Mahiyyətcə klassik bank filiallarından bir sıra əlamətlərinə görə fərqlənən bu ekspress-bölmələr əhaliyə, xüsusilə iş saatlarında bank xidmətlərindən istifadə edə bilməyən qulluqçulara yüksək keyfiyyətli bank xidmətləri təqdim edir. Artıq, bir sıra bank əməliyyatları aparmaq və ya sadəcə hər hansı suala cavab tapmaq üçün Bankın filialına gəlməyə, növbə gözləməyə, iş saatının bitəcəyi qorxusu ilə tez-tez saata baxmağa ehtiyac qalmayacaq. Bakı şəhəri üzrə, yaxın gələcəkdə isə bütün ölkə üzrə geniş şəbəkə yaratmaqla bu məntələqər tam sutka ərzində müasir, çevik və əlverişli bank xidmətlərindən faydalanmaq istəyən insanlara rahatlıq və güvən gətirəcək! Müştərilər “Bank of Baku-Express” xidmət məntəqələrində aşağıda göstərilən xidmətlərdən faydalana biləcəklər:
- bank hesablarının (o cümlədən əmanət hesablarının) açılması
- nağd vəsaitlərlə əməliyyatlar (vəsaitin hesablara daxil edilməsi və hesabdan çıxarılması)
- təcili pul köçürmələri (
WU, Migo , Coinstar, Contact, Express Money, Быстрая почта, PrivatMoney;
)
- kommunal və mobil telefon haqlarının ödənişi
- plastik kartlarla əməliyyatlar (debet kartların alınması, ATM vasitəsilə əməliyyatlar)
- AmEx çeklərinin alınması, satılması və inkassoya verilməsi
- valyuta-mübadilə əməliyyatları
Ekspress xidmət məntəqələrinin nəqliyyat qovşaqlarının üzərində (nümunə kimi ilk belə bölmələr Yanacaq-doldurma məntəqələrində yerləşdirilmişdir) olması müştərilər üçün əlavə rahatlıq yaradır.
|