Məişətin və gündəlik yaşamın ayrılmaz hissəsinə çevrilən müxtəlif əşyalarla təmin olunmaq həyatın gözəl anlarından daha çox zövq ala bilmək üçün çox vacibdir. Digər tərəfdən Azərbaycanda əhalinin banklara olan inamının günü-gündən artması istehlak vasitələrinin kredit yolu ilə alınmasını daha da labüd edir.
Artıq 5 ildən çoxdur ki, bank bazarının bu sahəsində inamla fəaliyyət göstərən "Bank of Baku" hazırda Bakı (həmçinin Bakıətrafı rayonlarda), Abşeron, Sumqayıt və Şəki şəhərlərində fəaliyyət göstərən 550-dən artıq iri və ortaölçülü xidmət və ticarət obyektləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində geniş əhali kütləsi müxtəlif əşyaların, o cümlədən məişət avadanlığı, mobil telefon, kompüter, mebel və avtomobillərin kredit vasitəsilə əldə etmək imkanı qazanmışdır. Bundan əlavə Bankın istehlak kreditləri proqramı çərçivəsində turizm səyahətlərinin, ödənişli təhsilin və təmir işlərinin də kreditləşdirilməsini həyata keçirir.
“Bank of Baku”nun istehlak kreditlərinin əsas xarakterik cəhətləri:
| ən sərfəli şərtlər |
kreditin məbləği, faiz dərəcələri, müddəti, bir sözlə bütün şərtlər rəqabətqabiliyyətlidir və müştərilərinin tələbatlarına tam cavab verir
|
| büdcənin düzgün planlaşdırılması |
kreditin geri ödəmə şərtlərinin rahatlığı ailənin büdcəsini planlaşdırmağa və gözlənilməz maliyyə problemlərindən sığortalanmağa imkan yaradır
|
| geniş seçim imkanı |
Bankın geniş və çoxşaxəli partnyor əlaqələri istehlak məqsədinə yönəldilən demək olar ki istənilən əşyanın, həmçinin çoxsaylı xidmətlərin alınmasına imkan yaradır
|
| rahat rəsmiləşdirmə |
kredit alınmasına görə tələb olunan sənədlər və sənədləşmə prosedurları lazımsız vaxt itkisi və əngəllərdən sizi azad edəcək |
|