Bank of Baku və NAB Elektroniks şirkətinin dəstəyi ilə, 14 aprel 2001-ci ildə Gündüz Azər oğlu Salahovun fərdi rəsm sərgisi keçirilmişdir.
 |
| Gündüz Azər oğlu Salahov 4 iyul 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1988-1992-ci illərdə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almışdır. 1992-1996-cı illərdə Dövlət İncəsənət Universitetində oxumuşdur. 1990-cı ildən etibarən respublikada və xaricdə keçirilən bir çox sərgilərin iştirakçısı olmuşdur. 1995-ci ildə Azərbaycan rəssamlarının sərgisində iştirak etmişdir. 1996-cı ildə fərdi sərgisini keçirmişdir. Rəssamın bəzi işləri özəl kolleksiyalarda saxlanır. Gündüz Salahov 23 aprel 1996-cı ildə vəfat etmişdir.
|
|
|