Sual-Cavab              
16.05.2008 
azpyceng
Korporativ bankçılıq
Kassa-hesablaşma
  əməliyyatları

Kreditlər
Lizinq
Giriş sözü
Lizinq və üstünlükləri
Lizinq xidmətləri və şərtləri
Partnyor şirkətlər
Sənədlərin siyahısı
Faydalı məlumatlar
Online müraciət forması
Sənədli əməliyyatlar
Əmanətlər
Plastik kartlar
Digər əməliyyatlar

Bank of Baku
Məzənnələr
 
NBA
rates
Buy
Sell
USD
0.8274
0.824
0.834
EUR
1.2803
1.275
1.297
RUB
0.0347
0.0335
0.0365
GBP
1.6115
1.602
1.637
Müraciət
Faydalı linklər
Lizinq və üstünlükləri
Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir.

Lizinq əsasən üç tərəf arasında bağlanılan maliyyə sazişidir.


Həmin sazişdə iştirak edən tərəflər:

  • Lizinqverən (Lizinq Şirkəti – Bank of Baku),
  • Lizinq predmetini satan (Təchizatçı – Malın sazişə qədərki sahibi)
  • Lizinq alan (İstifadəçi– Malın sazişdən sonrakı istifadəçisi)

Lizinq sazişində ən azı iki müqavilədən ibarət olmaqla qüvvəyə minir:

  • lizinqverənlə lizinqalan arasında – lizinq müqaviləsi,
  • lizinqverən və avadanlığı satan arasında – alqı-satqı müqaviləsi.

Lizinq yolu ilə əsas vəsaitlərin alışının maliyyələşdirilməsinin bir sıra üstünlükləri vardır:

  1. Siz avadanlığın alınmasına vəsait yatırmırsız. Əvəzində vəsaitinizi marketinq işlərinə, dövriyyə kapitalının artırılmasına, cari xərclərin ödənilməsinə və s. yönəldə bilirsiniz.
  2. Mütəmadi olaraq avadanlığınızın yenilənməsi və bununla da hər zaman müasir texnologiyadan istifadə edilməsinə imkan əldə edirsiniz.
  3. Lizinq obyekti özü öhdəliyin təminatı rolunu daşıyır və adətən əlavə təminata ehtiyac olmur.
  4. Bəzi lizinq müqavilələri özündə bir sıra əlavə xidmət və peşəkar məsləhətləri, ehtiyat hissələri ilə təmin olunması, montaj və demontaj işlərini və s. cəmləşdirməklə istifadəçiləri üçün daha rahat iş şəraiti yaradır.
  5. Lizinq ödəmələri ƏDV-yə cəlb olunmur.
  6. Lizinq ödəmələri müəssisənin vergiyə cəlb olunan gəlirindən tam həcmdə xərc kimi çıxılır.
  7. Lizinq verilməsi prosesində Bank of Baku tərəfindən heç bir əlavə komissiya tutlmur.
  8. Lizinq üzrə ümumi borc məbləği istənilən vaxt müştəri tərəfindən azaldıla bilər. Bu hal növbəti aylarda ödənilməli olan faiz xərclərini azaldır.


Əlavə:

 

Bu xidmətlə bağlı suallarınızı göndərin, Bankın filial və nümayəndəliklərinə müraciət edin və ya 145 Məlumat Mərkəzinə zəng edin.

Bank of Baku © Bütün hüquqlar qorunub