| “Bank of Baku” Azərbaycanda müxtəlif biznes sahələrində fəaliyyət göstərən iri təşkilat və müəssisələrə kredit əldə etmək üçün geniş imkanlar yaradır. Bank, korporativ müştərilərə AYİB və Bankın daxili vəsaitləri hesabına 100 min ABŞ dolları və daha iri məbləğdə biznes kreditləri təklif edir.
Korporativ müştərilər üçün yaradılan rahat, çevik və əlverişli kredit mexanizmi şirkət və müəssisələrə bizneslə bağlı yaranan istənilən ehtiyacın qarşılanması üçün sərfəli şərtlərlə maliyyə vəsaitləri cəlb etməyə imkan verir.
Bankın kommersiya kreditləri sahəsinin çevikliyi təşkilat və ya müəssisələrin müraciətlərini fərdi qaydada baxmağa imkan yaradır. Kredit mütəxəssislərimizin peşəkar yanaşması nəticəsində hər bir müraciət dəqiq, hərtərəfli və vaxtlı-vaxtında təhlil olunur və müştərinin ehtiyaclarına cavab verəcək kredit şərtləri müəyyən edilir. Bundan əlavə korporativ müştərilər Bankda lizinq, idxal-ixrac əməliyyatlarının aparılması, biznes-planın tərtib olunması, müəssisənin qurulması və qeydiyyatı, maliyyə axınlarının idarə olunması, həmçinin işgüzar fəaliyyətın bütün istiqamətləri üzrə geniş çeşiddə müasir, çevik və operativ biznes məsləhətləri və konsaltinq xidmətləri də ala bilərlər.
Əlavələr:
Ən çox soruşulan suallarla tanış olun.
Bu xidmətlə bağlı suallarınızı göndərin, Bankın
filial və nümayəndəliklərinə müraciət edin,
145 Məlumat Mərkəzinə zəng edin və ya “Kart istifadəçilərinə dəstək” mərkəzinə (012) 437 6 2 50 nömrəsinə zəng edin. |
|
|
|
|
|