibləri balanslarındakı məbləğin hamısını, yəni tam 100%-ni nağdlaşdıra biləcəklər.

Bolkartın 6 yaşına ÖZƏL elan edilmiş bu kampaniyadan müsbət kredit tarixçəsinə malik olan həm köhnə, həm də yeni Bolkart kredit kart sahibləri faydalana bilərlər.

Nağdlaşdırma üçün yeni Bolkart kredit kartlarında 1%, köhnə Bolkart kartlarında isə 2% komissiya nəzərdə tutulub. Məsələn, köhnə Bolkart kredit kart sahibi, 1000 AZN nağdlaşdırma etsə və 10 dekabra qədər onu banka geri qaytarsa əlavə heç bir faiz olmadan, sadəcə nağdlaşdırma komissiyası nəzərə alınmaqla ümumilikdə 1020 AZN ödəniş edəcək.

Yeni Bolkart kredit kart sahibləri isə 1000 AZN nağdlaşdırma etdikdə, geri ödəyəcəkləri məbləğ, əsas borc və 1% nağdlaşdırma komissiyası daxil olmaqla, 1010 AZN təşkil edəcək.

Yeni Bolkart kart növləri üzrə ödəniş şərtləri və faizlərin hesablanması haqqında ətraflı məlumatı http://bolkart.az/ saytından əldə etmək olar.

“6 YAŞDA, 6 yeni KAMPANİYA” adı altında keçiriləcək silsilə kampaniyalar haqqında məlumat üçün Bankın və Bolkartın rəsmi facebook səhifələrini izləyə bilərsiniz.

Bank of Baku © 2018
Site by Jeykhun Imanov Studio