| Sual 1. Kredit neçə günə rəsmiləşdirilir ?
Cavab: Müştərinin Banka müraciətindən ən geci 3 gün ərzində ona kreditin verilib - verilməməsi haqqında cavab verilir. Kreditin rəsmiləşdirilməsi müddəti isə müştərinin tələb olunan sənədləri Banka təqdim etməsindən asılı olaraq dəyişə bilər.
Sual 2. Zamin kim ola bilər ?
Cavab: Zamin 1 dərəcəli qohumlardan başqa istənilən şəxs ola bilər . Zamin hər hansı dövlət müəssisəsində və ya ölkənin aparıcı neft şirkətlərindən birində çalışmalıdır.
Sual 3. Olarmı ki, hər ay yalnız faizlər ödənilsin, əsas məbləğ isə yalnız sonda ödənilsin?
Cavab: İcazə verilmir. Yalnız faizlərin ödənildiyi güzəşt müddəti (grace period) ən çoxu 3 ay ola bilər .
Sual 4. Bir krediti bağlamamış başqa bir kredit götürmək olarmı?
Cavab: İcazə verilmir. Yalnız fərdi hallarda biznesin xüsusiyyətləri nəzərə alınaraq istisna edilə bilər. Bunun üçün cari kreditin müddətinin sonuna ən çoxu 3 ay qalmalıdır.
Sual 5. Girov kimi nə qoymaq olar?
Cavab: Girov kimi seçim imkanları «Kreditin şərtləri» səhifəsində ətraflı göstərilib.
Sual 6. Mən Bakı şəhərində daimi qeydiyyatda deyiləm, mən kredit götürə bilərəmmi?
Cavab: «Mikrokredit» almaq üçün qeydiyyat amili əhəmiyyət kəsb etmir, əsas olan biznes fəaliyyətinin Bakı şəhəri, Abşeron rayonu və ya Sumqayıt şəhərinin ərazisində təşkili və aparılmasıdır. Yəni, başqa sözlə, Bakı şəhərində daimi qeydiyyatda olmayan və qeyd olunan ərazilərdə sahibkarlıqla məşğul olan insanlar «Mikrokredit» ala bilərlər.
Sual 7. Təkrar kredit götürəndə hər hansı güzəştlər varmı?
Cavab: Bankdan 1 və ya bir neçə dəfə «Mikrokredit» almış şəxslər təkrar kredit götürdükləri zaman bəzi güzəştlərdən faydalana bilərlər. Ən çox tətbiq olunan güzəştlər kimi kredit məbləğinin artırılması, girov tələbinin nisbətən mülayimləşdirilməsi və kredit üzrə faiz dərəjəsinin aşağı salınmasıdır. Bütün bunları əldə etmək üçün müştərinin müsbət kredit tarixçəsi olmalıdır.
Sual 8. Mənim hesabat «dəftərim» yoxdur, kredit götürə bilərəmmi?
Cavab: Hesabat «dəftəri» və ya hər hansı maliyyə - hesabat göstəriciləri olmayan sahibkarlar üçün «Bank of Baku» xüsusi layihə ( ssılka Sınaq kreditləri ) çərçivəsində kredit almaq imkanı yaradır!
Sual 9. Dövriyyədə olan mallarımı girov kimi qoya bilərəmmi?
Cavab: Qoya bilərsiniz. Bu girov növü kredit məbləği 1 500 ABŞ dollarına qədər olan hallarda qəbul olunur.
Sual 10. Fəaliyyət obyektimi icarə əsasında işlədirəm, kredit götürə bilərəmmi?
Cavab: Götürə bilərsiniz. Fəaliyyət obyektinin icarə əsasında işləməsi kredit alınması üçün maneə deyil.
Sual 11. Biznes fəaliyyətinə başlamaq istəyirəm , biznes - plan əsasında kredit ala bilərəmmi ?
Cavab: Təəssüf ki bu mümkün deyil. Belə ki , «Mikrokreditlər» proqramının təyinatına görə kreditlər yalnız mövcud biznesin inkişafına yönəldilir.
Sual 12. Biznes fəaliyyətimi dəyişmədən yeni obyekti işə salmaq istəyirəm, mənə kredit düşürmü?
Cavab: Düşür. Əgər biznes fəaliyyətinizin inkişafı kimi eyni növ fəaliyyətlə məşğul olan daha bir və ya bir neçə obyekt açmaq istəsəniz kredit almağınız problem deyil.
Sual 13. «Mikrokredit»i biznes üçün deyil, şəxsi ehtiyaclarım üçün ala və ya aldıqdan sonra istifadə edə bilərəmmi?
Cavab: Təəssüf ki bu mümkün deyil. «Mikrokreditlər» yalnız və yalnız sahibkarlığın inkişafı məqsədilə yönəldilir və bu üzdən verilən kreditlərin təyinatı üzrə istifadəsi Bankın kredit ekspertləri tərəfindən kredit müddəti ərzində davamlı olaraq yoxlanılır.
Sual 14. Götürdüyüm krediti vaxtlı - vaxtında qaytararsam , təkrar kredit götürəndə har hansı üstünlüklərim olacaqmı?
Cavab: Əlbəttə. Bu qrup müştərilər üçün Bankda xüsusi «Müsbət kredit tarixçəsi olan müştərilər» layihəsi nəzərdə tutulub. |