Bank of Baku

Bu səhifədəsiniz: Onlayn Bankçılıq «Telefon Bankçılıq - 145»

«Telefon Bankçılıq - 145»

“Bank of Baku” öz müştərilərinə analoqu olmayan məlumat və ödəniş xidmətini təqdim edir.

Artıq Banka gəlmədən ölkənin istənilən yerindən istənilən vaxt kredit ödənişlərinizi telefonla həyata keçirə və hesablarınız barədə məlumat ala bilərsiniz.

Bunun üçün sadəcə istənilən telefon, Bankın təqdim etdiyi kod və istənilən plastik kart sahibi olmaq kifayətdir.

Sistemə daxil olmaq üçün ardıcıl olaraq:

  1. Şəhər və mobil nömrəsindən 145 nömrəsini yığın və müvafiq menyunu seçin,
  2. Sistemə daxil olmaq üçün 6 rəqəmli kodu daxil edin. Kod kreditin ödəniş çekinin yuxarı sol küncündə qeyd olunur
  3. Sistem tərəfindən təqdim edilən siyahıdan kredit növünü seçin.

Məlumat menyusu.

Müştəriyə hesab barədə aşağıdakı məlumatlar verilir:

  • Əsas borc,
  • Faiz borcu,
  • Hesablanmış cərimə,
  • Bu günə ödənilməli borc.

Ödənişlər menyusu.

Ödəniş menyusunu seçin və ödəniş aparmaq üçün kartın aşağıdakı məlumatlarını daxil edin və ödəmək istədiyiniz məbləği qeyd edin:



Qeyd:

  1. Məlumat almaq və ödəniş etmək üçün Sizi bütün mərhələlərdə müşayət edəcək elektron bələdçi mövcuddur,
  2. Kod yalnış daxil edildikdə həmin telefon nömrəsindən sistemə daxil olma 15 dəqiqəlik bloklaşdırılır.
  3. İş saatlarından kənar daxil olan ödənişlər növbəti iş günü tarixi ilə qəbul edilir.
  4. Məlumat gündəlik olaraq saat 10:00-a dək yenilənir.