“Contact” Rusiyanın EURO, USD v ə Rusiya rublunda fiziki şəxslərin sifarişi ilə hesab açmadan köçürmələr həyata keçirən birinci beynəlxalq pul köçürmə sistemidir.
“Contact” yeganə sistemdir ki, orada köçürmələr Respublikaya deyil, bir başa konkret banka hətta konkret bank filialına göndərilir.
Hazırda bu sistem üzrə komissiya köçürmə məbləğindən asılı olmayaraq məbləğin 3 % təşkil edir. Köçürmələr üzrə komissiyalar, birdəfəlik komissiya kimi yalnız köçürməni sifariş edən şəxs tərəfindən ödənilir. Köçürmənin rahat, sürətli və təhlükəsiz olması sistemə üstünlük verən amillərdəndir.
“Contact” brendi “İlin Brendi/EFFİE 2003” premiyasının qalibidir .
Pulun köçürülməsi və alınması qaydaları |
Pul köçürmək üçün nə etmək lazımdır? |
1. Bankın Filial və ya nümayəndəliyinə gəlmək;
2. Pul köçürülməsi formasını doldurmaq;
3. Həmin formanı və şəxsiyyət vəsiqəsini Bankın əməkdaşına təqdim etmək;
4. Bankın əməkdaşından müvafiq sənədləri aldıqdan sonra köçürüləcək məbləği və komissiya məbləğini kassaya ödəmək |
Pulu almaq üçün nə etmək lazımdır? |
1. Bankın Filial və ya nümayəndəliyinə gəlmək;
2. Şəxsiyyət vəsiqəsini və göndərilən məbləğ, pul göndərən və köçürmə-nəzarət nömrəsi barədə məlumatları Bankın əməkdaşına təqdim etmək;
3. Bankın əməkdaşından müvafiq sənədləri aldıqdan sonra kassadan göndərilən vəsaiti almaq; |
|