Sual-Cavab              
12.05.2008 
azpyceng
Bank of Baku haqqında
Tanışlıq
Bank rəqəmlərdə
Əməkdaşlıq
Nümayəndəlik şəbəkəsi
Reklam və PR
Məlumat mərkəzi
145 - Məlumat Mərkəzi
Sual-Cavab
İnsan resursları
Törəmə müəssisələr

Bank of Baku
Məzənnələr
 
NBA
rates
Buy
Sell
USD
0.8292
0.824
0.834
EUR
1.2696
1.263
1.284
RUB
0.0347
0.0335
0.0365
GBP
1.6179
1.608
1.628
Müraciət
Faydalı linklər
Məlumat mərkəzi
”Bank of Baku” əhaliyə özünün ən son və ən iri layihələrindən biri – “145 - Məlumat Mərkəzi”ni təqdim edir.
İnformasiya tutumuna, proqram təminatına və texniki imkanlarına görə Azərbaycanın bank sektorunda ilk və hələlik yeganə olan Məlumat Mərkəzi Bankın müştərilərinin və ümumiyyətlə Azərbaycanda yaşayan insanların Bank of Bakunun məhsul və xidmətləri barədə məlumatlandırılmasına xidmət edir. Həftənin bütün günləri 24 saat ərzində 145 nömrəsini yığmaqla Məlumat Mərkəzinə qoşulan insanlar Bankla bağlı ən müxtəlif mövzularda avtomatlarşdırılmış məlumatlar əldə edə, operator vasitəsilə onları maraqlandıran suallara cavab ala, öz şikayət və təkliflərini verə və digər imkanlardan istifadə edə biləcəklər.
Məlumat Mərkəzində aşağıdakı mövzularda avtomatlaşdırılmış məlumatlar əldə etmək mümkündür:
  • Bankın ən son yenilikləri və kampaniyaları;

  • Bankın əsasən sıravi insanlar üçün nəzərdə tutulan ən mühüm məhsul və xidmətləri, o cümlədən əmanətlər, ipoteka kreditləri, istehlak kreditləri, plastik kartlar, yol çekləri, təcili pul köçürmələri və s. barədə ətraflı məlumatlar (layihələrin şərtləri, mühüm tələblər, tariflər və s.);

  • Bankın həmin günə olan valyuta məzənnələri (ABŞ dolları, rus rublu və avronun alış və satış məzənnələri);

  • Bankın filial və xidmət məntəqələrinin ünvanları, telefon və faks nömrələri;

  • Bankın ATM-lərinin ünvanları;

  • Bankın ödəniş rekvizitləri.

Bundan başqa Məlumat Mərkəzinin proqram təminatı zəng edən insanlar üçün bir sıra əlavə imkanlar da nəzərdə tutur. Belə ki, zəng edənlər özü barədə qısa məlumatları (adı, soyadı və əlaqə telefonu) və əldə etmək istədiyi məhsul və ya xidmətimizin adını qeyd etməklə sonradan Bankın əməkdaşlarının onunla əlaqə saxlayaraq müraciətini təmin etməsindən faydalana bilərlər. Bankın fəaliyyəti, xidmətlərin səviyyəsi və ya bankın məhsulları barədə təklif və ya iradları olanlar üçün də xüsusi bölmə nəzərdə tutulur. Bu bölmədə zəng edən şəxs özü barədə qısa məlumat verdikdən sonra öz fikirlərini proqramın yaddaşına köçürə bilər. Məlumat Mərkəzinin xüsusi işçi qrupu mütəmadi olaraq daxil olan zənglərin, xüsusilə də təklif və iradların təhlili ilə məşğuldur.
Qeyd olunduğu kimi Məlumat Mərkəzi layihəsi çərçivəsində avtomatlaşdırılmış məlumatlarla yanaşı, Operatorların zənglərə və müraciətlərə cavab verməsi də nəzərdə tutulur. Bu, əhalinin ən çox maraqlandıran mövzularda geniş və hərtərəfli maarifləndirilməsi, həmçinin menyunun digər bölmələrində yerləşdirilmiş məlumatlarla bağlı yaranan sualların cavablandırılmasına xidmət edəcək.
Operatorlar həftənin bütün günləri saat 10.00-dan 19.00-a qədər zənglərə cavab verəcəklər. Avtomatlaşdırılmış məlumatlar isə bütün sutka ərzində aktivdir.
Bir sözlə bundan sonra Bank of Baku ilə bağlı sizi maraqlandıran hər hansı məsələ varsa, şəhər və mobil (ancaq Azercell) telefonlarından sadəcə 145 nömrəsini yığmağınız kifayət edir.

Bank of Baku © Bütün hüquqlar qorunub