«Bank of Baku» daim məhsul çeşidlərini genişləndirərək müştərilərin maraqlarını qabağlamağa çalışır.Bu məsələnin yeni həlli üçün Bank of Baku xüsusi məhsulunu təqdim edir – “Tibb krediti”-ni. Kreditin məqsədi - əhalinin bütün təbəqələrinə həyatın ən çətin anlarında dəstək olmaqdadır.
«Bank of Baku» əhaliyə bank vasitəsilə tibb əməliyyatlarının yeni və rahat ödəniş xidmətindən istifadə etməyi təklif edir. Belə bir vəziyyətdə vaxtın qiymətsiz olduğunu nəzərə alaraq bank müştərilərə qısa bir müddətdə müalicə üçün krediti alaraq tibbi xərcləri düşünməmək imkanını yaradır.
Tibbi xidmət üçün krediti 3-24 ay müddətinə almaq olar, kreditin maksimal məbləği 2000 AZN. Krediti rəsmiləşdirmək üçün müştəri şəxsiyyət vəsiqəsini, iş yerindən arayışı və müvafiq səhiyyə müəssisəsindən arayışı təqdim etməlidir.
| Kampaniyanın şərtləri | |
|---|---|
| Məbləğ | 150-2000 AZN |
| Müddət | min 3 ay, max 24 ay |
| Faiz dərəcəsi | Müsbət kredit tarixçəsi olan müştərilər üzrə – 28% Digər müştərilər üzrə – 30% |
| Əvvəlcədən ödəniş | min. 10% |
| Ödəniş növü | Aylıq annuitet |
| Kreditləşdirilən əməliyyat |
Əməliyyatlar yalnız Mərkəzi Klinikada aparılır. |
| Komissiya | Hesaba köçürmə üsulu ilə verilən kreditlər üçün (bütün komissiyalar müştəri tərəfindən ödənilir): Kreditin rəsmiləşdirilməsinə görə - 5%; Administrativ xərclər üçün – 15 AZN; Nağd üsulla verilən kreditlər üçün (bütün komissiyalar müştəri tərəfindən ödənilir): Nağdlaşdırma komissiyası – 1%; Kreditin rəsmiləşdirilməsinə görə - 4%; Administrativ xərclər üçün – 20 AZN; |
| Ərizəçiyə qarşı tələblər | |
| Ərizəçinin qeydiyyatı | Azərbaycan Respublikasının bütün regionları |
| Ərizəçinin yaşı | Min. 20 – kredit öhdəliyinin sonuncu ödəniş tarixinə maks. 55 |
| Ərizəçi | Xidmət alan şəxs və ya birinci xətt (ata, ana, bacı, qardaş, ər, arvad, oğul, qız) qohumu |
| Ərizəçinin iş yeri | Dövlət təşkilatı və ya sabit maliyyə durumu olan özəl müəssisə |
| Ərizəçinin son iş yerində stajı (təqaüdçü deyilsə) | bankın təmsil olunduğu inzibati ərazilər üzrə qeydiyyatı olan əhali üçün min. 3 ay bankın təmsil olunmadığı inzibati ərazilər üzrə qeydiyyatı olan əhali üçün min. 24 ay |
| Tələb edilən sənədlər |
|
| Təminat | Kredit məbləği 1000 AZN-dən artıq olduqda, üçüncü şəxsin zaminliyi |
| Zaminə qarşı tələblər | Ərizəçiyə tətbiq edilən tələblər |
11 gündən 90 günədək gecikdirilmiş kreditə görə, hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1%-i (min. AZN 0.50) miqdarında cərimə hesablanır.
