Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku” hər kəsi məhdudiyyətlərə #meydanoxu deməyə çağırır

26 Oktyabr 2015

26 oktyabr 2015-ci il tarixində, Bank of Baku fiziki əlilliyi olan şəxslərə dəstək olmaq üçün icrasına başladığı “Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin rəsmi açılış mərasimini həyata keçirdi.

Hilton Baku hotelində baş tutan rəsmi açılış mərasimində layihə iştirakçıları, təlimçilər, tərəfdaş şirkətlərin məsul şəxsləri, KİV nümayəndələri və eləcə də məhdudiyyətlərə baxmayaraq uğur əldə edə bilən və öz uğurları ilə iştirakçılar üçün əsl örnək olan qonaq spikerlər də iştirak edirdi.

Rəsmi açılış mərasimindən sonra layihə iştirakçıları Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin sədri Aydın Xəlilov tərəfindən “Psixologiya və Motivasiya” mövzusunda təlimdə iştirak ediblər. Ümumilikdə 37 nəfər fiziki əlilliyi olan şəxsi əhatə edən bu layihə çərçivəsində iştirakçılar hər biri ayrılıqda bir həftə davam edəcək 4 mövzu ətrafında yerli ekspertlər tərəfindən keçiriləcək təlimlərdən faydalana biləcəklər: 1) Bloqçuluq (26-31 oktyabr); 2) Sosial şəbəkələrin idarəedilməsi (2-7 noyabr); 3) Şəbəkə administratorluğu (9-14 noyabr); 4) Məlumat Mərkəzi İşi (16-21 noyabr).

Bank of Baku təlimləri uğurla bitirən hər bir şəxsin işlə təmin olunmasına çalışmaqla yanaşı, bilavasitə onların cəmiyyətə re-inteqrasiya olunmalarına da dəstək olmağı nəzərdə tutur.

Qeyd edək ki, cəmiyyətimizin əlilliyi olan şəxslərə diqqət və qayğısını artırmaq məqsədilə Bank of Baku layihənin davam edəcəyi 1 ay ərzində öz rəsmi sosial şəbəkələrində #meydanoxu həştəqi ilə sosial şəbəkə iştifadəçilərini də məhdudiyyətlərə meydan oxumağa çağıracaq.

Layihənin icrasında Bank of Baku ilə birlikdə məhdudiyyətlərə meydan oxuyan tərəfdaş qurumlar arasında “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi, Hilton Baku hoteli, Shamans Creative Bureau, Prosper Digital Agency, Sultan’s Restaurant, BrandUp Digital Agency, Jamil Mirzoyev, Alex Levi Photo və “Taksi sifarişi xidməti – 189” şirkətini qeyd etmək lazımdır.

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio