"Bank of Baku" ASC cümə günü Gəncə şəhərinin əyləncə mərkəzlərindən birində bu şəhərdə fəaliyyət göstərən filialının ad gününü təntənə ilə qeyd etdi.
"Bank of Baku" ASC uğurla sınaqdan keçirdiyi wap.bankofbaku.com WAP saytını istifadəyə verdi. Layihənin əsas məqsədi bank haqqında operativ məlumat almaq istəyən əhali üçün rahatlığın təmin edilməsidir.
"Bank of Baku" pul köçürmələri bazarında dünyanın ən böyük şirkətlərindən biri olan "MoneyGram"-la birgə xidmətə başlayır.
"Bank of Baku" öz müştərilərinə, yeni - "Çevik" adlı əmanət məhsulunu təqdim edir. "Çevik" depoziti çeviklik xüsusiyyətlərinə malikdir. "Çevik" əmanəti bank məhsullarının inkişafı strategiyasına müvafiq olaraq bazar seqmentlərini maksimal əhatə etmək məqsədi ilə yaradılmışdır.
Dünən, avqust ayının 5-i saat 21:00-da SPACE TV-nin canlı yayımında "Bank of Baku"nun Yay kolleksiyası adlı əmanət kampaniyasının qalibləri müəyyən olundu.
Avqust ayının 5-i saat 21:00-da SPACE TV-nin canlı yayımında Bank of Baku-nun "Yay kolleksiyası" adlı əmanət kampaniyasının uduş mərasimi keçiriləcəkdir.
Müştəri uğrunda rəqabət şəraitində olan Azərbaycanın bank sektoru artıq əsas strategiyasını müəyyənləşdirib - xidmətin yüksək keyfiyyəti. Hər zaman müştərilərin rahatlığını düşünən "Bank of Baku" yeni, Azərbaycanda analoqu olamayan bir layihəyə - Cash-in ödəniş köşklərinin tətbiqinə start verdi. Bu layihə yeni nəsil Cash-in qurğulari vasitəsi ilə özünəxidmət məntəqələrinin genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilir.
"Bank of Baku"nun xalis mənfəəti (vergilər çıxıldıqdan sonra), 2008-ci ilin ikinci rübü ərzində aktiv fəaliyyəti nəticəsində 4,57 mln. manata çatmışdır. Qeyd edək ki, ötən ilin analoji göstəricisi ilə müqayisədə xalis mənfəət 238% artmışdır. Bununla belə ümumi gəlirlər 120% artaraq 19,37 mln. manat, xərclər isə (gəlir vergisini nəzərə almadan) 12,58 mln. manata çatmışdır. İlin ikinci rübü ərzində əldə edilən yüksək gəlirlilik sayəsində bankın ROA (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində aktivlərin orta qalığı) göstəricisi illik hesablamada 2007-ci ilin 2,58%-lik nəticəsi ilə müqayisədə 5,57%-ə, ROE (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində məcmu kapitalın orta qalığı) göstəricisi isə 2007-ci ilin 21,94%-lik göstəricisi ilə müqayisədə 42,67%-ə çatmışdır.
"Bank of Baku" 2008-ci ilin birinci rübü ərzində göstərdiyi fəaliyyətinin nəticəsi olaraq əsas maliyyə göstəriciləri üzrə orta bazar göstəricilərini ötən artım göstərmişdir.
Cari il aprel ayının 18-i saat 21:00-da SPACE TV-nin canlı yayımında "Bank of Baku"nun əmanət kampaniyasının qalibləri müəyyən olundu.
"Bank of Baku" ASC "Top Country Teams ? Ölkənin Ən Yaxşı Komandaları 2007" proqramının qalibi oldu.
Aparıcı pul köçürmələri sistemlərindən biri olan "PrivatMoney" - tətbiq edilən internet-texnologiyalar sayəsində pul köçürmək və ya köçürülən pulu almaq əməliyyatını praktik olaraq dərhal həyata keçirməyə imkan yaradan unikal proqram kompleksidir. Müştərilərə yüksəx xidmət səviyyəsinin göstərilməsi və seçim imkanlarının genişləndirilməsi məqsədi ilə Bank cari il, mart ayından etibarən növbəti təcili pul köçürmələri sistemi - "PrivatMoney"-yə qoşularaq müştərilərə xidmət etməyə başlayır.
"Bank of Baku" Açıq Səhmdar Cəmiyyəti apardığı bank siyasətinə və 2007-ci ildə həyata keçirdiyi uğurlu fəaliyyətinə görə "İlin Ən Yaxşı Riteyl Bankı" nominasiyasında UĞUR 2007 - İqtisadiyyat və Biznes sahəsində Milli Mükafata layiq görüldü.
1994-cü ildən bank bazarında fəaliyyət göstərən və bu il 14 illiyini qeyd edən "Bank of Baku" hazırkı dövrdə Azərbaycanın iri maliyyə qurumlarından biridir.
11 Yanvar 2008-ci il tarixli Müşahidə Şurasının qərarına əsasən Cəlal Ə.Qasımov "Bank of Baku" ASC-nin İdarə Heyətinin yeni Sədri vəzifəsinə təyin edilmişdir. 25 Yanvar 2008-ci il tarixindən etibarən Cəlal Qasımov yeni vəzifəsinin icrasına başlamışdır.
