Sual-Cavab              
12.05.2008 
azpyceng
Fərdi bankçılıq
Hesabların idarə olunması
Kreditlər
Təcili pul köcürmələri
Əmanətlər
Plastik kartlar
Giriş sözü
Plastik kartların növləri
Fərdi kredit proqramları
Tarif cədvəli
Faydalı məlumatlar
Digər əməliyyatlar

Bank of Baku
Məzənnələr
 
NBA
rates
Buy
Sell
USD
0.8292
0.824
0.834
EUR
1.2696
1.263
1.284
RUB
0.0347
0.0335
0.0365
GBP
1.6179
1.608
1.628
Müraciət
Faydalı linklər
Faydalı məlumatlar

Plastik kartlar necə olur?

Hazırda bütün dünya üzrə istifadə olunan plastik kartları müxtəlif meyarlar əsasında təsnifatlaşdırmaq olar :

  • tipinə görə - kredit, debet və çip kartlar;
  • növünə görə - maestro / elektron, standard / klassik, qızıl, platin və virtual kartlar;
  • müştəri kütləsinə görə - fərdi şəxslər üçün, hüquqi şəxslər üçün, klub / təşkilat kartları;
  • istifadə olunma coğrafisına görə - lokal və beynəlxalq kartlar;
  • kartlarla əməliyyatlar zamanı verilən üstünlüklərə görə - klassik bank, endirim və bonus kartları;
  • emissiya edən qurumlara görə - bank və qeyri-bank kartları;

Kartlarla aparılan əməliyyatların xidmət olunması müxtəlif ödəniş sistemləri vasitəsilə həyata keçirilir. Bu ödəniş sistemləri istər yerli, istərsə də beynəlxalq ola bilər. Hazırda mövcud olan ödəniş sistemlərindən 2- si – Visa İnt. və Master Card İnt. öz əhatə dairəsinə, istifadəçilərinin və üzv - təşkilatlarının sayına görə digər sistemlərlə müqayisədə daha böyükdür. Hazırda bu iki təşkilat dünya bazarının 86 %- ni öz əllərində cəmləşdirmişdir.

Bununla yanaşı, öz müştərilərinə bir sıra ticarət komplekslərində alış - veriş edərkən endirimlər almaq, turist səfərlərinə gedən zaman üstünlüklərdən faydalanmaq, müxtəlif prestijli otellərin, restoranların, avtomobil kirayəsi şirkətlərinin xidmətlərindən istifadə etmək, beynəlxalq aeroportlarda xüsusi VİP - otaqlarda xidmət olunmaq və s. kimi üstünlüklər yaratmaq üzrə ixtisaslaşan beynəlxalq təşkilatlar da fəaliyyət göstərir. Bunların sırasında Diners Club International, International Airline Passengers Association (IAPA), Countdown, European Travel Network, Hotel Express International (HEI) daha populyardır. Bu kartların sahibləri, həmçinin adi qaydada nağd vəsaitlər əldə etmək imkanına da malikdirlər.

 

Kartdan istifadə qaydaları

Göstərilən qaydalar kartlardan istifadənin təhlükəsizliyi və rahatlığı üçün tərtib olunmuşdur. Qeyd olunan qaydalara riayət etməklə, Siz plastik kartınızı gündəlik həyatınızın bir hissəsinə çevirə və öz vəsaitləriniz toxunulmazlığına nail ola bilərsiniz.

  • Kartın istifadə müddəti onun üzərində qeyd olunur.
    Mühüm qeyd: Kartın rəsmiləşdirilməsi tarixindən asılı olmayaraq kartın istifadə müddəti növbəti il həmin ayın sonuna qədər müəyyən olunur.
  • Kartı itirdikdə ilk növbədə bu barədə Banka məlumat vermək lazımdır ! Kartın itirilməsinə görə cərimə komissiyasını ödədikdən sonra müştəri itirilmiş kartı bloklaşdıra bilər. Bunun üçün kart sahibi kartın əsl sahibi olduğunu bildirmək üçün Bankın Müştəri Xidmətləri Departamentinin ekspertinin müvafiq suallarına cavab verməlidir. Daha sonra müştərinin istəyi əsasında eyni kart hesabına bağlanan yeni kart sifariş edilə bilər. Əgər müştəri əsas kartla yanaşı, əlavə karta da malikdirsə, bu halda müqavilə müddətinin sonunadək əlavə kartdan istifadə etmək imkanına malikdir.
  • Kartın PİN - kodunu kartla bir yerdə saxlamaq, yaxud kartın üzərində yazmaq, və ya PİN - kodu başqa bir şəxsə demək məqsədəuyğun deyil. Əks halda istənilən səbəb üzündən kartı ələ keçirən başqa bir şəxs bu kart hesabına çıxış əldə edə bilər.
  • Kartın PİN - kodu ən çoxu 2 dəfədən artıq yalnış daxil etmək olmaz. Əks halda kartın avtomatik bloklaşdırılması baş verir. Bundan əlavə kart həmin an ATM qurğusunda yerləşirsə, qurğu kartı « uda » bilər. Kartın bloklaşdırılması ilə bağlı istənilən halda Bankı məlumatlandırmaq lazımdır.
  • Kartın elektromaqnit, isti və mexaniki təsirə məruz qalmasına imkan vermək olmaz.
    Mühüm qeyd: Kartların güclü maqnit sahəsi olan əşyalarla toxunmasına yol verməyin. Kartı televizor, kompüter və digər elektrik qurğularının üzərinə qoymaq məqsədəuyğun deyil – əks halda bu kartın maqnitsizləşməsinə gətirib çıxara bilər!
  • ATM və ya POS - dən istifadə edərkən öz kartınızı geri götürməyi unutmayın. Bu zaman kartın məhz Sizə məxsus olduğunu və zədələnmədiyini yoxlamaq lazımdır.
  • ATM və POS qurğusundan verilmiş çekdə göstərilən məbləğlə bağlı hər hansı mübahisəli məsələ olarsa, bu barədə Banka müraciət edin. Ödəmə çeklərinin bir nüsxəsini özünüzdə saxlayın və onu kart hesabından çıxarışla müqayisə edin.
  • İnternet şəbəkəsində kart vasitəsilə əməliyyat aparmaq üçün aşağıdakılara diqqət yetirmək lazımdır :
  • Kart vasitəsilə əməliyyat aparmaq üçün kartın məlumatlarını daxil etməyi ən sona saxlamaq lazımdır !
  • İlk öncə daxil olduğunuz sayt barədə öncə ətraflı məlumat toplayın.
  • Əmtəə və ya xidməti təqdim edən şirkətin rekvizitləri, saytda qeyd olunan məlumatların həqiqətə uyğunluğu, ödəniş və əmtəə / xidmətin çatdırılması qaydaları ilə tanış olun.
  • Kart haqqında məlumatların daxil edilməsi səhifəsində İstifadə qaydaları üzrə Razılaşma (Terms of use Agreement) ilə tanış olun. Burada xüsusilə müəllif hüquqları və digər mühüm məsələlərlə bağlı bəndlər ola bilər ki, onların vaxtında nəzərdə tutulmaması sonradan Sizin üçün müxtəlif problemlər yarada bilər.
  • Mağaza, restoran, otel, əyləncə mərkəzlərində kart vasitəsilə əməliyyat aparmaq üçün aşağıdakılara diqqət yetirmək lazımdır:
  • Kart vasitəsilə əmtəə və xidmətlərin dəyərini ödəyərkən kart üzrə əməliyyatın Sizin iştirakınızla aparılmasını tələb edin. Bu, Sizin icazəniz olmadan hər hansı əməliyyatın aparılmasının qarşısını almaqla, mümkün ola bilən xoşagəlməz halları aradan qaldırır.
  • POS - terminaldan 2 ədəd çek çıxarılır. Siz bu çeklərin eyniliyini və orada qeyd olunan məbləğlərin düzgünlüyünü yoxladıqdan sonra onların hər ikisində imza atın. Daha sonra bu çeklərin hər ikisində həmin təşkilatın kassasının işçisi də imza atır. Bu çeklərdən biri Sizdə, digəri isə həmin təşkilatda qalır.
  • Məbləğ göstərilməyən çeki imzalamaq olmaz! Bu, sonradan məbləğ bəndində istənilən məbləğin yazılması və nəticədə Sizin hesabınızdan silinməsi ilə nəticələnə bilər.
  • Kart hesabının durumunu və kartla aparılmış əməliyyatlarla bağlı müntəzəm məlumatlanmaq üçün kart hesabından çıxarış əldə edin. Bunu istər Bankın filial və nümayəndəliklərinə müraciət etməklə, istərsə də İnternet - bankçılıq sistemi vasitəsilə həyata keçirə bilərsiniz.
  • Kartlardan istifadə ilə bağlı olan bu və ya digər məsələ ilə əlaqədar Bankın Müştəri Xidmətləri Departamentinə müraciət edə bilərsiniz.

Qeyd : Sadalanan problemlərlə qarşılaşmamaq, həmçinin kartlardan istifadə ilə bağlı suallarınıza cavab tapmaq üçün ATM və POS - terminaldan istifadə qaydaları ilə tanış olun.

 

 

ATM / Bankomatdan istifadə qaydaları

 

ATM nədir?

Bankomat, başqa sözlə ATM qurğusu plastik kart vasitəsilə nağd pulun əldə edilməsi üçün elektron qurğudur.

 

ATM - in yerinə yetirdiyi əsas əməliyyatlar.

  • Nağd pul vermə.
  • Kart hesabının cari durumunun öyrənilməsi.
  • Xidmətlərin ödənilməsi.
  • Bəzi bankomatlar vasitəsilə kart hesabını doldurmaq mümkündür.

 

ATM - lərin quruluşu.

Fərqli banklar tərəfindən fərqli modellərdə bankomatlar istifadə oluna bilər. Ancaq modelindən asılı olmayaraq istənilən bankomat aşağıdakı hissələrdən ibarətdir :

  • Kartların yoxlanılması üçün qurğu.
  • Nağd pul verən qurğu.
  • Monitor (bəzi modellərdə monitor bağlı olur və yalnız kart salındıqdan sonra açılır).
  • 2 qrup klaviş :
  • 1- ci qrup - monitorun hər iki tərəfi boyunca yerləşir (klavişlərdə heç bir işarə yoxdur).
  • 2- ci qrup - rəqəmli klaviatura - monitor panelində yerləşir. Bu klavişlərdə rəqəmlər və xüsusi işarələr vardır.
  • Çek verilən qurğu.

Kartı ATM - ə daxil etməzdən qabaq aşağıdakılara diqqət yetirilməlidir.

  • Bankomatın işləmə rejimində olmasına (bankomata cərəyan daxil olur, siqnal lampaları yanır və displey işləyir);
  • Kartınız beynəlxalq kartdırsa, həmin ATM - in VISA və ya Master Card sisteminin kartlarını qəbul etməsinə;
  • Kartın bankomata doğru salınmasına;

ATM - dən necə istifadə etməli ?

  • Bank kartını düzgün formada bankomatın yoxlama qurğusuna daxil edin. Qeyd : Kart yoxlayıcı qurğunun yanında, kartın qurğuya necə salınacağını göstərən təsvir yeri var.
  • Ekrandan sağda yerləşən düymələr vasitəsilə menyunun dilini seçin (azərbaycan, ingilis və ya rus).
  • Rəqəmli klaviaturadan PİN - kodu daxil edin. PİN - kodu yazdıqda ekranda hər rəqəm ulduzla işarə olunur, odur ki, bu zaman klaviaturaya diqqətlə baxmağınız tələb olunur. PİN - kodu yığdıqdan sonra klaviaturadakı «Daxil et» düyməsini basın.

Diqqət: PIN - kodu yığarkən diqqətli olun. Bunun üçün Sizin 3 şansınız vardır. Siz PİN - kodu ardıcıl olaraq 3 dəfə yanlış daxil etdiyiniz halda kartınız bloklaşdırılacaq (bankomat tərəfindən «tutulacaqdır»).

  • Ekranın sağındakı düymələrin köməyi ilə əməliyyatın adını və ya ATM - dən nağd vəsait çıxarmaq üçün valyutanın növünü seçin (AZM, ABŞ dolları və ya EUR).
  • Monitorda göstərilən rəqəmlərdən (məbləğlərdən) özünüzə uyğun gələnini seçmək üçün ekranın sağ və ya sol tərəfindəki müvafiq düymələrdən həmin rəqəmin qarşısında duran düyməni basın. Əgər monitorda göstərilən məbləğlərdən özünüzə uyğun gələni yoxdursa, bu zaman ''Digər'' bəndini seçin. Daha sonra ekranda məbləği yazmaq üçün mətn çıxacaq görsənəcək, bu zaman öz istədiyiniz məbləği klaviaturada yığın və «Daxil et» düyməsini basın.
  • Monitorda hesabınızın qalığının çek vasitəsilə verilməsi və ya sadəcə ekranda göstərilməsi haqqında sual görsənəcək. Müvafiq düyməni seçməklə çekin alınıb - alınmamasına qərar verin.
  • Monitorda aşağıdakı yazılardan biri görsənəcək
  • «Sorğunuz qəbul olundu, lütfən gözləyin» yazısının peyda olması istədiyiniz məbləğin bankomat tərəfindən Sizə verilməsi üçün hazırlandığını bildirir!
  • «Üzr istəyirik, istədiyiniz puldan bankomatda yoxdur»
  • «Hesabınızda istədiyiniz qədər vəsait yoxdur»

