«Bank of Baku»nun kredit siyasəti müştərilərlə uzunmüddətli, qarşılıqlı faydalı və şəffaf münasibətlərin qurulmasına əsaslanır. Bank öz müştərilərinə yalnız kredit müştərisi kimi yox, Bankın geniş sayda digər məhsul və xidmətlərindən də faydalana biləcək strateji partnyor kimi yanaşır.
Bankın biznes kreditləri istər sahibkarlıq fəaliyyəti ilə bağlı cari ehtiyacların qarşılanması, istərsə də uzunmüddətli layihələrin (nağd vəsaitlərin hərəkətinin idarə olunması, əsas vəsaitlərin artırılması, dövriyyə kapitalının alınması) həyata keçirilməsi baxımından bazar konyukturunun tələblərinə cavab verir.
«Bank of Baku»nun kredit bazarındakı fəaliyyəti bir neçə mühüm prinsip üzərində qurulmuşdur. Bankın biznesin kreditləşdirilməsi sahəsində uğurunun əsaslandığı və ona rəqabətli üstünlüklər verən əsas prinsiplər aşağıdakılardır:
- şəffaf kredit siyasəti
- əlverişli şərtlər
- ədalətli təhlil mexanizmi
- müştəriyönümlü marketinq siyasəti
- peşəkar və təcrübəli kredit mütəxəssisləri
- beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq
Bankın kredit proqramları ölçüsündən və bazar payından asılı olmayaraq istər kiçik və orta sahibkar və müəssisələrə, istərsə də iri korporativ müştərilərə biznesin inkişaf etdirilməsi üçün müxtəlif həcmdə və əlverişli şərtlərlə maliyyə vəsaitləri əldə etmək imkanı yaradır.
Bank, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində bir sıra yerli və beynəlxalq maliyyə qurumları ilə sıx əməkdaşlıq etməklə öz biznes kreditlərini bir neçə mənbədən təqdim edir:
- Alman-Azərbaycan Fondunun “Kiçik və orta sahibkarlığın kreditləşdirilməsi proqramı” üzrə;
- Avropa Yenidənqurma və İnkişaf Bankının “Kiçik və orta sahibkarlığın kreditləşdirilməsi proqramı” üzrə;
- Sahibkarlığa Kömək Milli Fondunun proqramı üzrə;
- «Bank of Baku»nun daxili vəsaitləri hesabına.
Qeyd olunan proqramlar çərçivəsində biznes subyektləri çox geniş diapazonda kredit məhsulları almaq imkanına sahibdirlər.
Potensial kreditalanlara qarşı Bank tərəfindən irəli sürülən əsas tələblər bunlardır:
- biznesin sağlam və gəlirli olması
- maliyyələşdirilən layihənin dəqiq təsnifatı
- müəssisə rəhbərliyinin peşəkarlığı
- informasiyaya çıxış ( Bank tərəfindən tələb olunan sənədlərin və məlumatların təqdim olunması )
- müvafiq təminat vasitələrinin mövcudluğu
Bununla yanaşı, müxtəlif proqramlar çərçivəsində kreditalanlara qarşı fərdi tələblər də irəli sürülə bilər.
Son iki il ərzində «Bank of Baku» kredit fəaliyyətində ənənəvi kreditor mövqeyindən keyfiyyətcə yeni mərhələyə – biznes partnyoru və maliyyə məsləhətçisinə çevrilməkdədir. Biznes subyektləri Bankda lizinq, idxal-ixrac əməliyyatlarının aparılması, biznes-planın tərtib olunması, müəssisənin qurulması və qeydiyyatı, maliyyə axınlarının idarə olunması, həmçinin işgüzar fəaliyyətın bütün istiqamətləri üzrə geniş çeşiddə müasir, çevik və operativ biznes məsləhətləri və konsaltinq xidmətləri ala bilərlər.
Bank müştərilərə, həmçinin, maliyyələşdirmənin ən düzgün forması və uyğun gələn kredit məhsulunun seçilməsində də köməklik göstərəcəyik.
Qeyd: Əgər Siz bizim kredit məhsullarımızdan faydalanmaq istəyirsinizsə, kredit üçün sifariş blankını doldurub Banka göndərin. Sizin müraciətinizin ilkin təhlili əsasında Bankın mütəxəssisləri Sizinlə əlaqə saxlayıb kredit müsahibəsində iştirakınız üçün münasib vaxtı müəyyən edəcəklər.
Bank tərəfindən kreditin verilməsi ilə bağlı qərar Sizə kredit müsahibəsinin nəticəsinin, həmçinin Sizin / müəssisənizin maliyyə və digər sənədlərinin təhlili əsasında ən qısa vaxt ərzində bildiriləcək.
Həmçinin təhlilin nəticələrinə əsasən Sizə ayrılacaq kredit / kredit xəttinin şərtləri – məbləğ, müddət, təminat, faiz dərəcəsi və digər şərtlər müəyyən olunacaq.