2007-ci il ərzində "Bank of Baku" ASC-nin aktivləri ilin əvvəlinə nisbətən 76,25 mln. manat və ya 104% artaraq 149,25 mln. manat təşkil edir. Bankın kredit portfeli cari il ərzində 145% artaraq 124,38 mln. manat təşkil edir.
Cari il, yanvar ayının 10-dan etibarən Bank of Baku, müştəriləri "Dinamik Əmanət" layihəsi çərçivəsində həyata keçirdiyi yeni əmanət kampaniyasında iştirak etməyə dəvət edir.
"Bank of Baku"nun xalis mənfəəti (vergilər çıxıldıqdan sonra), 2008-ci ilin ikinci rübü ərzində aktiv fəaliyyəti nəticəsində 4,57 mln. manata çatmışdır. Qeyd edək ki, ötən ilin analoji göstəricisi ilə müqayisədə xalis mənfəət 238% artmışdır. Bununla belə ümumi gəlirlər 120% artaraq 19,37 mln. manat, xərclər isə (gəlir vergisini nəzərə almadan) 12,58 mln. manata çatmışdır. İlin ikinci rübü ərzində əldə edilən yüksək gəlirlilik sayəsində, bankın ROA (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində aktivlərin orta qalığı) göstəricisi illik hesablamada 2007-ci ilin 2,58%-lik nəticəsi ilə müqayisədə 5,57%-ə, ROE (vergi çıxıldıqdan sonra xalis mənfəət/həmin dövr ərzində məcmu kapitalın orta qalığı) göstəricisi isə 2007-ci ilin 21,94%-lik göstəricisi ilə müqayisədə 42,67%-ə çatmışdır.
Cari il, dekabr ayının əvvəlində, "Bank of Baku" "Müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi" proqramı çərçivəsində yeni "Əhmədli" filialını açdı. Yeni filial Əhmədli rayonunda, Sarayev küç., 2322-ci məhəllə (Əhmədli metro stansiyasının yanı) ünvanında yerləşir.
Bank of Baku, Bakı Metropoliteninin 40 illiyi və Metropoliten işçilərinin peşə bayramı münasibəti ilə "Kredit kartlar" layihəsi çərçivəsində yeni endirim kampaniyasına start verir.
Filial şəbəkəsinin genişləndirilməsi və "Sizə yaxın bankçılıq" konsepsiyasına uyğun olaraq "Bank of Baku" cari ilin sonunadək daha 3 filialının açılışını planlaşdırır.
"Bank of Baku" ASC-nin depozit portfeli yanvar-sentyabr ayında 33,02 mln. manat və ya 62% artaraq hazırda 86,69 mln. manat təşkil edir, o cümlədən bankın müddətli depozitləri 25,84 mln. manat və ya 100% artaraq 51,58 mln. manat təşkil edir.
Oktyabr ayının 5-də, "Bank of Baku" ASC və AİB kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə 6 mln. ABŞ dolları həcmində saziş imzalayıblar.
Cari il, oktyabr ayından etibarən ASC "Bank of Baku" müştərilərə plastik kart hesablarını avroda açmaq imkanını yaradır. Yeni xidmətin tətbiqi ölkənin valyuta bazarında avronun möhkəmlənməsi və əhalinin şəxsi vəsaitlərinin avroda saxlanmasına olan tələbatın yüksəlməsindən irəli gəlir. Plastik kartların avroda açılışı bank müştərilərinə, xüsusilə müntəzəm olaraq Avropaya səyahət edən müştərilərə, məhsul və xidmətlərə görə ödənişləri Avro valyutası ilə apararkən kartın bütün üstünlüklərindən istifadə etmə, həmçinin valyuta məzənnələri dəyişərkən valyuta risklərindən qaçmaq imkanını yaradacaq.
Bank of Baku, "Beynəlxalq Müəllimlər Günü" münasibəti ilə bütün təlim və tədris işçiləri üçün "Kredit kartlar" layihəsi çərçivəsində "Mehriban Müəllimimiz" adlı yeni endirim kampaniyasına start verir.
Lənkaran və Gəncə şəhərlərində "Bank of Baku"nun 2 yeni filialı açıldı
Həyat tempi günü-gündən sürətləndikçə Biz qiymətli vaxtımızı dəyərləndirərək informasiyanın operativ alınması və göndərilməsinə zəruriliyinin yarandığını görürük.
İyun ayının 15-də Tibb işçilərinin Peşə bayramı ilə əlaqədar "Bank of Baku" tərəfindən start verilən "Bayram resepti" adlı xüsusi endirim kampaniyasının müddəti uzadıldı.
"Bank of Baku" ASC-nin aktivləri keçən ilin müvafiq göstəricisinə nisbətən 49,36 mln. manat və ya 95% artaraq 101,48 mln. manat təşkil edir.
Cari il, iyun ayında "Bank of Baku" Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə maliyyələşdirmə çərçivəsində layihəni müvəffəqiyyətlə başa çatdıran ilk Azərbaycan bankı oldu.



