Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

3D secure

3D Secure nə deməkdir?

3D secure kredit və debet kartlarının online istifadəsi zamanı tətbiq edilən müasir təhlükəsizlik sistemidir. 3D secure texnologiyasının üstün cəhətləri ondan ibarətdir ki, 3D secure müştərinin kartlarından digər kənar şəxslər tərəfindən onlayn istifadəsini mümkünsüz edir. Belə ki, əməliyyatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyatlar birdəfəlik şifrələr ilə qorunur və əməliyyat icra edilən zaman kartın parametrləri daxil edildikdən sonra şifrə müştərinin mobil nömrəsinə SMS şəklində göndərilir. Keçirilən əməliyyatların təhlükəsizliyi müştəriyə SMS şəklində göndərilən şifrənin əməliyyat zamanı daxil edilməsi ilə təmin edilir. Müştərinin mobil telefonuna SMS şəklində göndərilən şifrə yalnız 1 dəfə istifadə edilə bilər. Qeyd edim ki, xidmət tam Pulsuz olaraq təqdim edilir və “Bank of Baku” nun debet və kredit kartlarının sahibləri banka müraciət edərək xidmətə qoşula bilər.

3D secure-nin müştərilər üçün faydası:

  • Kartlardan onlayn istifadənin kənar şəxslər tərəfindən həyata keçirilməsinin qarşısını alır;
  • Kartlar yalnız kart sahibinin əldə edə biləcəyi birdəfəlik şifrə ilə qorunur;
  • Təhlükəsizliyi təmin etmək məqsədi ilə əlavə şifrə yadda saxlamağ ehtiyac yoxdur. Belə ki, birdəfəlik şifrə mobil telefona əməliyyat zamanı göndərilir;

Sizin onlayn ödəniş məbləğiniz 100 AZN və daha çox olarsa, aşağıdakı pəncərə açılır:


Pəncərə açılan zaman Sizin Bankda qeydiyyatda olan mobil nömrənizə təsdiq kodu göndərilir. Yalnız həmin təsdiq kodunu yığdıqdan sonra ödəniş edə bilərsiniz.

3D secure-nin aktivləşmə qaydaları:

  • Əgər satıcı (“merchant”) Azərbaycan Respublikası ərazisindədirsə və məbləğ 100 AZN dən azdırsa bu zaman şifrə tələb edilmir, yalnız tranzaksiyanın təsdiqi üçün bütün detalları təsvir edən pəncərə açılır (Confirmation window).
  • Əgər satıcı (“merchant”) Azərbaycan Respublikası ərazisində deyilsə və məbləğ 10 şərti vahid - dən azdırsa bu zaman şifrə tələb edilmir, yalnız tranzaksiyanın təsdiqi üçün bütün detalları təsvir edən pəncərə açılır (Confirmation window).
  • Əgər istifadəçinin İP-si və satıcı (“merchant”) Azərbaycan respublikası ərazisində deyilsə bu zaman hər bir halda (istənilən məbləğə) şifrə tələb ediləcək.

3D secure-yə necə qoşulmaq mükündür?

  • 145 Məlumat Mərkəzi vasitəsilə:
    - Siz 145 Məlumat Mərkəzinə zəng edərək 3 DS-ə qoşulma üçün müraciət edə bilərsiniz. Əgər Siz BƏP-də (Bankın Əməliyyat Proqramında) əsas mobil nömrənizlə qoşulmaq istəyirsinizsə, Məlumat Mərkəzi əməkdaşı Sizin xidməti aktivləşdirəcək. Fərqli mobil nömrə olduğu təqdirdə mütləq filiala müraciət etməlisiniz.
  • Filialda qoşulma:
    - Siz filiala şəxsiyyət vəsiqənizlə yaxınlaşaraq xüsusi ərizə formasını imzalayaraq xidmətə qoşula bilərsiniz.
Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio