SMS bankçılıq xidməti, “Bank of Baku” müştərilərinə (hazırda yalnız kart sahibləri üçün) öz hesabları üzrə aparılan dövriyyələrə nəzarət edə bilmə və mütəmadi olaraq dövriyyələr barədə məlumatlanma imkanlarını təqdim edir.
SMS bankçılıq xidməti həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərir. Sistemə qoşulma tarifləri: 6 aylıq - 20 AZN
1 illik - 30 AZN
SMS Bankinq sisteminə qoşulma qaydaları: 1. Kart sahibi bankın filialına yaxınlaşaraq “mobil telefonlara çıxarışların alınması”na dair ərizəni imzalayır
2. Sistem, kart sahibinin mobil telefonuna qeydiyyatdan keçdiyini mesajla göndərir: “Təbrik edirik”, “Siz GSM bankinq sistemində qeydiyyatdan keçdiniz” (müştərinin adı, soyadı).
SMS Bankinq xidmətləri:
- Help - Sorğuların (servislərin) siyahısını təqdim edi;
- Clist - Kart sahibinin sahib olduğu kartların siyahısını öyrənməyə imkan verir;
- Lang - Bu sorğuya cavab olaraq sistem müştəriyə məlumatları hansı dildə ala biləcəyi haqda məlumat verir;
- Balans - Kart hesabının balansını öyrənməyə imkan verir;
- State - Kartla aparılan əməliyyatlar üzrə qısa çıxarışı (son 14 tranzaksiya) əldə etməyə imkan verir;
- Status - Kart sahibinin sahib olduğu kart(lar)ın statusunu öyrənməyə imkan verir.
Xidmətlərdən istifadə qaydaları:Xidmətlərin istifadə qaydasını öyrənmək üçün help <service> bölməsinə daxil olun.
Help balans - Balans sorğusundan istifadə qaydasını müştəriyə göndərir.
Kart hesabı üçün balans təqdim edir.
Help Lang - Lang sorğusundan istifadə qaydasını müştəriyə göndərir.
Mümkün olan dillərin siyahısı: 1.Azerbailan 2. Russian 3.English
Müştəri özünə müvafiq dili seçib sistemə göndərir və sistem tərəfindən ona həmin dildə cavab sorğusu daxil olur
Help State - State sorğusunun istifadə qaydasını müştəriyə göndərir
Miniçıxarış – Ən son uğurlu avtorizasiyaların siyahısını təqdim edir
Kart üçün uğurlu avtorizasiya – kart nömrəsi
* YY-DD-MM HH:
* CSH– məbləğ
* PCH – alış (purchase)
* CSH – nağd pulun çıxarışı (cash withdrawal)
SMS bankçılıq