|
Plastik kartlar nəyə görə bu qədər populyardır?
Geniş istifadə imkanları
Plastik kartlar vasitəsilə hazırda bütün dünya üzrə 24 saat ərzində 30 mln. - dan artıq ticarət və xidmət məntəqəsində alış - veriş etmək, xidmətlərdən faydalanmaq, həmçinin nağd vəsait əldə etmək mümkündür.
İnternetdən istifadənin genişləndiyi bir dövrdə biznes fəaliyyətində bu kommunikasiya vasitəsindən istifadə edən şirkətlərin böyük əksəriyyəti beynəlxalq plastik kartlara üstünlük verir. Hazırda bütün dünya üzrə geniş yayılan bu əməliyyatlar hətta plastik kartların yeni növünü n – Virtual kartları n meydana çıx msını əsaslandırmışdır.
Pul vəsaitlərinin axınına nəzarət
Kartlar maliyyə vəsaitlərinin hərəkətinə və gündəlik məsrəflərə nəzarət etmək üçün çevik və çox rahat vasitədir. Bu üstünlük hesabına şirkətlər öz əməkdaşlarının ezamiyyət xərclərinin , valideynlər öz övladlarının gündəlik məsrəflərinin təyinatı üzrə yönəlməsinə nəzarət etmək imkanına sahib olurlar.
Kart sahibi istədiyi zaman bank vasitəsilə və ya sərbəst şəkildə müxtəlif kommunikasiya vasitələri hesabına kart hesabından çıxarış əldə etmək və ya sadəcə hesabın balansı ilə tanış olmaq imkanına sahibdir. Bu isə kart sahibini onun istəyi olmadan baş vermiş hər hansı əməliyyat barədə dərhal məlumatlanma sına imkan yaradır.
Geniş sayda əlavə xidmət və üstünlüklər
Plastik kartların sahibləri öz kartlarından təyinatı üzrə istifadə etməklə yanaşı, geniş sayda əlavə üstünlüklər əldə edə bilərlər. Bura kartların növündən asılı olaraq ölkə daxilində və ondan kənarda alış-veriş edərkən endirim və əlavə bonuslar qazanmaq; avtomobil icarəyə götürmək; mehmanxanalarda, restoranlarda, aeroportlarda və digər məntəqələr də xidmətləri bron etmək; xarici ölkələrə səfər edərkən tibbi və sağlamlıq sığortası əldə etmək; müxtəlif klublara və əyləncə mərkəzlərinə giriş imkanı qazanmaq kimi geniş çeşidli xidmətlər daxildir.
Rahatlıq və təhlükəsizliyin təminatı
Kart hesabında olan vəsaitdən istifadə etmək hüququ yalnız kart sahibinin özünə məxsusdur və xüsusi məxfi kod - şifrə vasitəsilə təmin olunur. Bu üzdən kart itirilərsə və ya oğurlanarsa belə həmin məxfi kod - şifrə olmadan kart hesabına çıxış əldə etmək mümkün deyil. Eyni zamanda müştərinin istəyinə uyğun olaraq eyni kart hesabına bir neçə kart bağlana bilər, bu yolla eyni ailənin bir neçə üzvü əlavə kart hesabı açmadan öz şəxsi kartı hesabına bu vəsaitlərdən istifadə edə bilər.
Nağd pul vəsaitlərinin daşınması, saxlanması və istifadəsi ilə bağlı narahatlıqlar günü - gündən daha da aktuallaşır və insanlar həm də bu səbəbə görə plastik kartlardan istifadəyə daha çox meyl edirlər. Bu, xüsusilə xarici ölkələrə səfər edən insanlar üçün daha aktualdır. Gömrük sərhədini keçərkən kart hesabında vəsaitlərə görə hesabat verməkdən azad olmaq isə plastik kartların daha bir mühüm üstünlüyüdür.
Kartların itirilməsi, oğurlanması, zədələnməsi zamanı kart sahibi Banka müraciət etməklə kartını və kart hesabında olan vəsaitlərini bərpa edə bilər! Nağd vəsaitlərlə eyni aqibət yaşandıqda isə onların bərpası ehtimalı çox aşağıdır.
Nəyə görə məhz "Bank of Baku"nun kartları?
Bu suala cavab vermək üçün bizim kartların yaratdığı imkanlarla sizi tanış etmək istərdik:
- biz Sizə Master Card və Maestro tipli beynəlxalq plastik kartları təqdim edirik;
- bizim tariflərimiz müştərilərin istək və ehtiyaclarına uyğun təyin olunub və bu üzdən rəqabətqabiliyyətlidir;
- bizim Bankda kart hesabı açarkən hesaba minimal qoyuluş tələb olunmur, sığorta depoziti isə yalnız MC Standard və MC Gold kartlarında tələb olunur və aşağı həddə müəyyən olunmuşdur;
- biz kredit kartlar vasitəsilə əhalinin müxtəlif təbəqələrinə, o cümlədən müəllim və həkimlərə, bir sıra dövlət təşkilatlarının işçilərinə, iri özəl təşkilatların işçilərinə, Bankın mövcud müştərilərinə əlverişli şərtlərlə kredit xətti təqdim edirik;
- bizim digər məhsul və xidmətlərimizdən istifadə edən şəxslər plastik kartlarımızı pulsuz da əldə edə bilərlər;
- biz Sizə kart hesabını istər yerli valyutada, istərsə də USD və EUR - da açmağa imkan yaradırıq;
- bizim kartlarımızı 3 il müddətinə qədər rəsmiləşdirmək mümkündür.
"Bank of Baku"nun plastik kartları ilə həyatınıza güvən və rahatlıq gətirin. Bizim kartlar Sizi heç vaxt darda qoymaz! |