İstənilən layihə çərçivəsində müştərilərinə diqqət və qayğıyla yanaşan Bank öz öhdəliklərini məsuliyyətlə yerinə yetirən müştərilərini müxtəlif yollarla hər zaman fərqləndirir və qiymətləndirir.
«Müsbət kredit tarixçəsi olan müştərilər üçün xüsusi təklif» layihəsi də məhz bu qrupa aid olan müştərilərin seçilməsi və onlar üçün əlavə üstünlüklərin yaradılmasınını nəzərdə tutur.
Bankın «müsbət kredit tarixçəsi olan müştərisi» dedikdə, «Bank of Baku»dan götürdükləri əvvəlki kredit / kreditlər ərzində müəyyən olunmuş qrafik üzrə ödənişlərində gecikmələri olmayan və ya az olan müştərilər başa düşülür.
Müsbət kredit tarixçəsi olan müştərilər üçün güzəştli şərtlərlə “Dynamic PLUS” kartı vasitəsi ilə kredit xətti təklif edilir.
|
| |
| |
| |
Əlavələr:
Bu xidmətlə bağlı suallarınızı göndərin, Bankın filial və nümayəndəliklərinə müraciət edin və ya 145 Məlumat Mərkəzinə zəng edin.
|