Все категории
Все категории
Все категории
Banners main page
О банке
Корпоративные услуги
Карты
Кредиты
Вклады
Срочные денежные переводы
Онлайн сервисы
Новости
Bankımız mediada
Клуб лояльности
Расчётно-кассовые операции
Документарные операции
Обзорная информация по обращениям потребителей
Объявления
Реальные истории
Филиалы и банкоматы
Видео
Selectors
Дебетные карты
Локальные карты
Кредитные карты
Для бизнеса
Кредиты наличными
Кредитные карты
Ипотека
Бизнес кредиты
В какое время?
Срок службы:
Понедельник - пятница (10:00-18:00)

Bank of Baku 3-cü rübün maliyyə hesabatını açıqladı!

27 Октябрь 2017

Bank of Baku, bu ilin ilk 9 ayını əhatə edən maliyyə göstəricilərinə dair hesabatını ictimaiyyətə təqdim edib. Hesabatdan göründüyü kimi, Bankın 30 sentyabr 2017-ci il tarixinə olan, yəni cari ilin 3-cü rübünün yekununa əsasən əldə etdiyi xalis faiz gəlirləri 24.63 milyon AZN, xalis qeyri faiz xərcləri isə 21.12 milyon AZN təşkil edib. Öncəki rüblə müqayisədə, Bankın qeyri-faiz gəlirləri 3-cü rübdə 0.6 milyon artaraq, 0.77 milyon AZN həcminə qədər yüksəlmişdir.

Hesabat dövrünün əhatə etdiyi 3-cü rübün nəticələrinə görə Bankın əməliyyat mənfəəti 3.51 milyon AZN, sair gəlir isə 3.78 milyon AZN təşkil edib. Bu göstəricilərə əsasən rübün yekununda Bank of Baku-nun mənfəətinin vergilər ödənilənədək 7.29 milyon AZN həcmində olduğunu görə bilərik. Qeyd olunan göstərici mümkün ola biləcək zərərlərin qarşılanması üçün ayrılan ehtiyyatlar nəzərə alınmadan əldə olunub.

Həmçinin bu dövr ərzində, Bank mümkün zərərlərin ödənilməsi üçün yaradılan ehtiyatlara 6.5 milyon AZN vəsait ayırıb. Bu vəsait 2-ci rüblə müqayisədə 2 dəfə daha azdır ki, bu da hesabat dövrünü əhatə edən rüb ərzində zərərin daha aşağı səviyyədə olması ilə bağlıdır. Müqayisə üçün qeyd edək ki, cari ilin 2-ci rübündə zərərin ümumi həcmi 14.4 milyon AZN, 3-cü rübündə isə 5.8 milyon AZN həcmində olub.

Ödəniş qabiliyyətini itirmiş və ya kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkən müştərilərin qeyri-işlək kreditlərinə qarşı ayrılmış bu ehtiyatların nəticəsində Bankın 3-cü rübdəki zərəri 31.89 milyon AZN təşkil edib. Hesabatda zərər olaraq görünən bu məbləğ əslində Bankın ehtiyatlarına ayırdığı vəsaitin nəticəsində yaranıb.

Kredit şərtlərini bu rüb daha da yüngülləşdirən Bank of Baku, ötən rüblə müqayisədə istehlak kreditləri üzrə 5.8 milyon AZN, mikro kreditlər üzrə isə 1.2 milyon AZN daha çox kredit ayırmışdır.

Bu maliyyə göstəriciləri ilə yanaşı, qeyd edək ki, Bankın likvidlik əmsalı rüb ərzində 135.29% təşkil edib.

Onu da qeyd edək ki, hesabat dövründə Bankın aktivlərində yer alan qiymətli kağızlar portfelində artım müşahidə olunub. Belə ki, ilin əvvəli ilə müqayisədə qiymətli kağızlar portfeli 18.3 milyon AZN artaraq, 49.3 milyon manatadək çatmışdır.

Bank of Baku, maliyyə gücünü daha da artırmağa, bazardakı mövqeyini qoruyub saxlayaraq, daha da gücləndirməyə iddialıdır.

Bank of Baku © 2018
Site by Jeykhun Imanov Studio