Əlavə pul vəsaitlərini evdə və ya ofisdəki seyfdə saxlamaqla, Bankda yerləşdirməyin əsas fərqləri nədədir?
Əsas meyarlar |
Pullarınızı evdə və ya ofisdə saxlasanız |
Pullarınızı Bankda saxlasanız |
təhlükəsizlik |
təbii ki, bunun üçün bir çox tədbirlər görə bilərsiniz, amma bəzi hallarda baş verən fövqəladə hadisələrdən heç kim sığortalanmayıb! |
Bank istənilən halda cəlb etdiyi əmanətlərə görə öhdəlik daşıyır.
Yanğın , təbii fəlakət , hətta qarət halı baş versə belə, Siz öz pullarınızın toxunulmazlığına görə əmin ola bilərsiniz. |
rahatlıq |
pulları evin və ya ofisin harasında, hansı şəraitdə, hansı formada, hansı valyutada saxlamaq, hər dəfə o puldan istifadə etmək istərkən səhv buraxmamaq... bütün bunların yaratdığı narahatlıqlar hamıya çox yaxındır. |
pulları Bankda saxladıqda isə bu qayğılar aradan qalxır, Siz istədiyiniz valyutada özünüzə uyğun gələn şərtlər əsasında Bankda əmanət hesabı açırsınız və oradakı vəsaitdən necə istifadə edilməsi ilə bağlı qərarı yalnız Siz verirsiniz. |
sərfəlilik |
bütün dövrlər üçün yazılmamış bir qanun var - pul hər zaman hərəkət etməli və əlavə pul gətirməlidir ! hər bir şey kimi pullar da zaman keçdikcə qiymətdən düşür , öz dəyərini itirir. Pulları evdə və ya ofisdə saxladıqda bunlardan qaçmaq mümkün deyil... |
Bankda pul yerləşdirərkən Sizin əldə etdiyiniz faiz gəlirləri Sizi bu problemdən də azad edir . Xüsusilə inflyasiya dövründə Bankda yerləşdirilən pullar qiymətdən düşmədən bir növ sığortalanmış olur.
Üstəlik Bankda əmanət yerləşdirərkən bir sıra əlavə üstünlüklərdən də faydalanmaq imkanı qazanırsınız.
|