«15 il Boyunca Qazan» adlı misilisiz əmanət kampaniyası
«Bank of Baku» ASC ümumi uduş fondu 247 500 manat olan
«15 il Boyunca Qazan» adlı misilisiz əmanət kampaniyasına start verir
«Bank of Baku» ASC 15 illik yubileyi ərəfəsində əmanətçilərə «15 il boyunca qazan» adlı yeni uduşlu əmanət kampaniyasını təqdim edir. Bu misilsiz əmanət kampaniyasının əsas müqayisəli cəhəti ondan ibarətdir ki, kampaniyada qalib gələn əmanətçilər qazandığı məbləği hər il, 15 il boyunca alacaqlar. Kampaniyanın ümumi mükafat fondu - 247 500 manat təşkil edir.
Belə ki, «15 il Boyunca Qazan» əmanət kampaniyasının 15 qalibi 15 il boyunca, hər il 100 AZN (cəmi 15 ilə 22 500 AZN), 5 əmanətçi 1000 AZN (cəmi 15 ilə 75 000 AZN), bir xoşbəxt əmanətçi isə hər il 10 000 AZN qazanmaqla, növbəti 15 il ərzində 150 000 AZN-lə təmin olunacaq. Qeyd edək ki, bu «Bank of Baku»-nun əmanətçilərə yeganə xoş müjdəsi deyil – bank əmanət üzrə faiz dərəcələrinin maksimal həddini də 21%-dək artırdı. «15 il Boyunca Qazan» uduşlu əmanət kampaniyasının şərtləri son dərəcə sadədir. Belə ki, cari kampaniyada 05 noyabr 2008-ci ilədək cəlb edilmiş bütün əmanətlər və kampaniya ərzində cəlb edilən minimum altı aylıq yeni əmanətlər iştirak edirlər. İştirak üçün nəzərdə tutulmuş əmanətin minimal məbləği 500 AZN\USD\EUR həddi ilə müəyyən edilib. Qeyd edək ki, hər 500 AZN\USD\EUR əmanətçiyə bir uduş şansı verir. Əmanəti olan «Bank of Baku» əməkdaşları kampaniyada iştirak etmirlər.
Kampaniya 15 həftə müddətində, 05 noyabr 2008-ci ildən 10 fevral 2009-cu ilədək davam edəcək. Uduş bankın 15 illiyi (14 fevral 2008-ci il) ərəfəsində telekanalların birinin canlı efirində keçiriləcək. «15 il boyunca qazan» uduşlu əmanət kampaniyası, eləcə də əmanətlər üzrə faiz dərəcələrinin artırılması «Bank of Baku»-nun yubiley ilində əmanətçilər üçün hazırladığı çoxsaylı xoş sürprizlərin ilk işartılarıdır. Bütün bunlar, müştərilərin banka dərin etibarı müqabilində «Bank of Baku»-nun gələcəyə yüksək əminlilik, və sabitliyinin nümayişidir.
Kart istifadəçilərinin dəstək mərkəzi
Hörmətli Müştərilər!
Artıq “Bank of Baku”nun “Kart istifadəçilərinə dəstək” mərkəzi fəaliyyətə başladı.
İndi iş saatları (1-5 günlər 9:00-18:00, şənbə 10:00-14:00) ərzində kart istifadəsi ilə bağlı sizi maraqlandıran sualları operativ cavablandıracaq və yaranan problemlərinizi dərhal həll edəcək bir bankdaxili qurum mövcuddur.
Siz yaranmış problemlərlə bağlı birbaşa bankın səlahiyyətli şəxsləri ilə əlaqə saxlaya biləcəksiniz.
Mərkəzin nömrəsi: 437 62 50
Ümidvarıq ki, sizi maraqlandıran məsələlərin həllini bu ünvanda tapa biləcəksiniz.
Qarşılıqlı faydalı əməkdaşlıq arzusu ilə.
wap.bankofbaku.com
Hörmətli istifadəçilər!
Artıq "Bank of Baku"nun WAP saytı fəaliyyətə başlayıb. İndi, mobil telefonunda internetə giriş izni olan hər bir kəs bu səhifəyə gedib oradakı məlumatlardan faydalana bilər. Ən üstün tərəfi isə odur ki, istifadəçi bu sayt vasitəsi ilə bir başa Məlumat Mərkəzinə öz suallarını göndərə bilər.
Sizə saytdan faydalanmağı arzu edirik.
«Bank of Baku» ASC
CASH IN - BANK «ÖDƏNİŞ KÖŞKLƏRİNİN» TƏTBİQİNƏ BAŞLADI
Müştəri uğrunda rəqabət şəraitində olan Azərbaycanın bank sektoru artıq əsas strategiyasını müəyyənləşdirib – xidmətin yüksək keyfiyyəti. Hər zaman müştərilərin rahatlığını düşünən «Bank of Baku» yeni, Azərbaycanda analoqu olamayan bir layihəyə - Cash-in ödəniş köşklərinin tətbiqinə start verdi. Bu layihə yeni nəsil Cash-in qurğulari vasitəsi ilə özünəxidmət məntəqələrinin genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilir.
Hazırda «Bank of Baku» tərəfindən pilot layihə olaraq yerləşdirilmiş Cash-in ödəniş köşkləri əhaliyə istehlak kreditlərinin ödənilməsi sahəsində xidmət göstərir. Belə ki, Cash-in ödəniş köşklərinin xidmətindən bankın Atatürk prospekti 42 ünvanında yerləşən Baş ofisində, Azərbaycan prospekti 3-də yerləşən “Mərkəz” filialında və Ağa Nemətulla küçəsi 65 ünvanında fəaliyyət göstərən İnzibati ofisində istifadə etmək olar.
Cari il, sentyabr ayının ikinci yarısında isə, bank, Cash-in ödəniş köşklərinin paytaxt və regionlarda geniş tətbiqini və göstərilən xidmət növlərinin çeşidinin artırılmasını nəzərdə tutur. Cash-in ödəniş köşkləri vasitəsi ilə, əlavə olaraq, əmanət hesablarının artırılması, mobil rabitə və sığorta, həmçinin kommunal xidmətlərinin ödənilməsi mümkün olacaq.
Ödəniş köşklərinin əsas üstünlüyü, onların əhaliyə həftənin bütün günləri, 24 saat ərzində fasiləsiz olaraq bank xidmətlərinin göstərməsidir. Bu isə öz növbəsində bankın iş saatlarında banka gələ bilməyən işgüzar müştərilərinin rahatlığını təmin edəcək.
Hal-hazırda “Bank of Baku”-nun 24 ədəd ATM-bankomatı və 257 ədəd POS terminalı fəaliyyət göstərir. Qeyd edək ki, Bank of Baku-nun filial şəbəkəsi 15 filial, “Bank of Baku - Express” xidmət məntəqədən, həmçinin Sumqayıt şəhərində fəaliyyət göstərən 1 bölmədən ibarətdir.
"Yaz-yay kolleksiyası" əmanət kampaniyası üzrə uduş nəticələri