Sual-Cavab              
12.03.2010 
azpyceng

Fərdi bankçılıq
Hesabların idarə olunması
Kreditlər
Təcili pul köcürmələri
Əmanətlər
Giriş sözü
Dinamik Əmanəti
Faiz cədvəli
Çevik əmanəti
Plastik kartlar
Digər əməliyyatlar

 Bank of Baku
Məzənnələr
 
NBA
rates
Buy
Sell
USD
0.8034
0.8
0.81
EUR
1.096
1.075
1.116
RUB
0.0272
0.0267
0.0277
GBP
1.2032
1.179
1.226
Birbaşa linklər
Faydalı linklər
Bülletenə yazılmaq üçün
Adınız:
E-mail:
 
Dinamik Əmanəti

Pulların da öz həyatı var – Dinamik həyatı

 

"Bank of Baku" DİNAMİK əmanətini Sizə təqdim edir.

İnsanlar Bankda əmanət yerləşdirərkən əhəmiyyət verdikləri, önə çəkdikləri, vacib hesab etdikləri demək olar ki, bütün şərtlər bu əmanət növündə cəmləşib. Gəlin bunlara bir-bir nəzər salaq:

 

ilkin əmanət məbləği yüksək olmasın
Dinamik əmanətində bu limiti cəmi 100 AZN/USD/EUR qoymaqla, bu problemi tamamilə aradan qaldırdıq. Azərbaycanda, xüsusilə Bakı şəhərində yaşayan ailələrin böyük bir qisminin ehtiyatda saxladığı ən azı 100 manatı vardır. İndi Siz bu pulu evinizdə yox, ölkənin ən etibarlı banklarından birində saxlaya biləcəksiniz!
toplanan faizləri istənilən zaman almaq mümkün olsun
Əmanətçi öz seçiminə uyğun olaraq faizləri əmanət müddətinin sonunda və ya aylıq ala bilər!
faiz dərəcəsi yüksək olsun
Dinamik əmanəti üzrə faiz dərəcəsi 21 %-ə qədər artır
əmanət məbləğini atırmaq və ya azaltmağa icazə verilsin
bu da problem deyil. Dinamik əmanətin çevikliyi Sizə əmanət məbləğinizi əmanət müddətində həm azaltmaq, həm də artırmağa imkan verir
kredit kart almaq mümkün olsun
"Bank of Baku" öz əmanətçilərinə bu imkanı da yaradır. Əmanət məbləği 5,000 AZN/USD/EUR-dan artıq olduqda isə, kredit kartını ümumiyyətlə pulsuz əldə etmək olar
əlavə hədiyyələri və güzəştləri olsun

“Bank of Baku”nun əmanətçiləri aşağıdakı imkanlara sahib ola bilərlər:

  • əmanətin sığortalanması
  • Azərbaycanın hüquq, maliyyə, vergi qanunvericiliyi barədə pulsuz məsləhət xidmətləri


  "Dinamik" əmanəti üçün kalkulyator



Bütün bunları bir arada toplayan “Dinamik” əmanəti Sizin pul vəsaitləriniz üçün ən mükəmməl seçimdir. Aşağıdakı cədvəldə bu əmanət növünün bütün şərtləri ətraflı əks olunmuşdur.

 

Əmanətin valyutası

AZN/USD/EUR

Müddət

1 aydan 60 ayadək

Faizlərin ödənilməsi

Aylıq, müddətin sonunda

Əmanətin ilkin məbləği

100 AZN/USD/EUR

Əmanətin maksimal məbləği:

Məhdudiyyət yoxdur

Faiz dərəcəsi

bax: Faiz сədvəli

Əmanətin azaldılması

İcazə verilir.

Azaldılan məbləğin minimumu - 100 AZN/USD/EUR.

Əmanətin artırılması

Əmanətin müddətinin yarısından sonra artırılmasına icazə verilmir.
Əlavələrə əmanətin artırıldığı dövrdə xidmət tarifləri və şərtlərində eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə faizlərin aylıq ödənilməsi şərtilə müqavilədə göstərilən faiz dərəcəsi tətbiq edilir.
Artırılan məbləğin minimumu 100 AZN/USD/EUR

Avtoprolongasiya

Əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə faizlərin aylıq ödənilməsi şərtilə eyni müddətə uzadılır.
Analoji məhsul olmadıqda, faiz dərəcələri Bankın xidmət tarifləri və şərtləri ilə tənzimlənir

Əlavə üstünlüklər

  1. Əmanət məbləği 1000 AZN/USD/EUR-ya bərabər və artıq olduqda müştəriyə pulsuz VISA Deposit tipli əmanət kartı verilir, əmanət məbləği minimum 10000 AZN/USD/EUR və həmin əmanətin müddəti minimum 12 ay olduqda isə pulsuz VISA Gold tipli əmanət kartı verilir. Əmanət kartı əmanətin bitməsinə N ay qaldıqda, N+1 ay müddətinə verilir.*
  2. Kredit xətti əmanətin qalığının 80 %-nə qədərdir.
  3. Kredit xəttinin minimal məbləği 1.000 AZN/USD, nağd ayrılmış kreditin minimal məbləği 500 AZN/USD-dir, kredit xəttinin və ya nağd ayrılmış kreditin maksimal məbləğləri isə 100.000 AZN/USD-yə bərabərdir. Kredit xəttinin valyutası əmanətin valyutası ilə eynidir **.
  4. Əmanət üzrə faizlər əmanətçinin istəyi əsasında həm kart, həm də qeyri-kart hesabına yerləşdirilə bilər (müştərinin seçimi əsasında).

 

  * Müştəri pulsuz hər hansı kart aldıqda və əlavə olaraq digər kart üçün müraciət etdikdə, əlavə kart qüvvədə
     olan komissiyalar tutulmaqla verilə bilər.
** Avro ilə yerləşdirilmiş əmanətlər üzrə kredit xətti manatla ayrılır. Bu halda ayrılan kredit xəttinin məbləği Avro
     məbləğinin manatla qoyulduğu halda ayrılacaq limitin məbləği ilə bərabər kimi təyin edilir.


Əlavə:


Bu xidmətlə bağlı suallarınızı göndərin, Bankın filial və nümayəndəliklərinə müraciət edin və ya 145 Məlumat Mərkəzinə zəng edin.


Bank of Baku © Bütün hüquqlar qorunub