İnternet Bankçılıq, kart sahiblərinin* internet vasitəsilə öz kart hesabları üzrə aparılan pul dövriyyələrinin izləməsinə imkan verən proqram təminatıdır.
Bu proqram vasitəsi ilə Siz, günün istənilən saatı banka gəlmədən birbaşa internet vasitəsi ilə öz kart hesablarınız üzrə aparılan dövriyyələr barədə məlumat əldə edə bilərsiniz.
Göstərilən xidmətlər:
- Şəxsi məlumatların dəyişdirilə bilməsi,
- Kart hesabı üzrə dövriyyələr barədə məlumat,
- Azercell və Bakcell ödənişlər,
- Card to Card ödənişlər
Sistemə qoşulmaq üçün tələblər :
- Şəxsiyyət Vəsiqəsi və Plastik kartınızla* istənilən filialımızın xidmət bölməsinə yaxınlaşmaq,
- Xidmətə qoşulma haqqında ərizəni imzalamaq,
- Xidmət haqqını ödəmək**,
- PİN zərfi bankdan təhvil almaq ***
Sistemə daxil olmaq üçün:
- Internet banking ünvanına keçin,
- Kartın üzərindəki 16 rəqəmli nömrəni daxil edin,
- Bankın xidməti aktivləşdirən zaman təqdim etdiyi şifrəni daxil edin,
- Kartın son istifadə tarixini daxil edin,
- Şəkildə göstərilən birdəfəlik kodu daxil edin.
Qeyd:
*İnternet Bankçılıq xidməti yalnız “Bank of Baku” kartları üçün keçərlidir,
** Xidmətin dəyəri:
6 aylıq - 5 AZN,
12 aylıq- 8 AZN.
*** PİN zərfin hazır olma vaxtı 1 iş günüdür.
Bu xidmətlə bağlı suallarınızı göndərin, Bankın filial və nümayəndəliklərinə müraciət edin, 145 Məlumat Mərkəzinə və ya “Kart istifadəçilərinə dəstək” mərkəzinə (012) 437 62 50 nömrəsinə zəng edin.
|