b və c bəndlərində göstərilən yazılar ekranda çıxdığı zaman kartınızı götürün və əməliyyatı təkrarlayın (müvafiq dəyişikliklər etməklə) və ya ATM - lə bağlı əməliyyatı sonraya saxlayın.

  • Nağd pul verən qurğudan 30 saniyə ərzində pulunuzu götürün, əks halda o bankomat tərəfindən tutulacaqdır.

 

Qeyd : Bankomatın rəqəmli klaviaturasındakı ' Cancel '' ('' Ləğv '') düyməsi vasitəsilə Siz istədiyiniz vaxt əməliyyatdan imtina edə bilərsiniz.

 

Diqqət !!!

    • ATM - dən 1 dəfəyə ən çoxu 250 USD/EUR/AZN çıxarmaq olar. Bundan böyük məbləğ götürmək üçün ATM - ə təkrar müraciət etmək lazım gələcək.
    • Yoxlama qurğusundan kartınız çıxdığı zaman onu 30 saniyə ərzində götürməyiniz lazımdır. Əks halda kart bankomat tərəfindən «tutulacaqdır».
    • Nağd pul və çek verilən qurğudan müvafiq olaraq pul və çekiniz çıxdığı zaman onu 30 saniyə ərzində götürmədikdə onlar ATM tərəfindən «udulacaqdır».

 

Hansı hallarda ATM sizə istədiyiniz məbləği verməyə bilər ?

  • Kartınızın müddəti bitmişdirsə,
  • Kartınız zədələnmişdirsə,
  • Kartınızda istədiyiniz qədər vəsait yoxdursa,
  • ATM - də yetərli qədər vəsait yoxdursa,
  • ATM - də istədiyiniz valyutadan yoxdursa (Məs. kartdan 75.000 AZM çıxarmaq istəyirsiniz, ATM - də isə yalnız 50.000 AZM - lik əskinazlar var.)
  • İstədiyiniz məbləğ ATM - in qoyduğu maksimum həddini keçirsə.
  • ATM müvəqqəti olaraq işləmirsə

Qeyd: Əgər bankomatdan istifadə nəticəsində aparılan əməliyyatlar uğursuzluqla nəticələnmiş, amma sizin hesabınızdan məbləğ silinmişsə, siz mütləq baş verənlərlə bağlı xüsusi Banka məlumat verməlisiniz.

 

ATM - dən istifadədə təhlükəsizlik qaydaları.

  • Əgər bankomat qaranlıq və ya tənha bir yerdə yerləşmişsə, risk etməyin və başqa bankomatdan istifadə edin.
  • Əmin olun ki, növbədə dayananlardan heç kim sizin PİN və ya məbləği yığmağınızı izləmir.
  • Unutmayın ! PIN kodun 3 dəfə yanlış daxil edilməsi kartın bloklaşdırılmasına, bəzi hallarda isə bankomat tərəfindən tutulmasına gətirib çıxarır.
  • Nağd pulu bankomatın qarşısında dayanaraq saymayın, Kartı, pulu və çeki alaraq ATM - dən kənarlaşın. Məbləğ düzgün olmadığı halda banka müraciət edin.
  • Əgər Sizə şübhəli bir şey görünürsə, əməliyyatdan imtina edərək bankomatdan uzaqlaşın. Banka müraciət edərək əməliyyatın ləğv edilməsindən əmin olun.
  • Əgər Siz qapalı məkanda yerləşən bankomatdan istifadə edəcəksinizsə və bunun üçün qapını kartla açmaq lazım olacaqsa, o zaman əmin olun ki, arxanızca kənar şəxs daxil olmur.
  • Əgər Siz avtomobil yolundakı bankomatdan istifadə edəcəksinizsə, o zaman avtomobilin qapısını örtün və şüşələri qaldırın. Nağd pul götürəcəyiniz zaman açarları və digər qiymətli əşyalarınızı avtomobildə qoymayın, mühərriki söndürün.
  • Çekinizi özünüzlə götürün.

ATM - dən istifadə ilə bağlı hər hansı problem və ya anlaşmazlıq olarsa, Bankın istənilən filialında Müştəri Xidmətləri Bölməsinə müraciət edə bilərsiniz.

 

Kartların yaranma tarixi

Müasir kartların yaranma tarixi 20-ci əsrin əvvəllərinə təsadüf edir. O zaman bir sıra amerikan otelləri, yanacaq şirkətləri və mağazaların buraxdığı əmtəə kartları daha çox 2 məqsədə xidmət edirdi – hər bir müştərinin fərdi hesabına nəzarət etmək və hər bir müştərinin alışlarının qeydə alınması mexanizmini təmin etmək. Bir sıra firmalar isə öz varlı müştəriləri üçün xüsusi kartlar buraxmaq və kart vasitəsilə müxtəlif üstünlüklər ( endirimlər, hissəli ödəniş, pulsuz çatdırılma və s.) yaratmaqla onları öz mağazalar şəbəkəsinə bağlamağa, müştərilərdə loyallıq hissini formalaşdırmağa çalışırdılar. Bununla yanaşı, məhz kart sisteminin tətbiqinin başlanması əmtəələrin uzun müddətə, hissəli ödənişlə satılması sisteminin genişlənməsinə zəmin yaratdı. Sonrakı illərdə uğurlu təcrübədən qaynaqlanaraq kart sistemi iqtisadiyyatın digər sahələrində, o cümlədən avtomobil və avianəqliyyatda tətbiq olunmağa başladı.

20- ci illərin əvvəllərində bəzi yanacaq şirkətləri xüsusi güzəştli kartlar – « courtesy cards » buraxmağa başladılar. Onun köməkliyi ilə aviasəyahətçilər şirkətin istənilən filialında olarkən alışlar edə bilərdilər. Tədricən rəqabət nəticəsində bir sıra şirkətlərə iri məbləğdə vəsait sərf etməklə müştəri kartlarını kredit kartlarla əvəz etməyə başladılar.

Müasir kredit kartların dövrünün əsası 1949- cu ildə Diners Club - un yaradılması ilə qoyuldu. Həmin ilin yazında Alfred Bloomingdale, Franc McNamara Ralph Snyder yeni növ kartlar üçün plan təqdim etdilər. Yalnız aid olduğu sahədə istifadə oluna bilən əmtəə kartlarından fərqli olaraq, yeni kartlar universal olmaqla, öz sahibinə bütün ölkə üzrə müxtəlif ticarət və xidmət nöqtələrində ödəniş etmək imkanı verməliydi. Planın daha bir mühüm cəhəti isə kredit əməliyyatlarında üçüncü tərəfin – alıcı ilə satıcı arasında vasitəçi kimi əməliyyat mərkəzinin ( Dinesr Clubun ) çıxış etməsi məsələsi idi.

Layihənin maliyyələşdirilməsi üçün Diners Club iştirakçı - firmalardan malın dəyərindən endirim formasında ilkin olaraq 7 %- ə qədər komissiya, kart sahiblərindən isə aylıq ödəniş alırdı.

İlkin mərhələdə bu layihənin qarşısında bir neçə maneə var idi :

  • potensial müştərilər iştirakçı - firmaların sayının artmasını gözlədikləri üçün kart almağa tələsmirdilər;
  • firmalar tələbin azlığını görüb proqrama qoşulmaq istəmirdilər;
  • firmalar, həmçinin endirimin həcmində narazı idilər;
  • buna qədər kart buraxmış aviaşirkətlər, yanacaq şirkətləri və digər iri ticarət firmaları da buna qarşı çıxırdılar. Onlar üçüncü tərəfə əlavə komissiya ödəməyə narazı olmaqla yanaşı, öz müştərilərinə « yad » kartları satmaqla onlarla münasibətlərinin soyuyacağından ehtiyat edirdilər.

Bununla belə, Diners Clubun fəaliyyəti getdikcə genişlənirdi. Onun ardından bazarda turizm və əyləncə sektorunda T & E ( Travel & Entartainment ) şirkəti peyda oldu. 1958- ci ildə isə yol çekləri buraxan American Express - lə universal kredit kartlar buraxan Carte Blanche şirkətləri də bazara daxil oldular.

