Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku iş adamlarına özəl yeni İŞKART məhsulunu təqdim edir!

6 Fevral 2017

Bank sektorunun innovatoru, pərakəndə bankçılıq sahəsinin uzun illər lideri kimi mövqeyini qoruyub saxlayan Bank of Baku korporativ bankçılıq sahəsində də bazarın lideri olmağa iddialıdır.
Korporativ müştəriləri üçün məhsul və xidmət şəbəkəsini genişləndirən Bank iş adamlarına özəl yeni İŞKART – biznes kart məhsulunu təqdim edir.

İŞKART NƏDİR VƏ KİM İŞKART ƏLDƏ EDƏ BİLƏR?

İŞKART – Bank of Baku-nun sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə təqdim etdiyi VÖEN hesabına bağlı Debet MasterCard kartıdır. Kartı sahibkarlıq fəaliyyəti ilə məşğul olan həm fiziki, həm də hüquqi şəxslər, eləcə də VÖEN hesabına malik vergi ödəyicisi olan istənilən şəxs əldə edə bilər.

İŞKART SAHİBLƏRİNƏ ƏSAS HANSI ÜSTÜNLÜKLƏRİ QAZANDIRACAQ?

  • Onlayn ödənişlər etmə imkanına sahib olacaq
  • Gömrük və digər rüsumları POS terminalla ödəmə imkanı əldə edəcək
  • Nağdsız ödənişlərdə 0.5% nağdlaşdırma komissiyasından və 1% vergidən azad olunacaq
  • 24/7 ATM-dən və POS terminaldan nağdlaşdırma edə biləcək
  • Güzəştli nağdlaşdırma tarifindən faydalanacaq
  • AZN/USD/EUR hesablara bağlı kart alacaq

Bu və bir çox digər üstünlükləri özündə birləşdirən İŞKART – biznes kart məhsulunu korporativ müştərilər AZN/USD/EUR valyutasında 12 və ya 24 ay müddətinə əldə edə bilərlər. Bank of Baku-nun digər debet kartlarında olduğu kimi, İŞKART balansını kart sahibləri Bankın “Cash-in” ödəniş terminalı, MilliÖn və E-manat terminalları vasitəsilə cəmi 5 saniyə ərzində artırmaq imkanına malik ola bilərlər.

Bank of Baku-nun “Rəqəmsal Bankçılıq və Layihələrin İdarəedilməsi Departamenti”nin direktoru Anar Abbasov: “adından da göründüyü kimi İŞKART məhz iş adamlarının – kiçik və orta sahibkarların, VÖEN hesabı ilə fəaliyyət göstərən fiziki şəxslərin işini asanlaşdıracaq biznes kartıdır.
Əminliyimizi bildirmək istərdim ki, bu kart çox qısa müddət ərzində hər bir iş adamının arzuladığı kart olmaqla bazarın liderinə çevrilə biləcək. İŞKART-ın özəllikləri, sahibinə qazandırdığı üstünlükləri və gələcəkdə tətbiqini nəzərdə tutduğumuz yenilikləri bunu deməyə bizə tam əsas verir. Hal-hazırda mövcud üstünlüklərindən sahibinə qat-qat daha böyük imkanlar qazandıracaq İŞKART-ın çoxfunksiyalı məhsul olması istiqamətində xüsusi işlər görülür. Yaxın zamanlarda, korporativ müştərilərimizi həm İŞKART, həm də digər məhsullarımızdakı yeniliklərimizlə sevindirməyi düşünürük” deyə qeyd edib.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio