
Yenilikçi strategiyasına sadiq qalan və müştərilərini yeni məhsul və xidmətləri ilə daim sevindirən Bank of Baku nağd pul kreditinə olan böyük tələbatı nəzərə alaraq “Pul Hamıya Lazımdır!” şüarı altında yeni peşə kreditlərini təqdim edir.
Belə ki, indi arayış təqdim edə bilməyən müxtəlif peşə sahibləri, o cümlədən bütün növ ustalar, mühasiblər, tərcüməçilər, proqramçılar, dizaynerlər, rəssamlar, heykəltaraşlar, bağbanlar, dayələr, dərzilər, xalçaçılar, video operatorlar, fotoqraflar, musiqiçilər, müğənnilər, rəqqaslar, saç ustaları, bərbərlər, kosmetoloqlar, vizajistlər, administratorlar, aşbazlar, repetitorlar, taksi sürüçüləri, ofisiantlar, xalçaçılar və bir çox digər peşə sahibləri Bank of Baku-ya müraciət edib peşə kreditlərindən faydalana bilərlər.
| Peşə Kreditinin şərtləri | |
|---|---|
| Məbləğ | 300 - 10 000 USD (və ya AZN ekvivalentilə) |
| Müddət | 18 - 24 ay |
| Faiz dərəcəsi | İllik 25-32%. Faiz dərəcəsi müştərinin maliyyə durumundan və bankda olan tarixçəsindən asılı |
| Möhlət müddəti | 3 aya qədər |
| Kreditin qaytarılması | aylıq, bərabər hissələrlə |
| Ərizəçinin və zaminin yaşı | min. 20 – kredit öhdəliyinin sonuncu ödəniş tarixinə maks. 65 |
| Ərizəçinin qeydiyyatına tələb | nəzərdə tutulmur |
| Zaminin qeydiyyatına tələb | Kredit ayrılan filialın kreditləşmə arealında olmalıdır Qeydiyyat Bakı şəhəri, Abşeron r-nu, Xırdalan şəhəri, Sumqayıt şəhəri olduğunda Bakı və Sumqait şəhərlərində yerləşən filiallar üzrə kredit rəsmiləşdirilməsi mümkündür. Qeydiyyat Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları olduğunda Lənkəran filialı üzrə kredit rəsmiləşdirilməsi mümkündür. Qeydiyyat Şəki, Oğuz, Qax, Zaqatala, Qəbələ və Balakən rayonları olduğunda Şəki filialı üzrə kredit rəsmiləşdirilməsi mümkündür. Qeydiyyat Gəncə şəhəri, Mingəçevir, Goranboy, Göygöl, Samux, Daşkəsən, Naftalan, Göyçay, Şəmkir rayonları olduğunda Gəncə filialı üzrə kredit rəsmiləşdirilməsi mümkündür. Qeydiyyat Xaçmaz, Qusar, Quba, Dəvəçi rayonları rayonları olduğunda Xaçmaz filialı üzrə kredit rəsmiləşdirilməsi mümkündür. |
| Biznesin fəaliyyət müddəti | min. 3 ay |
| Kreditin rəsmiləşdirməsinə görə | 1 - 5% |
| Kreditin nağdlaşdırılmasına görə | 2% |
| Qeydiyyat | Azərbaycan Respublikası ərazisi |

