Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bolkart selfie müsabiqəsi: möhtəşəm hədiyyələr qazan!

22 Aprel 2014

Selfie fotolarının populyarlığı getdikcə Azərbaycanda da özünə şöhrət qazanır. Sosial şəbəkələrdə dəbdə olan selfie üslubunda fotolar, dünya boyunca bir trendə çevrilib.Dövlət rəsmiləri,tanınmış sahibkarlar,ictimai xadimlər və sadəcə sıravi vətəndaşlar özlərinin selfie fotolarını sosial şəbəkələrdə fəal şəkildə dərc edirlər. Qeyd edək ki, selfie sözü müəllifin şəxsən özü tərəfindən mobil telefona çəkilmiş fotosu anlamını daşıyır.

Sosial şəbəkələrdə daim aktiv olan Azərbaycanın aparıcı və ən sevilən brendlərindən biri Bolkart da bu dəbdən geri qalmayaraq Facebook-dakı rəsmi səhifəsində SELFİE fotomüsabiqəsini elan edir. Belə ki, indi hər kəs Bolkartla orijinal Selfie çəkib, fotolarını www.facebook.com/bolkart səhifəsində mesaj vasitəsilə və ya bankın elektron poçt ünvanına yollaya bilər: musabiqe@bankofbaku.com

Müəllifdən başqa, selfie fotolarında hökmən Bolkart da əks olunmalıdır. Fotolar istirahət zamanı, dostlarla bərabər,tanınmış məkanlarda, təbiətin qoynunda və sairə yerlərdə çəkilə bilər. Müsabiqənin əsas meyarı - orijinal olmaqdır. Müsabiqə iştirakçıları foto ilə birgə banka adlarını və telefonlarını da göndərməlidirlər.

Müsabiqə iki həftə davam edəcək. İlk həftə ərzində  daxil olmuş fotolar toplanacaq. Növbəti həftə ərzində isə selfie fotoları Bolkartın rəsmi Facebook səhifəsində səsverməyə çıxarılacaq. Daha sonra Bankın münsiflər heyəti üç qalibi müəyyən edəcək.Qaliblərin müəyyən edilməsi zamanı, münsiflər heyəti fotolara verilmiş like-ları da nəzərə alacaq.

Müsabiqənin üç qalibini möhtəşəm hədiyyələr gözləyir:

1) Jumeirah Bilgah Beach Hotel-də iki nəfərlik istirahət. Lüks səviyyəli mehmanxana müsabiqə qalibinə Xəzər sahilində iki unudulmaz gecə keçirməyə şərait yaradacaq.

2) Paytaxtmızın ən nüfuzlu fotoqraflarından olan Cəmil Mirzoyevdən peşəkar fotosessiya. Cəmil Mirzoyevin orijinal fotosessiyası həyatınızın xoşbəxt anlarını əbədi həkk etməyə imkan verəcək. (toy və nişan çəkilişi istisna olmaqla istənilən digər çəkiliş.)

3) “Anadolu atəşi” qrupunun konsertinə 2 nəfərlik bilet.Türk rəqqaslarının çılğın rəqsləri hələ heç kəsi biganə qoymayıb.

Müsabiqə şərtlərinə görə, qaliblər gedəcəkləri məkanlardan mütləq selfie foto çəkməlidirlər, öz səhifələrində yerləşdirməli və bank nümayəndələrinə təqdim etməlidirlər.

Müştərinin təhlükəsizliyi naminə, selfie fotodan Bolkartın 16 rəqəmli kombinasiyası silinəcək.

Beləliklə, “Bank of Baku” Bolkart sahiblərindən parlaq və yaddaqalan selfie fotoları gözləyir.

Ətraflı məlumat:

145 Məlumat Mərkəzi

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio