Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku”-nun Wi-Fi xidmətinə qoşul, sənə özəl təkliflərdən məlumatlı ol!

5 Yanvar 2015

Müştəri məmnuniyyətinin artırılması məqsədi ilə “Bank of Baku” növbəti yeniliyini təqdim edir. Artıq bankın müştəriləri filiallarda növbə gözləyərkən, vaxtlarını daha səmərəli keçirə bilərlər. Belə ki, “Bank of Baku”-nun müştəriləri Wi-Fi xidmətindən yararlanıb, bankın onlara ünvanlanmış xüsusi təklifləri barədə məlumat ala biləcək. Yeni xidmətdən faydalanmaq üçün müştəri sadəcə mobil telefonunda (və ya hər hansı digər mobil cihazında) Wi-Fi  alətində “BOB FREE” şəbəkəsini seçməli, daha sonra brauzerə daxil olub “Bank of Baku” tərəfindən hazırlanmış qeydiyyat formasına öz adını, soyadını və mobil telefon nömrəsini daxil etməlidir. Qeydiyyatdan keçəndən sonra müştəri bankın ona etdiyi xüsusi təklif və məlumatlarından xəbərdar ola bilər.

“Bank of Baku”-nun departament direktoru Anar Abbasov deyir ki, bu yenilik sayəsində müştərilər,bank ekspertinə yaxınlaşmadan öncə, bankın onlara edilən təkliflərindən məlumat əldə etmiş olacaq, həmçinin internetdən səmərəli istifadə edəcək. “Bura müştəriyə edilən özəl endirim və güzəştlər, kart balansının artırılmasının mümkünlüyü, bankın cari kampaniyaları haqda məlumat, daha böyük məbləğdə kredit təklifi və sairə aiddir. Bu xidmətin fərqli cəhəti müştərinin bankla iş tarixçəsinə uyğun ona müvafiq təkliflərin edilməsidir. Yeni müştərilər bu xidmətə qoşularaq bankın məhsulları ilə tanış ola və onlara müraciət edə bilər”.

Qeyd edək ki, yeni xidmətə qoşulan müştərinin hər istifadə limiti 30 dəqiqə təşkil edir.Növbəti dəfə xidmətdən faydalanmaq istəyən müştəri yenidən müvafiq qeydiyyatdan keçməlidir. İlkin dövrdə yeni xidmət yalnız “Bank of Baku”-nun Baş İdarəsində fəaliyyət göstərəcək (Atatürk pr., 42)

Bankçılıq sahəsində texnoloji innovasiyalara böyük önəm verən “Bank of Baku”  müştəriləri məmnun edəcək yeni xidmətlər üzərində işini davam etdirir.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio