İnsan Resursları "Bank of Baku"nun əsas aktivləridir!
İnsan Resursları siyasətimiz Bankın qarşısında duran strateji məqsədlərə
çatmaqdan ötrü bankın dəyərlərini qəbul edən, peşəkar bir komanda yaradaraq
qarşılıqlı maraqlar balansını düzgün seçməklə bu məqsədlərin həyata
keçirilməsini təmin etməkdən ibarətdir.
Biz işçilərin təşəbbüskarlıq, komandada işləmək bacarığı, öz üzərində daim
çalışmaq kimi keyfiyyətlərinə qiymət verir və inkişaf etdiririk. Belə
keyfiyyətlərə malik olan əməkdaşlarımız üçün professional və karyera inkişafı
üçün gözəl imkanlar mövcuddur.
Bankımızın imici ilk növbədə personaldan, o cümlədən menecmentdən, onun
peşəkarlığı və işə münasibətindən asılıdır. Buna görə də əməkdaşların
professional və şəxsi keyfiyyətlərinə və onların inkişafına, həmçinin korporativ
mədəniyyət normalarına riayət edilməsinə xüsusi diqqət yetiririk.
Müştəriyə yaxınlığımız, intizamlı, çalışqan və bankımıza bağlı əməkdaşlarımız,
qanun və qaydalara riayət etməyimiz bizi nümunəvi qurum və Bank of Baku'lu edən
xüsusiyyətlərimizdir.
Bankımız cavandır. Əməkdaşlarımızın orta yaşı 29-dur. Bu da öz növbəsində
kollektivin daha dinamik və yaradıcı olmasına şərait yaradır.
Bank of Baku'da işçi-rəhbər münasibətləri interaktivdir. Rəhbərlik
əməkdaşlara dəyər verdiyi kimi, əməkdaşlar da öz növbəsində Bankın maraqlarını
özlərinə doğma sayırlar.
Biz inanırıq ki, həmfikir peşəkarlardan ibarət olan heyətimiz Bankın
qarşısında duran məqsədlərə çatmağa qadirdir.
Əgər Siz də korporativ ailəmizin bir nümayəndəsi olmaq istəyirsinizsə, ilk
olaraq İşə müraciət blankını doldurub Banka təqdim edin. Bankın İnsan
Resursları Departamenti hər bir müraciətə fərdi qaydada yanaşaraq mövcud
meyarlar əsasında ətraflı təhlil edəcək.