"Bank of Baku"dünyanın istənilən nöqtəsinə ən qısa vaxt kəsiyində təcili pul
köçürmələrini həyata keçirir. Müştərilərə təqdim olunan
xidmətin keyfiyyətinin artırılması və müştərilərin
ehtiyaclarının tam şəkildə qarşılanması üçün Bank of Baku
hazırda 7 beynəlxalq sistemlə əməkdaşlıq edir. Bugünkü gün
Banka gələn müştərilər MİGOM, Bıstraya Poçta və Privat Money sistemləri
vasitəsilə MDB və Baltikyanı ölkələrə, Western Union, Coinstar, Contact və Xpress Money sistemləri vasitəsilə isə dünyanın istənilən
nöqtəsində yaşayan, təhsil alan, yaxud işgüzar fəaliyyətlə
məşğul olan yaxınlarına pul vəsaitləri göndərə və ya ala
bilərlər.
Təcili pul köçürmələri
sistemlərinin əsas üstünlükləri:
• operativlik
- bank hesabı açılmadan ən qısa zamanda rəsmiləşdirmə
• sürət
- cəmi 5-15 dəqiqə ərzində vəsaitin təyin olunan
məntəqəyə çatdırılması
• rahat
- geniş nümayəndəlik şəbəkəsi vasitəsilə pul
köçürmələrinin rahatlığı
• təhlükəsiz
- bunun üçün hər bir sistem üzrə xüsusi təhlükəsizlik
sistemləri tətbiq olunur.
Pulun göndərilməsi və
alınması mövcud valyuta qanunvericiliyinə əsasən aparılır.
"Bank of Baku"nun
təcili pul köçürmələri üzrə xidmətlər toplusu haqda məlumat
almaq üçün Bankın istənilən filial və ya nümayəndəliyində
Xidmət Bölməsi ilə əlaqə saxlayın.
|