All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Branches and ATMs
Videos
Selectors
Debet cards
Local cards
Credit cards
For business
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Təcili Pul Köçürmələriniz Bank of Baku-nun Cash-in və İnternet Bankçılıq xidmətində!

29 January 2018

Təcili Pul köçürmələri sahəsində tətbiq etdiyi yenilikləri ilə günü-gündən sektorunun innovatoru adını doğruldan Bank of Baku, müştərilərinə pul vəsaitlərini daha rahat və təhlükəsiz şəraitdə göndərmələri üçün təqdim etdiyi imkanları daha da təkmilləşdirdi.

Belə ki, ötən aylarda müştərilərinə ödəniş terminalları və İnternet Bankçılıq vasitəsilə Contact Təcili Pul köçürmələri sistemindən istifadə imkanını təqdim edən Bank, xaricə pul köçürmə üzrə gündəlik limit məbləğini 500 USD-dək (AZN ekv.) artırıb.

Bununla yanaşı, hər zaman müştərilərinin rahatlığını düşünən Bank, məhz onlar üçün ölkəxarici pul köçürmələri xidmətini bankın bütün ödəniş terminallarında aktivləşdirdi.

Yəni, indi müştərilər istər Bankın filialları daxilində, istərsə də filialdan kənar ödəniş terminallarına yaxınlaşaraq 24/7 rejimində ölkəxaricinə pul köçürmə əməliyyatlarını həyata keçirə bilərlər.

Bunun üçün Bankın ödəniş terminalından Təcili Pul Köçürmə bölməsini seçib,

  • Müştəri kodunu daxil etməli;
  • Mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmalı;
  • Vəsaitin göndəriləcəyi ölkəni seçməli;
  • Alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etməli;
  • Əməliyyatı təsdiq etməli.

Əməliyyat uğurla tamamlandıqdan sonra müştəri köçürmə haqqında qəbzi əldə edə bilər.

Bankın müştəriləri nağd pul vəsaitini istər ödəniş terminalları, istərsə də İnternet Bankçılıq vasitəsilə aşağıdakı ölkələrə 24/7 rejimində sürətli göndərmək imkanı əldə edəcəklər:

  • Rusiya
  • Belarusiya
  • Gürcüstan
  • Qazaxıstan
  • Qırğızıstan
  • Moldova
  • Özbəkistan
  • Tacikistan

Bank of Baku-nun ödəniş terminallarının ünvanları haqqında dəqiq məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.

Bank of Baku © 2018
Site by Jeykhun Imanov Studio