«Bank of Baku» əhalinin bütün təbəqələrinə istənilən növ bank hesablarının açılması və idarə olunmasını təklif edir. Bankın müştəriləri Bankın iş vaxtı ərzində öz hesablarının cari durumu barədə rahat şəkildə informasiya əldə etmək və geniş çeşidli əməliyyatlar həyata keçirməklə yanaşı, İnternet-bankçılıq sistemi vasitəsilə istənilən vaxt öz hesabları barədə informasiya əldə edə və müxtəlif əməliyyatların aparılması üçün göstəriş verə bilərlər.
«Bank of Baku» öz müştərilərinə bank hesabları ilə bağlı aşağıdakı xidmətləri təqdim edir:
- pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan çıxarılması;
- vəsaitlərin qeyri-nağd formada digər hesablara köçürülməsi;
- vəsaitlərin, o cümlədən əmək haqqının hesaba daxil edilməsi;
- mübadilə əməliyyatlarının aparılması;
- bank qanunvericiliyi ilə nəzərdə tutulan digər növ əməliyyatlar aiddir.
«Bank of Baku»da bank hesabının aparılmasının əsas üstünlükləri:
Keyfiyyətli xidmət
- «Bank of Baku» bank əməliyyatlarının aparılmasında ən müasir bank texnologiyalarından istifadə edir;
- Bankın peşəkar mütəxəssisləri Müştərilərin ehtiyaclarına qayğıyla yanaşır, istək və müraciətlərini yüksək səviyyədə yerinə yetirir, bank əməliyyatları ilə bağlı istənilən mövzuda müştərilərə təklif və məsləhətlər verir;
Sərfəli tariflər
- hesabların açılması və idarə olunması üzrə Bankın tarifləri rəqabətqabiliyyətlidir və bazarın tələblərinə cavab verir.
Rahat istifadə
- Bankın müştəriləri Bankın filial və nümayəndəliklərində istənilən suallarına və ehtiyaclarına cavab tapa bilərlər;
- Hesabların cari durumunu Banka gəlmədən İnternet-bankçılıq və ya Bank-müştəri sistemləri vasitəsilə öyrənmək olar.
Etibarlı tərəfdaşlıq
- «Bank of Baku» 14 illik fəaliyyəti ərzində hər zaman Müştərilərinin maraq və tələbatlarını nəzərə almış və ona göstərilən etimadı doğrultmağa çalışmışdır. Bunun nəticəsində hazırda Bank öz müştəri bazasına görə ölkənin ən iri banklarından biridir. Hazırda Bankın müştəri bazası 77 min nəfərdən artıq insanı və çoxlu sayda müəssisə və təşkilatı əhatə edir.
«Bank of Baku»da AZN, USD, EUR və digər valyutalarda hesab açmaq mümkündür.
Xidmətlərə görə tarif dərəcələri:
|