Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Real hekayələr
Filiallar və bankomatlar
Videolar
Selectors
Tourism
Debet Kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

19 Mart 2014

17 mart 2014-cü il tarixində “Bank of Baku” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Bu yığıncağın keçiriləcəyi barədə məlumat 29 yanvar 2014-cü il tarixində kütləvi informasiya vasitələrində dərc edilmişdir.

Toplantıda bankın fəaliyyətinə dair bir sıra məsələlər müzakirə edilib. Müşahidə Şurasının bir neçə üzvünün səlahiyyətlərinin icra müddətinin bitməsi və bankın böyüməsi ilə əlaqədar olaraq tərkibin genişlənməsi və Müşahidə Şurasının üzvlərinin səlahiyyət müddətlərinə yenidən baxılması məsələsi nəzərdən keçirilib. Qeyd edək ki, Müşahidə Şurasının üzvləri və sədri ən çox 3 (üç) il müddətinə seçilə bilər və müddət bitdikdə onların səlahiyyət müddətinin uzadılması məsələsinə baxılmalıdır.

Səhmdarların Ümumi Yığıncağının yekdil qərarı ilə Elmir Həbibullayev “Bank of Baku” ASC-nin Müşahidə Şurasının üzvü və Müşahidə Şurasının sədri vəzifəsinə seçilib. Eyni zamanda Müşahidə Şurasının üzvləri kimi bankın səhmdarı Elçin İsayevin və bankın səhmdarının səlahiyyətli nümayəndəsi İbrahim Məmmədovun səlahiyyətlərinin müddəti 3 il uzadılıb. Elçin İsayev Müşahidə Şurası sədrinin Baş Müşaviri vəzifəsinə təyin olunub. “Bank of Baku” ASC-nin İdarə Heyəti Sədrinin müavini Eldar Həmidov Müşahidə Şurasının yeni üzvü seçilib.

Həmin gün Müşahidə Şürası ilə  bankın İdarə Heyyətinin birgə toplantısı keçirilib. Görüşdə bankın həyata keçirdiyi siyasət və qazandığı nailiyyətlər yüksək dəyərləndirilib. 2014-cü ildə həyata keçiriləcək planlar müzakirə edilib.

1994-cü ildə təsis edilən “Bank of Baku” ASC bu il 20 illik yubileyini qeyd edir. Bu uzun müddət ərzində Bank bir çox nailiyyətlər əldə etmiş, pərakəndə bankçılıq sahəsində qabaqcıl mövqelərə nail olmuşdur. Pərakəndə bazara bir çox yenilikləri gətirən “Bank of Baku” ASC hal-hazırda möhkəm bazar mövqeyinə, güclü maliyyə və risk göstəricilərinə, “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən verilmiş B1+ müsbət reytinqə malikdir. 

Bank of Baku © 2017
Site by Jeykhun Imanov Studio