Sual-Cavab              
16.05.2008 
azpyceng
Bank of Baku haqqında
Tanışlıq
Bank rəqəmlərdə
Əməkdaşlıq
Nümayəndəlik şəbəkəsi
Reklam və PR
Xəbərlər
Reklam kampaniyaları
PR və Sponsorluq layihələri
Bankın nailiyyətləri
Məlumat mərkəzi
İnsan resursları
Törəmə müəssisələr

Bank of Baku
Məzənnələr
 
NBA
rates
Buy
Sell
USD
0.8275
0.824
0.834
EUR
1.2797
1.274
1.296
RUB
0.0346
0.0335
0.0365
GBP
1.6102
1.601
1.636
Müraciət
Faydalı linklər
«Bank of Baku» ASC-nin təşkilatçlığı ilə keçirilən futbol üzrə turnirin əsasnaməsi

Maddə 1. Yarışa rəhbərlik.

  • 1.1 Yarışı “Bank of Baku” ASC təşkil edir. Yarışa ümumi rəhbərlik yaradılmış Təşkilat Komitəsi tərəfindən aparılır.

Maddə 2. İştirakçılar və yarışın keçirilməsi şərtləri.

  • 2.1 Turnirdə iştiraka 28 komanda buraxılır.
  • 2.2 Turnir 1/16 final mərhələsindən başlayır.
  • 2.3 1/16 finalda qalib gəlmiş komandalar ikisində 4 komanda ikisində isə 3 komanda olmaqla 4 yarımqrupdan ibarət qrup mərhələsində turnirə davam edir.
  • 2.4 Qrupların tərkibi yarışdan əvvəl Təşkilat Komitəsi tərəfindən komanda nümayəndələri ilə birlikdə keçirilən püşkatma zamanı müəyyən olunur.
  • 2.5 Qrup mərhələsində ilk 2 yeri tutmuş komandalar növbəti mərhələyə, 1/4 finala vəsiqə qazanırlar. 1/4 finalda qalib gələnlər yarımfinala, yarımfinalın qalibləri isə final oyununa vəsiqə qazanırlar.
  • 2.6 Komandaların hər biri sifariş vərəqəsində maksimum 10 oyunçu sifariş edə bilərlər. Turnirin gedişatı zamanı sifariş vərəqəsində dəyişikliklər etmək olmaz.
  • 2.7 Oyun zamanı əsas heyətdə 5 nəfər (qapıçı + 4 sahə oyunçusu) iştirak edir.
  • 2.8 Oyunlar hər biri 20 dəqiqədən ibarət olan 2 bərabər hissədə keçirilir. İlkin pley-off mərhələsinin oyunları hər biri 15 dəqiqədən ibarət olan 2 bərabər hissədə keçirilir. Bu oyunlarda qalib müəyyən olunmazsa dərhal hər biri 3 zərbədən ibarət olmaqla cərimə zərbələrinə keçiləcəkdir. Üç zərbədən sonra qalib müəyyənləşməzsə zərbələr qalibi müəyyən edənədək vurulacaq.
  • 2.9 Komandalar futbol formaları ilə təmin olunmalı və rənglərinə görə bir-birindən fərqlənməlidir. Qapıçının forması rənginə görə hər 2 komandanın formasından seçilməlidir.
  • 2.10 Təşkilat komitəsi müstəsna hallarda matçları başqa vaxta keçirdə bilər.
  • 2.11 Oyunlar “Olimpik Star” idman və əyləncə mərkəzində keçirilir.

Maddə 3. Qaliblərin müəyyən olunması.

  • 3.1 Qrup mərhələsində komandaların tutduqları yerlər toplanmış xallara görə müəyyən edilir. Qələbəyə 3 xal, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilir.
  • 3.2 İki və daha çox komandanın topladığı xallar bərabər olarsa yerləri müəyyənləşdirərkən üstünlük ən çox qələbə qazanmış komandaya verilir. Bu göstərici də bərabər olarsa komandaya aşağıdakı nəticələrə uyğun daha yüksək yerlər müəyyənləşdirilir:
    • komandaların öz aralarında keçirdikləri oyunun nəticələrinə görə;
    • bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
    • bütün görüşlərdə vurulmuş topların sayına görə;
    • bu göstəricilərdə mütləq bərabərlik olarsa, komandaların tutduqları yer püşkatma yolu ilə Təşkilat Komitəsi və komanda nümayəndələrinin iştirakı ilə təyin edilir.
  • 3.3 Pley-off oyunlarında əsas vaxt heç-heçə başa çatarsa o zaman hər biri 5 dəqiqədən ibarət olan 2 hissəli əlavə vaxt oynanılacaq. Əlavə vaxtda da qalib müəyyənləşməzsə komandalar hərəyə 3 zərbədən ibarət olmaqla cərimə zərbələri vuracaqlar. Üç zərbədən sonra qalib müəyyənləşməzsə zərbələr qalibi müəyyən edənədək vurulacaq.

Maddə 4. Protestlər.

  • 4.1 Protest verən komanda protesti yazılı surətdə oyundan sonrakı 24 saat ərzində komandanın baş məşqçisi və ya kapitanı tərəfindən imzalanaraq faksla və ya poçtla Təşkilat Komitəsinə göndərilməlidir.
  • 4.2 Təşkilat Komitəsi daxil olan protestlərə növbəti oyunadək baxaraq əsasnaməyə uyğun qərar çıxardır.
  • 4.3 Göstərilən vaxtdan gec göndərilən protestlərə baxılmayacaq.

Maddə 5. Hakimlik.

  • 5.1 Turnirin oyunları peşəkar hakim tərəfindən idarə edilir.

Maddə 6. Mükafatlandırma.

  • 6.1 Turnirdə 1-ci yeri tutmuş komandaya “Turnirin çempionu” fəxri adı verilir. Çempion komandanın oyunçuları kubok və diplomlarla təltif edilir.
  • 6.2 Turnirdə 2-3-cü yerləri tutmuş komandalar diplomlarla mükafatlandırlır.
  • 6.3 Turnirdə həmçinin ayrı-ayrı nominasiyalar üzrə Təşkilat Komitəsi tərəfindən fərqləndirilən oyunçularda müxtəlif hədiyyələrlə mükafatlandırılacaq:
    • ən yaxşı hücumcu (bombardir)
    • ən yaxşı qapıçı

Maddə 7. Sifariş ərizəsinin verilməsi qaydaları.

  • 7.1 Turnirdə iştirak edəcək komandalar Təşkilat Komitəsinə sifariş ərizəsini yarışlara 3 gün qalmışa qədər təqdim edirlər. Sifariş ərizəsində oyunçuların adı və soyadı, çalışdığı təşkilatda tutduğu vəzifəsi, şəxsiyyət vəsiqəsinin seriyası, 1 ədəd rəngli 3X4 fotoşəkli, baş məşqçisinin imzası və şirkətin möhürü (əgər varsa) olur.

Maddə 8. Cəzalar.

  • 8.1 Komanda üzürlü səbəb olmadan oyuna gəlməzsə o zaman ona 0:3 hesablı məğlubiyyət verilir. Əgər hər iki komandada eyni hal baş verərsə o zaman hər 2 komandaya 0:3 hesablı məğlubiyyət verilir.
  • 8.2 Komandalar oyuna təyin olunmuş vaxtdan sonrakı 5 dəqiqə ərzində meydana çıxmazlarsa həmin komanda oyuna gəlməmiş hesab edilir.
  • 8.3 Əgər hər hansı bir komandanın meydana çıxartmağa qapıçı ilə birlikdə 4 nəfərdən az oyunçu olarsa həmin komanda oyuna buraxılmır.
  • 8.4   2 oyunda sarı vərəqə almış və yaxud birbaşa meydandan çıxarılmış oyunçu növbəti matçı buraxmalı olur.
  • 8.5 Əgər hər hansısa komandanın tərkibində adı sifariş vərəqəsində göstərilməyən və ya cəzalandırılmış oyunçu iştirak edərsə həmin oyun üçün komandaya 0:3 hesablı məğlubiyyət verilir.
  • 8.6 Komandalardan hansısa birinin heyətində həmin komandaya aid olmayan insanların iştirakı aşkarlanıb sübut edilərsə həmin komandaya 0:3 hesablı məğlubiyyət veriləcək.

Bank of Baku © Bütün hüquqlar qorunub