Fəaliyyətində iri məbləğdə nağd vəsaitləri dövr edən sahibkarlar üçün hər zaman üçün aktual olan çoxsaylı problemlər mövcuddur:
- külli miqdarda əməliyyat və inzibati xərclər;
- nağd pulun dövriyyəsi ilə bağlı ortaya çıxan itkilər;
- mühasibat işinin effektivliyinin aşağı olması;
- iri həcmdə nağd pul və kargüzarlıq işləri ilə məşğul olmaq məcburiyyəti;
- və nəticədə ümumi işin məhsuldarlığının aşağı olması.
Hazırda nağd vəsaitlərlə əməliyyatların aparılması və idarə olunması üzrə bank bazarının aparıcı və ən təcrübəli operatorlarından biri kimi «Bank of Baku» öz müştərilərinə geniş üstünlüklər yaratmaqla, bu işləri yüksək səviyyədə həll etməyi təklif edir.
Bizi rəqiblərimizdən fərqləndirən əsas cəhətlər hansılardır?
- hər bir müraciətə fərdi qaydada baxılması;
- nağdlaşdırma üzrə çevik və əlverişli tarif siyasəti;
- müraciətlərin operativ təhlili və həyata keçirilməsi;
- nağd pul vəsaitlərinin daşınması üçün yüksək səviyyəli inkassasiya xidməti;
- nağd əməliyyatların bir qisminin korporativ kartlar vasitəsilə aparılması imkanı.
|