"Bıstraya Poçta" hazırda MDB ölkələri arasında ən populyar təcili pul köçürmələri sistemlərindən biridir. Bu sistem MDB məkanında yaşayan, işləyən, təhsil alan insanlarla pul mübadiləsinin aparılması üçün ən sərfəli və rahat vasitədir. “Bank of Baku” bu sistemə qoşulmaqla məhz əhalinin qeyd olunan təbəqəsinin tələbatlarının ödənilməsini özünə hədəf seçmişdir.
Bu sistemin rəqibləri ilə müqayisədə ən əsas üstünlüyü köçürməyə görə çox aşağı tariflərdir. Hazırda bu sistem üzrə tarif köçürmə məbləğindən asılı olaraq minimal 5 USD / EUR maksimum məbləğin 2 %-ni təşkil edir.
Bundan əlavə digər sistemlərin əsas üstünlükləri, o cümlədən köçürmənin sürəti, rahat rəsmiləşdirmə, komissiyanın yalnız pulu köçürən şəxs tərəfindən ödənilməsi "Bıstraya Poçta" sisteminə də xasdır. Əlavə olaraq köçürmənin birbaşa internet şəbəkəsi vasitəsilə aparılması köçürmənin sürəti, təhlükəsizliyi və rahatlığını daha da artırır.
Məlumat üçün, "Bıstraya Poçta" sistemi Türkmənistan və Baltikyanı ölkələrdən başqa MDB məkanının bütün ölkələrində təmsil olunur. 2006-ci ilin oktyabr ayının sonuna olan məlumata görə MDB məkanında 1700-dən artıq məntəqə, o cümlədən Rusiya Federasiyasında 347 (o cümlədən Moskva şəhərində 67 məntəqə), Ukraynada 156, Moldovada 230, Gürcüstanda 101 məntəqə bu sistem üzrə pul köçürmələrini həyata keçirir.
|
Pulun köçürülməsi və alınması qaydaları |
| Pul köçürmək üçün nə etmək lazımdır? |
1. Bankın Filial və ya nümayəndəliyinə gəlmək;
2. Pul köçürülməsi formasını doldurmaq;
3. Həmin formanı və şəxsiyyət vəsiqəsini Bankın əməkdaşına təqdim etmək;
4. Bankın əməkdaşından müvafiq sənədləri aldıqdan sonra köçürüləcək məbləği kassaya ödəmək
|
| Pulu almaq üçün nə etmək lazımdır? |
1. Bankın Filial və ya nümayəndəliyinə gəlmək;
2. Şəxsiyyət vəsiqəsini və göndərilən məbləğ, pul göndərən və köçürmə-nəzarət nömrəsi barədə məlumatları Bankın əməkdaşına təqdim etmək;
3. Bankın əməkdaşından müvafiq sənədləri aldıqdan sonra kassadan göndərilən vəsaiti almaq;
|
Mühüm qeydlər!
1. Hər hansı xidmətdən istifadə etmək istədikdə, bu xidmətin qəbul edənin yerləşdiyi ölkədə mümkünlüyünü Bankın əməkdaşından soruşmaq lazımdır.
2. Pulun alınması və pulun göndərilməsi üçün formaları çap hərfləri ilə doldurun.
3. Pulun alınması zamanı müştəridən heç bir komissiya tutulmur.
4. Pulun köçürülməsi və alınması Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyi ilə tənzimlənir.
5. Bıstraya Poçta sistemi vasitəsilə köçürmələr Bankın bütün filial və nümayəndəliklərində həyata keçirilir.
|