Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-nun Korporativ Müştərilərinə İnternet Bankçılıq xidməti PULSUZ!

2 Sentyabr 2016

Bank of Baku, fiziki şəxslərlə yanaşı, internet bankçılıq xidmətinə yeni qoşulmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün də xidmətdən istifadəni PULSUZ etdi.

Belə ki, 01 sentyabr - 30 dekabr 2016-cı il tarixləri arasında keçirilən kampaniya çərçivəsində, internet bankçılığa qoşulmaq üçün Banka müraciət edəcək korporativ müştərilər illik xidmət haqqından azad olunmaqla xidmətdən istifadəni aktiv edə bilərlər.

Həm hüquqi, həm də fiziki şəxslər İnternet Bankçılıq xidmətinə aşağıdakı 2 üsul vasitəsilə qoşula bilərlər:

  • Bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, əməkdaşlıq müqaviləsini imzalamaqla;
  • 145 Məlumat Mərkəzinə zəng edərək, identifikasiya üçün tələb olunan məlumatları – soyad, ad və ata adı, Bankda qeydiyyata alınan mobil nömrə, Şəxsiyyət vəsiqəsinin PIN kodu və kart və ya hər hansı hesab nömrəsini qeyd etməklə xidmətə qoşulmaq olar.

Bəs İnternet Bankçılıq xidmətindən istifadə korporativ müştərilərə hansı əsas üstünlükləri qazandırır:

  • Olduğu məkandan asılı olmayaraq 7/24 rejimində hesablara nəzarət edilməsi;
  • Asan imza təsdiqi ilə bankdaxili və bankxarici pul köçürmələrinin heç bir limit olmadan daha sərfəli şərtlərlə həyata keçirilməsi – Bank of Baku-da olan öz şəxsi hesabları və ya digər şəxslərin hesabına köçürmələr pulsuz, ölkədaxili başqa banklarda olan şəxsi və ya digər şəxslərin hesabına köçürmələr isə offlayn rejimlə müqayisədə 50% daha ucuz;
  • Bank xidmətlərindən növbə gözləmədən, əlavə vaxt itirmədən günün istənilən saatı faydalanmaq imkanı;
  • Konvertasiya əməliyyatlarının icrası;
  • Hesablar üzrə əməliyyatların və pul dövriyəsi tarixçəsinin izlənilməsi, kartdan-karta pul köçürmələrinin edilməsi, əmanət məbləğinin artırılması, yeni kredit sifarişinin verilməsi və s.

Korporativ müştərilərin istək və tələblərini nəzərə alaraq xidmət və məhsullarını daim yeniləyən Bank of Baku-nun sahibkarlar və hüquqi şəxslər üçün geniş çeşiddə təqdim etdiyi bu və digər korporativ bankçılıq xidmətləri haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio