Sual-Cavab              
21.03.2010 
azpyceng

Bank of Baku haqqında
Tanışlıq
Bank rəqəmlərdə
Əməkdaşlıq
Nümayəndəlik şəbəkəsi
Reklam və PR
Xəbərlər
Reklam kampaniyaları
PR və Sponsorluq layihələri
Bankın nailiyyətləri
Məlumat mərkəzi
İnsan resursları
Törəmə müəssisələr

 Bank of Baku
Məzənnələr
 
NBA
rates
Buy
Sell
USD
0.8033
0.8
0.81
EUR
1.0941
1.074
1.114
RUB
0.0274
0.0269
0.0279
GBP
1.2242
1.2
1.248
Birbaşa linklər
Faydalı linklər
Bülletenə yazılmaq üçün
Adınız:
E-mail:
 
Bankın nailiyyətləri


Netty 2007 Milli İnternet Mükafatı


"Bank of Baku" ASC-nin saytı "Milli İnternet Mükafatı - Netty 2007" müsabiqəsində "Ən Yaxşı Korporativ Sayt" nominasiyasının qalibi oldu

Cari il aprel ayının 27-si NETTY 2007 Azərbaycan Milli İnternet Mükafatın verilməsinin təntənəli mərasimi keçirildi. NETTY-nin Akademikləri cari ildə 11 nominasiya üzrə ən yaxşı milli veb-saytlarının adlarını müəyyən etdilər.

Mükafata nominant olmuş 40 iddiaçılardan, resursların virtual səsvermə nəticəsində "Ən Yaxşı Korporativ Sayt" nominasiyasında www.bankofbaku.com saytı qalib seçildi.

Xatırladaq ki, bir neçə il bundan öncə bank bazarında öz unikallığı və informasiya tutumluluğuna görə fərqlənən www.bankofbaku.com saytı 2006-cı il iyun ayının 7-də öz yeni dizayn və konsepsiyası ilə internet istifadəçlərinin ixtiyarına verildi.
Üç dildə (azərbaycan, ingilis, rus) təqdim olunan saytda yerləşdirilən mətnlərin stilistikası saytın istifadəçiləri tərəfindən məlumatların rahat qəbul edilməsini təmin edir. Əlavə olaraq, saytda lazımi informasiyanın əldə edilməsi üçün istər müştəri seqmentinə görə (fərdi bankçılıq və korporativ bankçılıq bölmələri), istərsə də məhsul növünə görə (əmanətlər, kreditlər və s.) rahat naviqasiya sisteminə malikdir. Saytın dizayn konsepsiyası isə digər yerli bankların internet saytları ilə müqayisədə öz dəsti-xətti, "canlılığı" və qərb ənənələrinə uyğunluğu ilə səciyyələnir.

Sayt haqda rəy




«Bank of Baku» ASC

İLİN ƏN YAXŞI RİTEYL BANKIDIR


“Bank of Baku” ASC apardığı bank siyasətinə və 2007-ci ildə həyata keçirdiyi uğurlu fəaliyyətinə görə “İlin Ən Yaxşı Riteyl Bankı” nominasiyasında UĞUR 2007 – İqtisadiyyat və Biznes sahəsində Milli Mükafata layiq görüldü.

“Bank of Baku”, istehlak kreditlərini ilk olaraq bazara geniş miqyasda təqdim edən bank olub.

Qısa zamanda bazarın bütün seqmentlərinə məhsul və xidmətlərini təqdim edərək, Bank, geniş əhali kütləsinin və biznes təmsilçilərinin etibarını və etimadını qazanmağa nail oldu. Bu da öz növbəsində müştərilərin ümumi sayının yüksək sürətlə artımına təkan oldu.

Hazırda Pərakəndə bank biznesi, “Bank of Baku”nun mühüm bazar payını təşkil edir. Müştərilərin ümumi sayı isə artıq 130 mini ötüb.

2007-ci il ərzində, Bank of Baku “İstehlak kreditləri” layihəsi çərçivəsində müştəri məmnunluğunun artırılması məqsədi ilə bir sıra stimullaşdırıcı kampaniyalar keçirdi. Bununla yanaşı bir sıra strateji layihələr də həyata keçirildi, o cümlədən məhsul və xidmətlərin çeşidinin artırılması və son 1 il ərzində 6 yeni filialın açılması. Beynəlxalq maliyyə təşkilatları ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində də yüksək nailiyyətlər əldə olundu. Belə ki, ötən il ərzində beynəlxalq maliyyə təşkilatları tərəfindən banka ayrılmış kredit xəttinın artımı 253% təşkil etmişdir.

“Bank of Baku” həm əhali tərəfindən, həm də maliyyə bazarında laiqincə tanınan və sevilən “Sizə Yaxın Bankçılıq” şüarı altında müştərilərinin tələblərini yüksək səviyyədə ödəmək məqsədilə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində olduqca aktiv işlər aparır.

“Bank of Baku”nun “İlin Ən Yaxşı Riteyl Bankı” mükafına layiq görülməsi qarşıya qoyulan məqsədlərin reallaşması istiqamətində bankın sürətlə irəliləməsinin əyani sübutudur.


Qeyd edək ki, 1994-cü ildən fəaliyyət göstərən “Bank of Baku” hazırda Azərbaycanda fəaliyyət göstərən 10 aparıcı bank sırasında qərarlaşıb.

Bu barədə fikrinizi söyləyin



«Bank of Baku» ASC
“TOP CONTRY TEAMS” PROQRAMININ QALİBİ OLDU


“Bank of Baku” ASC “Top Country Teams – Ölkənin Ən Yaxşı Komandaları 2007” proqramının qalibi oldu. Western Union şirkəti tərəfindən təşkil edilmiş proqram, Azərbaycanda fəaliyyət göstərən və Western Union üzrə təcili pul köçürmələrini həyata keçirən müvafiq banklara məxsus 35 xidmət məntəqələri arasında keçirilmişdir.



Müsabiqənin nəticələrinə əsasən “Top Teams – 2007” proqramı çərçivəsində həyata keçirilən “Bütün kateqoriyalar üzrə ən yaxşı məntəqə” nominasiyasının qalibi Bakı şəhəri, R.Rüstəmov küç, 25\63-də yerləşən Bank of Baku-nun “Neftçilər” filialı oldu. Müsabiqədə iştirak edən hər bir məntəqənin fəaliyyətinin qiymətləndirilməsi müstəqil auditorlar tərəfindən aparılmışdır. Qiymətləndirmə “gizli zənglər”, “müştəri qismində banka müraciət etmə” və s. kimi vasitələrdən istifadə etməklə aparılmışdır. Qiymətləndirmə zamanı Bank of Baku-nun operatorlarının yüksək peşəkarlığı, mülayimliyi, ən əsası isə Western Union təcili pul köçürmələri xidmətindən istifadə edən müştərilər üçün yaradılan münasib şərait xüsusilə qeyd olunmuşdur.
Qeyd edək ki, 1994-cü ildən fəaliyyət göstərən “Bank of Baku” ASC hazırda Azərbaycanın aparıcı banklarından biri olmaqla ölkənmizin ən yaxşı 10 bankı sırasındadır. Bank of Baku Western Union şirkəti ilə 1998-ci ildən etibarən əməkdaşlıq edir.



Bank of Baku © Bütün hüquqlar qorunub