Sual-Cavab              
06.07.2008 
azpyceng
Bank of Baku haqqında
Tanışlıq
Bank rəqəmlərdə
Əməkdaşlıq
Nümayəndəlik şəbəkəsi
Reklam və PR
Xəbərlər
Reklam kampaniyaları
PR və Sponsorluq layihələri
Bankın nailiyyətləri

Məlumat mərkəzi
Insan resursları
Törəmə müəssisələr

 
Bank of Baku
Məzənnələr
 
NBA
rates
Buy
Sell
USD
0.8097
0.808
0.818
EUR
1.2725
1.2660
1.288
RUB
0.0344
0.0335
0.0365
GBP
1.6067
1.597
1.629
Müraciət
Faydalı linklər
"Rəsm Qalereyası" nəşri
"Rəsm Qalereyası" ("Qala Rəsm Qalereyası") nəşri – 2002-ci ilin iyun ayında Bank of Baku-nun maliyyə dəstəyi ilə dərc edilmiş Azərbaycandan olan rəssamların işlərinin albomu.






təqdim edir:
Rəsm Qalereyası ("Qala Rəsm Galereyası") - Azərbaycandan olan
rəssamların işlərinin albomu

Bu layihə çərçivəsində, biz çalışdıq ki, ən qabaqcıl rəssamların işləri ilə incəsənət sevənləri tanış edək. Bu, bizim, Azərbaycan mədəniyyətinin inkişafına kiçik bir töhvəmizdir. Bu kataloqun nəşrində əvəzsiz xidməti olan Bank of Baku Səhmdar Kommersiya Bankına özümüzün dərin təşəkkürümüzü bildirmək istərdik.


Cənab Eldəniz Babayev
Qala Rəsm Qalereyasının direktoru

Artıq üç ildir ki, bütün dünyada özünün qeyri-adi qala divarları və memarlıq abidələri ilə ad qazanmış İçəri Şəhərdə Qala qalereyası fəaliyyət başlamışdır. Bu Qala Rəsm Qalereyası Bakı şəhər icra hakimiyyətinin Mədəniyyət Departamenti tərəfindən təsis edilmişdir. Qalereya 25 oktyabr 1998-ci il tarixdə, Azərbaycan gənc rəssamları gözləri adlı sərgi ilə açılmışdır. Bu üç il ərzində, Qala qalereyası artıq şəhərimizin mədəniyyət obyektləri sırasında özünə məxsus yer tutmuşdur.
Bu müddət ərzində qalereyamızda təqribən 30 rəssamlıq, heykәltәraşlıq, şəkilçilik, tətbiqi sənət və foto şəkil sərgiləri keçirilmişdir. Fərdi və birgə sərgilər ilə yanaşı, qalereyada yaradıcı görüşlər, müzakirələr və təqdimatlar da təşkil olunur. Qalereyanın üzvləri sırasında həm məşhur rəssamlar, həmçinin də gənc sənətçilər var.
Ümumilikdə, bütün bu işlər Azərbaycanda rəssamlıq və digər incəsənət sahələrinin inkişafını sürәtlәndirir, və onların populyarlaşmasına xidmət edir. Bu məqsəd ilə, Qala Rəsm Qalereyası digər ölkələrin rəsm qalereyaları ilə əməkdaşlığı genişləndirməyə çalışır. Belə ki, qalereya Türkiyə, İran və Rusiyanın rəsmi qalereyası ilə mübadilələr aparmışdır. Bakı şəhər icra hakimiyyətinin xarici münasibətlər departamentinin köməyi ilə, 1999-2000-ci illərdə Gürcüstan rəssamlarının sərgisi, habelə Misir dövlətinə həsr edilmiş sərgilər keçirilmişdir, 2001 və 2002-ci illərdə Hindistanda kuklaçılıq sənəti və Rumıniya dövlətinə həsr edilmiş sərgilər təşkil olunmuşdur.
Ümid edirik ki, Qala qalereyası Azərbaycan mədəniyyətində özünə məxsus bir yer tutmuş olacaq. İnanırıq ki, qalereya gələcəkdə də bizləri yeni-yeni sərgilər ilə sevindirəcək.


Cənab Ömər Eldarov
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik

Özünün tarixi abidələri üçün misilsiz İçəri Şəhərin qala divarları arasında yerləşən Qala Rəsm Qalereyası Azərbaycan rəssamlıq sənətini və incəsənətini populyarlaşdıran mədəniyyət mərkəzlərindən biri hesab olunur. Qalereya 1998-ci ildə açılmışdır və həmin vaxtdan burada həm məşhur, həm də ki, gənc rəssam və heykәltәraşların sərgiləri təşkil edilmişdir. Artıq bu, qalereyanın ənənəsinə çevrilmişdir. Qeyd etmək lazımdır ki, qalereya özünün fəaliyyətini yalnız sərgi keçirmək işi ilə məhdudlaşdırmır, digər fəaliyyət sahələrinə də genişlənmək üçün yollar arayır. Misal üçün, xarici səfirliklərin köməyi ilə qalereya tərəfindən birgə sərgilər, görüşlər və musiqi tədbirləri təşkil olunur. Bu tədbirlər müxtəlif ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Müxtəlif rəssamların sərgilərini təşkil etməklə yanaşı, Qala Rəsm Qalereyası birgə və fərdi kataloqlar da nəşr etdirir. Bu, incəsənəti populyarlaşdırmağın ən yaxşı yollarından biridir.
Hazırkı nəşr müxtəlif istiqamətlərdə və üsullar ilə çalışan tәqribәn 40 sənətçi barəsində məlumatı təqdim edir, və həmçinin onların işlərindən bir sıra nümunələri oxucuların diqqətinə çatdırır. Xüsusi ilə qeyd etmək istərdim ki, bu sənətçilərin əksəriyyəti bu il özünün ilk ildönümünü qeyd edən Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbələridir. Bu isə, bir daha Azərbaycanda incəsənətin inkişafının bariz nümunəsidir.

Rəssamların siyahısı:

Cabbar Qasımov

Cəmil Quliyev

Mirteyyub Xəlilov

Yavuş Kərimov  

Əlisəttar Səlimov 

Adil Rüstəmov 

Fərman Qulamov

Arif Əziz

Asif Azərelli

Yaşar Səmədov

Esmiralda Tağızadə

Kərim Cəlal

Elşən Hacızadə

Şöhrət Ələkbərov

Əsgər Əsgərov

Rasim Rzayev

Teyyub Yusifov

Əlihüseyn Rzayev

Valeh Kərimov

Cəlil Hüseynov

Yusif Mirzə

Tarıverdi Quliyev

Larisa Povetkina

Sabir Çopurov

Vadud Muazzen

Namiq Ələkbərov

Sabir Hüseynov

Elmar Yavus

Əmrulla İsrafilov

Erestun Shahverdiyev 

Azər İslam

Ramin Yavus

Azər Vəliyev

Elçin Cabbarov

Vüqar Əliyev

Samir Qazıyev

Vüqar Hazıyev

Eldəniz Babayev

Murad Sucəddinov

Elman Yavus

Fərman Qasımov

Anar Əliyev

Etibar Nezerli

 
Bank of Baku © Bütün hüquqlar qorunub