Elə həmin ildə ABŞ - ın iki ən böyük bankı – Bank of America Chase Manhattan Bank kredit kartlarla əməliyyatlara başladılar. Lakin rəqabət nəticəsində Chase Manhattan 1962- ci ildə öz əməliyyatlarını satmalı oldu. Bu dövrdə kart biznesində müşahidə olunan əsas problemlər – informasiyanın ötürülməsindəki çətinliklər, dələduzluq və sui - istifadə hallarının çoxluğu, ən əsası isə ümummilli vahid şəbəkənin olmaması idi, bu da daha çox lokal kart bazarlarında təmərküzləşən kiçik banklar üçün çox ciddi maneəyə çevrilmişdi. 1966- cı ildə Bank of America bu problemin həlli istiqamətində bir addım ataraq bir sıra banklara BankAmericard kartları ilə əməliyyatlar aparmaq üçün lisenziya verdi. Buna cavab olaraq ölkənin digər bankları ikinci milli kart sisteminin – İnterbank Cards Association - un əsasını qoydular.

Kart sisteminin sürətli inkişafı bu iki milli sistemə qoşulan firmaların sayının artmasına ilə müşaiyət olunurdu. Nəticədə bu bazarda müstəqil fəaliyyət göstərən banklar da bu sistemlərdən birinə qoşulmağa qərar verdilər. 1978- ci ildə ölkənin 11 mindən çox bankı bir və ya hər iki sistemə üzv olmuşdular.

1970- ci illərdə ABŞ - da kartdan istifadə və kart biznesini tənzimləyən bir neçə qanun qəbul olundu (1972- ci ildə Fair Credit Billinq Act, 1973- cü ildə Federal Privacy Act, 1977- ci ildə Equal Credit Opportunity Act ).

BankAmericard 1976- cı ildə beynəlxalq səviyyədə tanınmanı sürətləndirmək üçün adını « VİSA » ilə dəyişdi. 1979- cu ildə Master Charge - ın xələfi olan « Master Card » yaradıldı. 1969-1981- ci illərdə Master Card - a qoşulan bankların sayı 4.461- dən 12.504- ə, VİSA - ya qoşulanların sayı isə 3.751- dən 12.518- ə qədər yüksəldi. 80- ci illərin sonlarında isə VİSA özünün əsas rəqibi üzərində üstünlüyünü 3 dəfəyə qədər artırdı.

Maraqlıdır ki, ilkin vaxtlarda VİSA və Master Card banklara hər iki sistemin kartını buraxmağa qadağa qoymuşdular. Lakin sonradan antitrest qanunvericiliyinin pozulması iddiası ilə çıxış edən məhkəmələrin təsiri nəticəsində banklar belə bir imkanı əldə etdilər.

Kartların T & E sənayesində də rəqabət güclənirdi. Bu bazarda isə American Express - in üstünlüyü nəzərə çarpacaq dərəcəyə çatmışdı. Sonradan rəqabətə davam gətirmək üçün Diners Club və Carte Blanche City Bank tərəfindən alınsa da hazırda müştəri bazasının həcminə görə AMEX digər iki sistemi birlikdə 12 dəfədən çox qabaqlayır.

 

 

Ödəniş kartlarının inkişaf xronologiyası

  • 1950 - Diners Club ilk ödəniş kartını dövriyyəyə buraxır
  • 1958 - Bank of America ilk bank kartını emissiya edir
  • 1965 - Belçikada EUROCARD İnternational - ın əsası qoyulur
  • 1967 - Amerika bankları Banklararası Kart Assosiasiyasının ( İnterbank Card Assosiation – İCA ) əsasını qoyurlar
  • 1968 - EUROCARD İnternational və İCA ittifaq yaradırlar
  • 1974 - Eurocheque İnternational təsis olundu
  • 1976 - Bank Americard VİSA İnternational - a çevrilir
  • 1979 - İCA Master Card İnternational - a çevrilir
  • 1988 - Master Card EUROCARD İnternational & EPSS - in səhmdarı olur
  • 1992 - EUROCARD İnt . & EPSS və Eurocheque İnt . Europay İnternational
  • 2002 - Master Card İnt . və Europay İnternational - ın qovuşması baş verir

 

Bank of Baku © Bütün hüquqlar qorunub